AzerWeb HomeAzeri
ABCDEFGHIJKLMNOPQRSTUVWXYZAll

   
Advanced search

 Job - İnformatika müəllimi (Kaspi)

 Duration: 15.08.2017 - 22.08.2017

 “Kaspi” Təhsil Şirkəti 2017-2018-ci tədris ili üçün “Kaspi” liseylərinə İnformatika fənni üzrə saat hesabı müəllimlərin işə qəbulunu elan edir.

Minimum vakansiya tələbləri:

  • Müvafiq sahə üzrə bakalavriatura dərəcəsi;
  • Sahə üzrə orta məktəbdə ən azı 2 illik pedaqoji təcrübə.

Tələb olunan bilik və bacarıqlar:

  • Peşəsinə yüksək motivasiya ilə yanaşma;
  • Fərdi və komandada işləmək bacarığı;
  • Yüksək çalışmaq və öyrətmək həvəsi;
  • Sinfin idarə edilməsi bacarığı;
  • Müxtəlif yaş qruplu şagirdlər və valideynlərlə çalışmaq qabiliyyəti;
  • Müasir təlim və tədris metodlarını tətbiq etmək bacarığı.

 “Kaspi” Təhsil Şirkəti bizimlə işləməyin müqabilində sizə təklif edir:

  • Rəqabətə davamlı əmək haqqı;
  • Nahar;
  • Fərdi inkişaf imkanları;
  • Tədris əsnasında müasir texnologiyalardan istifadə imkanı;
  • Böyük, mehriban və dəstəkləyici işçi heyəti ilə işləmək imkanı;
  • Yeni təklif və ideyaları irəli sürmək və reallaşdırmaq fürsəti.

İş saatları: Saat hesabı (dərs saatlarından asılı olaraq)

İş yeri:   “Kaspi” Liseyi - Bakıxanov filialı– Bakıxanov qəs., Sakit Qocayev 17

Elan tarixi: 15 Avqust 2017

Son müraciət tarixi: 22 Avqust 2017

  • Maraqlananlar www.kaspi.edu.az saytına daxil olaraq, Karyera bölməsinə keçərək işə müraciət edə bilərlər.  
  • Yalnız müraciət formaları ilkin baxışdan uğurla keçən namizədlərlə əlaqə saxlanılacaq.
  • Müraciət formaları ilkin baxışdan müvəffəqiyyətlə keçən namizədlər iki və ya üç mərhələdən ibarət olan müsabiqəyə dəvət olunacaqlar.




For Organizations
Login In:

Password:


Forget Password
New User



Mobil: (055) 669 68 89
WhatsApp: (055) 669 68 89
E-mail: farkhadov@gmail.com


EmploymentEmployment
Log In:

Password:


Forget Password
New User