AzerWeb HomeAzeri
ABCDEFGHIJKLMNOPQRSTUVWXYZAll

   
Advanced search

 Job - Insan resurslari ьzre mьtexessis (Kaspi)

 Duration: 04.08.2017 - 20.08.2017

 

“Kaspi” Təhsil Şirkəti İnsan resursları üzrə mütəxəssis vəzifəsi üçün vakansiya elan edir.

Müasir tələblərə cavab verən, keyfiyyətli təhsil sisteminə və 10 illik zəngin təcrübəyə malik olan “Kaspi” Təhsil Şirkəti beynəlxalq təhsil proqramı və təcrübələrindən yararlanaraq tədris prosesini təşkil etməsi ilə yanaşı əməkdaşlarının fərdi və peşəkar inkişafı üçün lazimi şərait yaradır. Peşəkar iş mühiti, səmimi və mehriban kollektivi ilə fərqlənən “Kaspi” Təhsil Şirkəti karyerasını inkişaf etdirmək istəyən namizədləri öz komandasına dəvət edir.

Minimum vakansiya tələbləri:

  • İqtisadiyyat, Menecment, Biznesin təşkili sahəsində bakalavriatura dərəcəsi;
  • İnsan resurslarının idarə edilməsi sahəsində bakalavriatura və ya magistratura təhsili alanlara üstünlük verilir;
  • Sahə üzrə minimum 2 illik iş təcrübəsi.

Tələb olunan bilik və bacarıqlar:

  • Əmək qanunvericiliyi ilə bağlı bilik və əmək məcəlləsi ilə işləmək qabiliyyəti;
  • Azərbaycanda dilində səlis, ingilis dilində yüksək yazılı və şifahi ünsiyyət qabiliyyəti. Rus dili biliyi üstünlükdür;
  • MS Word, MS Excel, MS PowerPoint proqramlarında sərbəst iş qabiliyyəti;
  • Analitik təhlil bacarığı və qərar qəbuletmə qabiliyyəti;
  • Müxtəlif ölçülü auditoriya qarşısında təqdimat qabiliyyəti;
  • Vaxtın səmərəli idarə olunması bacarığı.

Vəzifə öhdəlikləri:

  • “Kaspi” təhsil şirkətinin ştat cədvəlinin idarə edilməsi və tələb olunan bütün dəyişikliklərin vaxtında aparılması;
  • İnsan resurslarının planlaşdırılması - əmək bazarının araşdırılması və təhlil olunması, şirkətin struktur bölmələri üzrə ehtiyacların müəyyən olunması;
  • Vakansiya üzrə iş elanlarının hazırlanması, mövcud elanların təşmilləşdirilməsi;
  • İşə qəbul üzrə bütün mərhələlərin təşkil olunması və effektiv aparılmasının təmin olunması;
  • Namizədlər üzrə məlumat bazasının idarə olunması;
  • Yeni işçilərin adaptasiya prosesinin təşkili və həyata keçirilməsi, tələb olunduğu zaman oriyentasiya təqib formasının təkmilləşdirilməsi;
  • Müvafiq vəzifəyə yeni təyin olunmuş işçilərin sınaq müddətinin izlənməsi, sınaq dövründə fəaliyyətinin dəyərləndirilməsi və sınaq dövründə fəaliyyətin dəyərləndirilmə formasının təkmilləşdirilməsi;
  • İşçi heyətinin şirkətin Daxili İntizam Qaydalarına riayət etməsinə nəzarətin həyata keçirilməsi və qayda pozuntuları zamanı müvafiq tədbirlərin görülməsi;
  • Kaspi Təcrübə Proqramının təşkil olunması, idarə olunması və proqramın gedişatının izlənməsi.

İş saatları: I-V günlər, 9:00-18:00

İş yeri:“Kaspi” təhsil şirkətinin baş ofisi (Ünvan: Xocalı pr.57 A, Kaspi Ağ şəhər liseyi)

Əmək haqqı: Rəqabətə davamlı əmək haqqı və nahar

Elan tarixi: 04 Avqust 2017

Son müraciət tarixi:   20 Avqust 2017

Yuxarıda göstərilən tələblərə uyğun namizədlər http://www.kaspi.edu.az saytına daxil olaraq, Karyera bölməsinə keçərək müraciət edə bilərlər.



For Organizations
Login In:

Password:


Forget Password
New User


FAQ                                                           


Humanitarian Activity                  
Donors
Program Descriptions
Projects
Activity Maps
Grants and Competitions


Meeting Minutes
Reports and Assessments
Press Releases
Events and Announcements
Vacancies
Job seekers
Legislation
EmploymentEmployment
EmbassiesEmbassies
ForumForum
GalleryGallery
GuestbookGuestbook
EmploymentEmployment
Log In:

Password:


Forget Password
New User








AzerWEB is supporterd by AzNET project                            About AzerWebAbout AzerbaijanContacts