AzerWeb HomeAzeri
ABCDEFGHIJKLMNOPQRSTUVWXYZAll

   
Advanced search

 Job - Qeydiyyatзi (Kaspi)

 Duration: 01.08.2017 - 14.08.2017

 

“Kaspi” Təhsil Şirkəti Qeydiyyatçı vəzifəsi üzrə vakansiya elan edir.

Müasir tələblərə cavab verən, keyfiyyətli təhsil sisteminə və 10 illik zəngin təcrübəyə malik olan “Kaspi” Təhsil Şirkəti beynəlxalq təhsil proqramı və təcrübələrindən yararlanaraq tədris prosesini təşkil etməsi ilə yanaşı əməkdaşlarının fərdi və peşəkar inkişafı üçün lazimi şərait yaradır. Peşəkar iş mühiti, səmimi və mehriban kollektivi ilə fərqlənən “Kaspi” Təhsil Şirkəti karyerasına başlamaq və karyerasını inkişaf etdirmək istəyən namizədləri öz komandasına dəvət edir.

Vəzifə öhdəliləri:

  • Şirkətə daxil olan telefon zənglərinin və yazılı müraciətlərin cavablandırılması;
  • Şirkətə daxil olan potensial müştərilərin müraciətlərinin cavablandırılması və onlara şirkətin məhsul və xidmətləri barəsində məlumatın verilməsi;
  • Müştərilərin ehtiyacınının müəyyənləşdirilməsi və onların təklifinə uyğun xidmətin seçilməsi üçün müvafiq istiqamətə yönləndirilməsi;
  • Şirkətə mütəmadi olaraq daxil olan zənglərin qeydiyyatının aparılması;
  • Müştərilərin tələbatına uyğun xidmətlərin sayının və tezliyinin müəyyən edilməsi;
  • Şirkətə daxil olan müraciətlərin monitorinqinin və hesabatının aparılması;
  • Digər rəqib şirkətlər tərəfindən irəli sürülən xidmətlərin araşdırılması və bazara uyğun öz təklif paketlərinin təqdim edilməsi;
  • Filialın xidmətlərindən istifadə edən tələbələrin dərs cədvəllərinə uyğun yerləşdirilməsi və müəllimlərin məlumatlandırılması;
  • Tələbələrin dərs ödənişlərinin qeydiyyatının aparılması.

Namizədə qarşı tələblər:

  • Ali təhsilinin olması;
  • Minimum 1 il iş təcrübəsinin olması (müştərilərə xidmət və ya satış sahəsində iş təcrübəsi olanlara üstünlük veriləcəkdir);
  • Azərbaycan dilində səlis, rus dilində yüksək səviyyədə danışıq və yazı bacarığının olması (ingilis dili biliyi üstünlükdür);
  •  Ms Office (Ms Word, Ms Excel)  proqramlarında işləmək bacarığı;
  • Yüksək şifahi və yazılı ünsiyyət qabiliyyətinin olması;
  • Yüksək təqdimat və problemləri həll etmə bacarığının olması;
  • Yönləndirilən suallara dolğun və səlis cavab vermək bacarığının olması.

Əlavə məlumatlar:

  • İş qrafiki: Həftədə 6 iş günü. 5 iş günü tam (09:00 – 18:00 və ya 10:00 – 19:00), 1 iş günü yarım;
  • Əmək haqqı: 300 AZN + əlavə aylıq bonuslar.

Yuxarıda göstərilən tələblərə uyğun namizədlər http://kaspi.edu.az/career/ linkə daxil olaraq müraciət edə bilərlər. Vakansiya üçün son müraciət tarixi 14.08.2017-ci ildir.

Qeyd: Yalnız CV-ləri ilkin baxışdan uğurla keçən namizədlərlə əlaqə saxlanılacaq.



For Organizations
Login In:

Password:


Forget Password
New User


FAQ                                                           


Humanitarian Activity                  
Donors
Program Descriptions
Projects
Activity Maps
Grants and Competitions


Meeting Minutes
Reports and Assessments
Press Releases
Events and Announcements
Vacancies
Job seekers
Legislation
EmploymentEmployment
EmbassiesEmbassies
ForumForum
GalleryGallery
GuestbookGuestbook
EmploymentEmployment
Log In:

Password:


Forget Password
New User








AzerWEB is supporterd by AzNET project                            About AzerWebAbout AzerbaijanContacts