AzerWeb HomeAzeri
ABCDEFGHIJKLMNOPQRSTUVWXYZAll

   
Advanced search

 Job - Ictimaiyyetle Elaqe ve Satis Meneceri (EAS)

 Duration: 31.01.2017 - 20.02.2017

 

İşəgötürən: ‘Qaranquş’ jurnalı

 

İşin adı: İctimaiyyətlə Əlaqə və Satış Meneceri

 

Son müraciət tarixi: 20 fevral 2017-ci il

 

 

 

İşin məqsədi:'Qaranquş' uşaq jurnalının daha geniş oxucu kütləsinə tanıdılması, abunəçilərin cəlb edilməsi, jurnalınn dağıtımının həyata keçirilməsi, jurnalda reklam yerləşdirmək üçün şirkətlərin cəlb edilməsi məqsədilə müvafiq qurumlar və kitab dükanları ilə işgüzar və peşəkar əlaqələr qurmaq, onu qoruyub saxlamaq və bu əlaqələri daha da genişləndirmək.  

Əsas vəzifələr:

  • Abunə və dağıtım işi ilə əlaqədar ümumi strateji plan hazırlamaq;
  • İllik satış hədəfi müəyyən etmək və faktiki göstəricilərə qarşı hədəfləri təhlil etmək;
  • Satış və dağıtımla bağlı rəhbərliyə aylıq və rüblük yazılı hesabatlar vermək;
  • Jurnalın yeni sayı barədə əməkdaşlıq etdiyi müştəriləri əvvəlcədən məlumatlandırmaq;
  • Məktəblər, kitab dükanları, kitabxanalar və digər qurumlarla yaxından əməkdaşlıq etmək üçün bütün imkanlarından istifadə etmək;
  • Jurnalın abunəçilərini qeydə almaq və jurnalın onlara vaxtında çatdırılmasına nəzarət etmək;
  • Jurnalda reklam yerləşdirməsi məqbul sayılan şirkət və ya qurumları müəyyən etmək və onlarla görüşlər keçirmək;
  • Jurnalın yeni sayına dair məlumatın ‘veb’ səhifədə vaxtında və düzgün yerləşdirilməsinə nəzarət etmək;
  •  ‘Veb’ səhifə üzərindən jurnalın satışını təşkil etmək;
  • Tədbirlər planının hazırlanmasında və təşkil edilməsində, eləcə də sərgilərdə iştirak etmək və bu cür tədbirlərdə jurnalın satışını həyata keçirmək.

Tələb olunan bilik, bacarıq və şəxsi keyfiyyətlər:

  • İctimaiyyətlə əlaqə, satış və dağıtım üzrə iş təcrübəsi;
  • Statistik məlumatlar toplamaq və nəticələrə dair hesabatlar hazırlamaq bacarığı;
  • Mükəmməl Azərbaycan və rus dili - şifahi və yazılı; ingilis dili bacarığı müsbət dəyərləndirilir;
  • Həvalə olunan işi peşəkarcasına yerinə yetirmək, ən kiçik detallara belə diqqət yetirmək;
  • Kompüter proqramlarını yüksək səviyyədə bilmək;
  • Müştərilər və komanda yoldaşları ilə yaxşı ünsiyyət qurmaq bacarığı;
  • Məhdud vaxt zamanı kəsiyində işləmək bacarığı;
  • Ödənişin aparılması və hesablanması sahəsində təcrübəyə malik olmaq.

MÜRACİƏT QAYDALARI 

Maraqlanan namizədlər müvafiq təcrübə və keyfiyyətlərini əks etdirən CV recruitment.baku@yahoo.com elektron poçtuna göndərməlidir. Elektron poçt vasitəsilə göndərdiyiniz müraciətinizin mövzu bölməsində müraciət etdiyiniz vəzifənin adını göstərməyiniz xahiş olunur.

Yalnız yuxarıdakı meyarlara uyğun gələn namizədlər müsabiqənin növbəti mərhələsinə keçmə şansı qazanacaq.

Ərizələrin son qəbulu tarixi 20 fevral 2017-ci il.



For Organizations
Login In:

Password:


Forget Password
New User


FAQ                                                           


Humanitarian Activity                  
Donors
Program Descriptions
Projects
Activity Maps
Grants and Competitions


Meeting Minutes
Reports and Assessments
Press Releases
Events and Announcements
Vacancies
Job seekers
Legislation
EmploymentEmployment
EmbassiesEmbassies
ForumForum
GalleryGallery
GuestbookGuestbook
EmploymentEmployment
Log In:

Password:


Forget Password
New User








AzerWEB is supporterd by AzNET project                            About AzerWebAbout AzerbaijanContacts