AzerWeb HomeAzeri
ABCDEFGHIJKLMNOPQRSTUVWXYZAll

   
Advanced search

 Job - REKLAM VE MAREKTINQ ЬZRE MЬTEXESSIS (EAS)

 Duration: 28.02.2017 - 10.03.2017

 

 

İŞƏ QƏBUL ELANI

 

AVROPA AZƏRBAYCAN MƏKTƏBİ

 

REKLAM VƏ MAREKTİNQ ÜZRƏ MÜTƏXƏSSİS

 

Vəzifənin adı: Reklam və Marketinq üzrə Mütəxəssis

Tabe olduğu şəxs: Məktəb direktoru 

VƏZİFƏLƏR: 

Məktəb direktorunun rəhbərliyi altında məktəbin müsbət imicini dəstəkləmək məqsədi ilə ictimaiyyətlə əlaqələr üzrə fəaliyyətləri və tədbirləri planlaşdırır, onları əlaqələndirir və yerinə yetirir.

  1. Məktəbin çap, yayım və yeni media üzrə reklam kampaniyalarını əlaqələndirir.
  2. Azərbaycan və ingilis dillərində olan məktəb kataloqu, təhsil proqramları barədə çap edilmiş məlumatlar və broşuraları kimi məktəbin çap materiallarının hazırlanması, nəşri və yayılmasına köməklik göstərir;
  3. Məktəbin vacib məlumatları və tədbirləri barədə xəbər buraxılışlarının yazılması və paylanması işinə köməklik göstərir;
  4. Məktəb direktorunun rəhbərliyi altında məktəbin veb-səhifəsi, onun məzmununun, fotoşəkillərin və məlumatların dəyişdiriləmsinə görə cavabdehlik daşıyır;
  5. Məlumatları Facebook, LinkedIn, Twitter, məktəbin elektron poçtu və ya birbaşa poçt vasitəsi ilə yayır;
  6. Çap və yayım materialları üzrə qrammatik və tipoqrafik səhvləri yoxlayır;
  7. Peşəkar fotoqrafçılar ilə fotoçəkilişləri təşkil edir, nəşrlər üçün rəqəmsal fotoqrafçılığı təmin edir, xüsusi tədbirlərin videoçəkilişini yerinə yetirir və məktəb reklam strategiyasını həyata keçirmək məqsədi ilə məktəb jurnalının məzmunu üçün məsləhətlər verir;
  8. Məktəbə şagird qəbulu və xarici müəllimlərin işə qəbulu zamanı istifadə etmək üçün məktəbin video reklamının hazırlanmasını təşkil edir;
  9. Azərbaycanda digər oxşar məktəblər üzrə təhsil proqramları, təhsil haqları və çap materiallarını araşdırır və məktəb direktorunun təsdiqi üçün xüsusi təkliflər irəli sürür;
  10. Məktəb və onun proqramlarının təbliği üçün direktorla bərabər bütün ictimai tədbirlərdə fəal iştirak edir;
  11. Məktəb direktoru, ibtidai və orta təhsil üzrə direktorlar və Biznes Menecerlə bərabər növbəti tədris ili üçün şagird qəbulu üzrə materialların və strategiyaların hazırlanmasında iştirak edir;
  12. Məktəbin İctimaiyyətlə Əlaqələr üzrə fəaliyyətləri üzrə illik hesabat hazırlayır və Himayəçilər Şurasını fəaliyyətlərin nəticələri barədə məlumatla təmin edir;
  13. TEAS-ın İƏ şöbəsi ilə bütün ictimai layihələr və təşəbbüslərdə məktəbin tam təmsil olunması üçün əlaqələndirici kimi çıxış edir;
  14. İƏ üzrə fəaliyyətlərlə bağlı məlumat bazasını toplayıb saxlayır.

TƏLƏBLƏR 

  • Ali təhsil və ictimaiyyətlə əlaqələr üzrə ən azı 2 il iş təcrübəsi; tələb olunan təcrübə üzrə digər əlavə təhsil və ya sertifikatın olması; üstünlük ictimaiyyətlə əlaqələr, jurnalistika və ya müvafiq sahə üzrə təhsili olan/kursu bitirən namizədlərə veriləcəkdir;
  • Məktəbin ictimaiyyətlə əlaqələr və dövri marketinq məqsədləri üzrə planların hazırlanması, həyata keçirilməsi və qiymətləndirilməsi bacarığı;
  • Nəşrlər, yayım, digər mətbu və reklam materiallarının hazırlanması, redaktə edilməsi və yoxlanılması, çap edilməsi işinin səmərəli və müvafiq şəkildə əlaqələndirilməsi bacarığı;
  • Prioritetlərin müəyyən edilməsi bacarığı; eyni zamanda bir sıra layihələrin idarə edilməsi;
  • İctimaiyyətlə əlaqə vasitələri, məlumatlar və əlaqələrin yaradılması prinsipləri üzrə bilik;
  • Azərbaycan və ingilis dilləri üzrə yüksək səviyyədə dil və ünsiyyət qurmaq bacarığı; dilin qrammatikası, orfoqrafiya, durğu işarələri və lüğət tərkibi üzrə yüksək səviyyədə bilik; rus dili biliyinin üstünlüyü;
  • Çap və rəqəmsal fotoqrafçılığın prinsipləri və texnikası üzrə biliklər; müxtəlif qrafik effektlər üçün tələb olunan müvafiq peşə təcrübəsi; məlumat bazası proqram təminatı, internet proqram təminatı, FileMaker Pro, InDesign, Word, Excel, PowerPoint proqramları üzrə biliklər;
  • Fotoqrafiya avadanlığından istifadə bacarıqları;
  • Təhsil müəssisəsində əvvəlki iş təcrübəsinin üstünlüyü.

ƏRİZƏLƏRİN QƏBUL QAYDASI

Maraqlanan şəxslər niyyət məkbutu ilə təhsil və təcrübəsini əks etdirən CV-ni hr@eas.az elektron poçt ünvanına göndərə bilər. Niyyət məktubu olmayan CV-lərə baxılmayacaq. CV-ni göndərərkən elektron poçt ünvanının mövzu hissəsində sənədlərin hansı elan üzrə verildiyi qeyd edilməlidir. Telefon vasitəsilə əlavə məlumat üçün müraciətlərə baxılmayacaq. Yalnız sənədləri ilk mərhələdən keçən namizədlər müsahibəyə dəvət olunacaqlar.

Sənədlərin təqdim edilməsinin son tarixi 10 mart 2017-ci ildir.



For Organizations
Login In:

Password:


Forget Password
New User


FAQ                                                           


Humanitarian Activity                  
Donors
Program Descriptions
Projects
Activity Maps
Grants and Competitions


Meeting Minutes
Reports and Assessments
Press Releases
Events and Announcements
Vacancies
Job seekers
Legislation
EmploymentEmployment
EmbassiesEmbassies
ForumForum
GalleryGallery
GuestbookGuestbook
EmploymentEmployment
Log In:

Password:


Forget Password
New User








AzerWEB is supporterd by AzNET project                            About AzerWebAbout AzerbaijanContacts