AzerWeb HomeAzeri
ABCDEFGHIJKLMNOPQRSTUVWXYZAll

   
Advanced search

 Press release - Headstart International? daha bir ugurunu sizlerle bolusur! (HSI)

 Press release date: 15.07.2001

 

Headstart International® daha bir uğurunu sizlərlə bölüşür!

2013-cü ilin May sessiyası üzrə beynəlxalq CMGA (CIMA Masters Gateway Assessment) və CIMAF2 (Financial Management Introduction) rəsmi imtahanlarında kursumuzun iştirakçıları yüksək nəticələr əldə etməklə, beynəlxalq nüfuzlu diplomlara sahib olmuşlar.

Böyük fəxr hissi ilə qeyd etmək istərdik ki, CMGA  təlimimizin iştirakçıları Xəyyam Fərzəliyev (68 bal) və Elxan Xocayev (58 bal) yüksək nəticələr toplamaqla imtahandan uğurla keçmişlər.

CIMAF2  (Financial Management Introduction)  imtahanlarından uğurla keçən kurs iştirakçılarının sırasında Kamina Məmmədbəyova (83 bal), Ülviyyə Abbasova (82 bal), Fərid Abuşov (55 bal) və Gülru Hüseynovanın (66 bal) adlarını çəkə bilərik.

Kursun effektivliyi və keyfiyyəti onun iştirakçılarının əldə etdiyi nəticələrlə ölçülür!

Bizim sirrimiz çox sadədir: Təcrübəli və təkcə təlim üzrə deyil, real praktikada da ixtisaslaşmış təlimçilərimiz müştərilərimizlə sıx ünsiyyət quraraq onların imtahan suallarını həll etmə texnikalarını və vərdişlərini ən effektiv şəkildə inkişaf etdirməyi bacarırlar. Bu təlim proqramları çərçivəsində biz müasir tədris və təlim metodologiyalarından istifadə etməklə, öyrənmə imkanlarını maksimumlaşdırırıq.

Məhz bu səbəblə də hər il olduğu kimi bu ildə keyfiyyətimizi nəticələrimizlə təsdiq etdik və bu sahədəki liderliyimizi bir daha sübut etmiş olduq!

 



For Organizations
Login In:

Password:


Forget Password
New User



Mobil: (055) 669 68 89
WhatsApp: (055) 669 68 89
E-mail: farkhadov@gmail.com


EmploymentEmployment
Log In:

Password:


Forget Password
New User