AzerWeb HomeAzeri
ABCDEFGHIJKLMNOPQRSTUVWXYZAll

   
Advanced search

 Job - Neft - qaz hasilatı üzrə operator (OC)

 Duration: 10.10.2017 - present

 

Neft - qaz hasilatı üzrə operator

VƏZİFƏ  T Ə L İ M A T I

Vəzifə öhdəlikləri:

-        Bütün hasilat üsulları üzrə neft, qaz, qaz kondensatını çıxarma texnoloji prosesinin aparılması,

-        quyuların aramsız işləməsinə nəzarət edilməsi,

-        qrup ölçən qurğularının nasos stansiyalarının, kompressor stansiyalarının işinə və quyuların iş rejiminin saxlanılması və yaxşılaşdırılması üçün geoloji-texniki tədbirlərin həyata keçirilməsinə nəzarət edilməsi,

-        Neft və qaz quyularının verilmiş istismar əmsalının təmin edilməsi.

-        Elektrik dalma nasoslarının işə buraxılması və qoyulmuş rejimə salınmasının təmin edilməsi,

-        metanol nasoslarının işinin tənzimlənməsi.

-        Lay təzyiqinin saxlanılması üçün su vurucu quyuların işinə nəzarət.

-        Quyuların kimyəvi üsullarla işlənilməsinin hesabatının aparılması və preslərə rəhbərlik.

-        Mədəndə aparılan mürəkkəb quraşdırma və sökmə işlərinə, elektrik dalma nasosları qurğularında, avtomatik qrup ölçü qurğularında aparılan işlərdə iştirak və bu işlərə bilavasitə rəhbərlik.

-        Quyuların yeraltı və əsaslı təmirə hazırlanmasında, onların təmirdən sonra işə buraxılmasında və rejimə sapınmasında iştirak etmək.

-        İşə salma elektrik avadanlığının yığılmasında, idarəetmə stansiyalarının, avtomatika və telemexanika bloklarının quraşdırılmasında və sazlanmasında iştirak etmək.

-        Neftqazçıxarma sahəsinə edilən xidmətin sənədləşdirilməsi.

-        Aşağı dərəcəli operatorların işinə rəhbərlik.

 

Namizədlərdən CV-lərini (Europass formatda) əlavə məktubu ilə birgə "Neft - qaz hasilatı üzrə operator" başlığı ilə Hr.company16@gmail.com ünvanına göndərməsi xahiş olunur.

 

BİLMƏLİDİR. İşlənilən yatağın xarakteristikası, yeraltı və yerüstü avadanlığın texniki xarakteristikası və quruluşu; quyuların yeraltı və əsaslı təmirinin növləri; quyuların mənimsənilməsi və tədqiqi, neft və qaz hasilatının intensivləşdirilməsi; avtomatika və telemexanika sisteminin və proqram-qurğularının quruluşu və onlardan istifadə qaydaları, avtomatika və telemexanikanın əsasları.



For Organizations
Login In:

Password:


Forget Password
New User



Mobil: (055) 669 68 89
WhatsApp: (055) 669 68 89
E-mail: farkhadov@gmail.com


EmploymentEmployment
Log In:

Password:


Forget Password
New User