AzerWeb HomeAzeri
ABCDEFGHIJKLMNOPQRSTUVWXYZAll

   
Advanced search

 Press release - Qerb-Resurs VCID IB -nin Respublika QICS-le Mubarize Merkezi ile birge bu gun Qazax rayonunda heyata kecirdiyi aksiya (WR CSDS)

 Press release date: 06.12.2001

 


Qərb-Resurs Vətəndaş Cəmiyyətinin      
İnkişafına Dəstək İctimai Birliyi

                                                         

Dekabr 6, 2013

“Qərb regionunda yüksək riskli qruplar arasında İİV \QİCS-ə qarşı qabaqlayıcı tədbirlərin gücləndirilməsi ” layihəsini 2007-ci ilin noyabr ayından başlayaraq icra edən  Qərb-Resurs Vətəndaş Cəmiyyətinin İnkişafına Dəstək İctimai Birliyi bu gün, Səhiyyə Nazirliyinin Respublika QİÇS-lə Mübarizə Mərkəzi ilə birgə Qazax rayonunda yerləşən keçid sərhəd zonasında aksiya keçirmişdir. Aksiyanın keçirilməsi  Səhiyyə Nazirliyinin Respublika QİÇS-lə Mübarizə Mərkəzinin 22-29 noyabr 2013-cü il tarixlərində Avropanın bütün ölkələrində ilk dəfə keçiriləcək “İİV müayinəsi ilə bağlı Avropa həftəliyi”nə qoşulmağı ilə bağlıdır. Ölkə daxilində İİV –lə mübarizəyə dair silsiləli profilaktik-maarifləndirmə tədbirlərin keçirilməsi çərçivəsində həyata keçirilən bu aksiyanın əsas funksiyası, Qazax rayonunda yerləşən keçid sərhəd zonasından hər gün keçən çoxsaylı  əhali üçün Könüllü Müayinə məntəqələrini təşkil edərək, hər bir şəxsin pulsuz və anonim qaydada İİV-lə bağlı testdən keçib 20 dəqiqə ərzində öz İİV statusunu (yani yoluxub-yoluxmamağını) müəyyən edə bilməsi üçün şərait yaratmaq idi.

Beləliklə, həyata keçirilən bu aksiya zamanı,  ümumilikdə, keçid sərhəd zonasında 220 nəfərdən İİV müayinəsi üçün qan alınmışdır. Bundan əlavə,  Qazax rayon Müəllimlər Universitetində Respublika QİÇS-lə Mübarizə Mərkəzinin rəhbəri Esmira Alməmmədova, RQMM ofisinin və epidimioloji şöbəsinin müdiri Afət Nəzərli və QR VCİD İB rəhbəri Ramil Göyüşov tərəfindən  60 nəfər tələbə üçün İİV/QİÇS-in profilaktikası haqqında maarifləndirici konfrans keçirildi və bunun nəticəsində 30 nəfər tələbə könüllü olaraq,  İİV-lə bağlı testdən keçdi. Bundan əlavə, əhaliyə  İİV/QİÇS-in profilaktikası,   sağlam və təhlükəsiz  həyat tərzi normaları barədə broşür və bukletlər paylanıldı. 

 

 



For Organizations
Login In:

Password:


Forget Password
New User



Mobil: (055) 669 68 89
WhatsApp: (055) 669 68 89
E-mail: farkhadov@gmail.com


EmploymentEmployment
Log In:

Password:


Forget Password
New User