AzerWeb HomeAzeri
ABCDEFGHIJKLMNOPQRSTUVWXYZAll

   
Advanced search

 Job - Satis Meneceri (EAS)

 Duration: 10.02.2017 - 25.02.2017

İşəgötürən: TEAS Press

 

İşin adı: Satış Meneceri

 

Son müraciət tarixi: 25 fevral 2017-ci il

 

 

 

İşin məqsədi: Kitab dağıtımının həyata keçirilməsi məqsədilə kitab dükanları və digər müvafiq qurumlarla işgüzar və peşəkar əlaqələr qurmaq, onu qoruyub saxlamaq və bu əlaqələri daha da genişləndirmək.

Əsas vəzifələr:

  • Dağıtım işi ilə əlaqədar ümumi strateji plan hazırlamaq;
  • İllik satış hədəfi müəyyən etmək və faktiki göstəricilərə qarşı hədəfləri təhlil etmək;
  • Satış və dağıtımla bağlı rəhbərliyə rüblük və aylıq yazılı hesabatlar vermək;
  • Çapdan çıxacaq kitablar barədə əməkdaşlıq etdiyi müştəriləri əvvəlcədən məlumatlandırmaq;
  • Dağıtım işini daha da genişləndirmək məqsədilə sərgi və nümayişlər təşkil etmək;
  • Kitab dükanları, kitabxanalar və kitab sərgi təşkilatçıları ilə yaxından əməkdaşlıq etmək üçün bütün imkanlarından istifadə etmək;
  • Anbarda olan kitabların sayını nəzarətdə saxlamaq və məlumat bazasını mütəmadi olaraq yeniləmək;
  • Yeni daxil olmuş kitabların şəklinin və onlara dair məlumatın ‘veb’ səhifədə vaxtında və düzgün yerləşdirilməsinə nəzarət etmək;
  • Kitab kataloqunun hazırlanmasında yaxından iştirak etmək;
  • ‘Veb’ səhifə üzərindən və xüsusi buraxılış satışını təşkil etmək;
  • Tədbirlər planının hazırlanmasında və təşkil edilməsində, eləcə də kitab sərgilərində iştirak etmək və bu cür tədbirlərdə kitab satışını təyata keçirmək

Tələb olunan bilik, bacarıq və şəxsi keyfiyyətlər:

  • Satış və dağıtım üzrə iş təcrübəsi;
  • Kitab nəşriyyatı barədə biliyə malik olmaq;
  • Klassik və müasir müəlliflərin əsərləri barədə dərin biliyə malik olmaq;
  • Statistik məlumatlar toplamaq və nəticələrə dair hesabatlar hazırlamaq bacarığı;
  • Mükəmməl Azərbaycan dili - şifahi və yazılı; yaxşı ingilis və rus dili bacarığı;
  • Həvalə olunan işi peşəkarcasına yerinə yetirmək, ən kiçik detallara belə diqqət yetirmək;
  • Kompüter proqramlarını yüksək səviyyədə bilmək;
  • Müştərilər və komanda yoldaşları ilə yaxşı ünsiyyət qurmaq bacarığı;
  • Məhdud vaxt zamanı kəsiyində işləmək bacarığı;
  • Ödənişin aparılması və hesablanması sahəsində təcrübəyə malik olmaq.

MÜRACİƏT QAYDALARI 

Maraqlanan namizədlər müvafiq təcrübə və keyfiyyətlərini əks etdirən CV recruitment.baku@yahoo.com elektron poçtuna göndərməlidir. Elektron poçt vasitəsilə göndərdiyiniz müraciətinizin mövzu bölməsində müraciət etdiyiniz vəzifənin adını göstərməyiniz xahiş olunur.

Yalnız yuxarıdakı meyarlara uyğun gələn namizədlər müsabiqənin növbəti mərhələsinə keçmə şansı qazanacaq.

Ərizələrin son qəbulu tarixi 25 fevral 2017-ci il.



For Organizations
Login In:

Password:


Forget Password
New User


FAQ                                                           


Humanitarian Activity                  
Donors
Program Descriptions
Projects
Activity Maps
Grants and Competitions


Meeting Minutes
Reports and Assessments
Press Releases
Events and Announcements
Vacancies
Job seekers
Legislation
EmploymentEmployment
EmbassiesEmbassies
ForumForum
GalleryGallery
GuestbookGuestbook
EmploymentEmployment
Log In:

Password:


Forget Password
New User








AzerWEB is supporterd by AzNET project                            About AzerWebAbout AzerbaijanContacts