AzerWeb HomeAzeri
ABCDEFGHIJKLMNOPQRSTUVWXYZAll

   
Advanced search

 Press release - Qadin QHT-leri ve Qadin Huquq Mudafiecilerinin IV Forumu (EDF)

 Press release date: 05.06.2001

 

PRESS RELİZ

QADIN QHT-NİN VƏ QADIN HÜQUQ MÜDAFİƏÇİLƏRİN
IV FORUMU

03 iyun 2014 tarixində Rasional İnkişaf uğrunda Qadınlar Cəmiyyəti (RİQC) “Qadın QHT-ləri və Qadın Hüquq Müdafiəçilərinin IV Forumu”nu təşkil etdi. Forumun açılış nitqini edən Rasional İnkişaf uğrunda Qadınlar Cəmiyyətinin (RİQC) sədri Xanım Şəhla İsmayıl Azərbaycanda Qadın QHT-ləri və Qadın Hüquq Müdafiəçilərinin hazırkı vəziyyətini, çətinliklərini, mövcud problemlərini əks etdirən təqdimatla çıxış etdi. Bir çox fəal QHT rəhbərləri və Hüquq Müdafiəçilərinin iştirakı ilə davam edən tədbirdə Qadın QHT-ləri və Qadın Hüquq Müdafiəçilərinin güclənməsi, fəaliyyətlərinin daha da peşəkarlaşması, özünümüdafiə strategiyalarının düzgün qurulması, şəbəkələşmə yolları və s. kimi vacib məsələlər əsas müzakirə mövzusu oldu.

Foruma qatılan Cənab Mehmet Çetinkaya (Gənclər İnformasiya Mərkəzi, YİNFO, Türkiyə) və Xanım Meryem Dolidze (Gənclər və İdman Nazirinin köməkçisi, Gürcüstan) Qadınların Fəal İştirakçılığı və Beynəlxalq Sosial Şəbəkələşmə və Gənc Qadınlar-İnsan Hüquq Müdafiəçilərinin çətinlikləri mövzusunda çıxış etdikdən sonra Türkiyə və Gürcüstan təcrübəsi müzakirə olundu. Həmçinin, Türkiyə və Gürcüstan parlamentində və digər dövlət strukturlarında çalışan qadınların statistik göstəriciləri Forum iştirakçılarınının nəzərinə çatdırıldı.

Forumun yekununda Qadın QHT-ləri və Qadın Hüquq Müdafiəçilərinin çətinliklərinin təhlil edilməsindən sonra Forum iştirakçıları ilə birgə “Qadın Həmrəyliyi” adlı məlumat şəbəkəsi təsis olundu və Qadın Hüquq Müdafiəçilərinin dəstək Yolxəritəsinin planı hazırlandı.



For Organizations
Login In:

Password:


Forget Password
New User



Mobil: (055) 669 68 89
WhatsApp: (055) 669 68 89
E-mail: farkhadov@gmail.com


EmploymentEmployment
Log In:

Password:


Forget Password
New User