AzerWeb HomeAzeri
ABCDEFGHIJKLMNOPQRSTUVWXYZAll

   
Advanced search

 Job - Akademik rehber (Kaspi)

 Duration: 04.08.2017 - 17.08.2017

 

“Kaspi” təhsil şirkəti  Kaspi Uşaq Bağçası üçün “Akademik rəhbər” vəzifəsi üzrə vakansiya elan edir.

Müasir tələblərə cavab verən, keyfiyyətli təhsil sisteminə və 10 illik zəngin təcrübəyə malik olan “Kaspi” Təhsil Şirkəti beynəlxalq təhsil proqramı və təcrübələrindən yararlanaraq tədris prosesini təşkil etməsi ilə yanaşı əməkdaşlarının fərdi və peşəkar inkişafı üçün lazimi şərait yaradır. Peşəkar iş mühiti, səmimi və mehriban kollektivi ilə fərqlənən “Kaspi” Təhsil Şirkəti karyerasını inkişaf etdirmək istəyən namizədləri öz komandasına dəvət edir.

Vəzifə öhdəlikləri:

  • Bağçanın illik fəaliyyət təqvimini tərtib etmək və onun izlənilməsinə nəzarət etmək;
  • Bağçanın illik tədris proqramının təşkil etmək və onu idarə etmək;
  • Bağçada tədrisin keyfiyyətini idarə etmək;
  • Gündəlik olaraq tədris proqramının düzgün və vaxtında tətbiq olunmasına nəzarət etmək;
  • Pedaqoji heyətin fəaliyyətini idarə etmək və onlar arasında əlaqələndirici şəxs rolunu oynamaq;
  • İşçi qruplarının yaradılması və işçilər arasında əməkdaşlığın inkişafını təşkil etmək;
  • Şagirdlərin qəbulu, qeydiyyatdan keçirilməsi və müvafiq qruplarda yerləşdirilməsinin düzgün təşkilini təmin etmək;
  • Uşaqların həyatının mühafizəsi və sağlamlığının möhkəmləndirilməsinə, rasional yeməyin təşkilinə, sanitariya-gigiyena vəziyyətinə nəzarət etmək və həkimlə birlikdə fəaliyyət göstərmək;
  • Valideynlər arasında pedaqoji və gigiyena biliklərinin təbliğini təşkil etmək;
  • Valideyn bağça ünsiyyətinin yüksək səviyyədə saxlanmasını təmin etmək;
  • Rəhbərliklə iş, mütəmadi olaraq rəhbərliyə proqramın gedişatı ilə bağlı məlumat vermək;
  • Işçilərin yüksək peşəkarlıq səviyyəsi üçün zəruri olan şəraitlə bağlı təkliflər irəli sürmək;
  • İşçilərin fəaliyyətinin dəyərləndirilməsi  üçün rəhbərliyi tələb olunan rəylərlə bağlı məlumatlandırmaq.

Minimum vakansiya tələbləri:

  •  Ali təhsil: məktəbəqədər, ibtidai sinif müəllimliyi, və ya psixologiya üzrə ;
  • İbtidai sinif, uşaq psixologiyası və ya məktəbəqədər təhsil sahəsi üzrə minimum 5 il iş təcrübəsi; idarəetmə sahəsində minimum 2 il,
  • Səlis Azərbaycan dili və yüksək səviyyədə rus dili biliyi.

Tələb olunan bacarıqlar:

  • MS Office proqramlarında (MS Word, MS Excel, MS Power Point) işləmək qabiliyyəti;
  • Yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı, dinləmə qabiliyyəti;
  • Azyaşlı uşaqlarla çalışmaq qabiliyyəti;
  • Yüksək təşkilatçılıq bacarığı;
  • Səbirli, stressə dözümlü, mülayim, gərgin iş rejimində çalışmaq qabilliyyəti.

İş saatları:  I-V günlər 9:00-18:00 və ya 8:00-17:00

İş yeri: Kaspi Uşaq Bağçası (Əhmədli filialı) - Əhmədli küç.9, ev 41C

Əmək haqqı: Yüksək əmək haqqı, aylıq bonuslar və nahar

Elan tarixi: 03.08.2017

Son müraciət tarixi: 17.08.2017

Yuxarıda göstərilən tələblərə uyğun namizədlər http://www.kaspi.edu.az saytına daxil olaraq, Karyera bölməsinə keçərək müraciət edə bilərlər.

Elana verilmiş vakansiya üzrə yalnız vakansiyaya uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.



For Organizations
Login In:

Password:


Forget Password
New User


FAQ                                                           


Humanitarian Activity                  
Donors
Program Descriptions
Projects
Activity Maps
Grants and Competitions


Meeting Minutes
Reports and Assessments
Press Releases
Events and Announcements
Vacancies
Job seekers
Legislation
EmploymentEmployment
EmbassiesEmbassies
ForumForum
GalleryGallery
GuestbookGuestbook
EmploymentEmployment
Log In:

Password:


Forget Password
New User








AzerWEB is supporterd by AzNET project                            About AzerWebAbout AzerbaijanContacts