AzerWeb HomeAzeri
ABCDEFGHIJKLMNOPQRSTUVWXYZAll

   
Advanced search

 Press release - Qerb-Resurs VCID IB, 1 dekabr Umumdunya QICSle mubarizu gunune hesr edilmis aksiya kecirmisdir (WR CSDS)

 Press release date: 01.12.2001

 


Qərb-Resurs Vətəndaş Cəmiyyətinin      
İnkişafına Dəstək İctimai Birliyi

Dekabr 1, 2012

1 Dekabr Ümumdünya QİÇS-lə mübarizə gününə qatılmaq məqsədi ilə, Qərb-Resurs Vətəndaş Cəmiyyətinin İnkişafına Dəstək İctimai Birliyi  2013-cü il Noyabr ayının 29-dan Dekabr ayının 1- nə qədər Gədəbəy rayonunda geniş ictimaiyyət arasında, Şəmkir rayon Polis İdarəsində, Tovuz rayon İcra Hakimiyyətində, Qazax rayon Sərhəd və Gömrük Xidməti Məntəqələrində aksiya keçirmişdir. Aksiyanın əsas məqsədi -  İİV/QİÇS infeksiyası haqqında maarifləndirmə işi aparmaqdır. Aksiya zamanı, Qərb-Resurs Mərkəzinin rəhbəri Ramil Göyüşov, Respublika QİÇS Mərkəzinin həkimi Səyyarə Nadirova və Gəncə QİÇS laboratoriyasının rəhbəri Afaq Həsənova Gədəbəy rayon Mərkəzi xəstəxanasında 50 nəfər səhiyyə işçiləri ilə, Şəmkir rayon Polis İdarəsində 40 nəfər polis işçisi ilə, Tovuz rayonunda 60-65 nəfər yerli vətəndaşlarla, Qazax rayonunda yerləşən Diaqnostik Mərkəzdə 45 nəfər səhiyyə işçiləri ilə Görüş keçirilmişdir.Görüş zamanı İİV/QİÇS infeksiyası haqqında ətraflı məlumat verilmişdir və xəstəlikdən qorunma yolları müzakirə edilmişdir. Həmçinin, mövzu ilə əlaqədar son statistik məlumatlar nəzərəçatdırılmış və yayılmasının qarşısının alınması ilə bağlı müxtəlif fikir mübadiləsi aparılmışdır.  

Bundan əlavə, Aksiya zamanı Sərhəd Gömrük Keçid Sınıq Körpü Məntəqəsində posterlər yapışdırılmış, gömrük işçiləri, yerli və xariçi vətəndaşlar arasında məlumatlandırıcı materiallar paylanılmışdır.



                         

 



For Organizations
Login In:

Password:


Forget Password
New User



Mobil: (055) 669 68 89
WhatsApp: (055) 669 68 89
E-mail: farkhadov@gmail.com


EmploymentEmployment
Log In:

Password:


Forget Password
New User