AzerWeb HomeAzeri
ABCDEFGHIJKLMNOPQRSTUVWXYZAll

   
Advanced search

 Job - Mühasib (Kaspi)

 Duration: 16.08.2017 - 23.08.2017

 

“Kaspi” Təhsil Şirkəti Mühasib vəzifəsi üçün vakansiya elan edir.

Müasir tələblərə cavab verən, keyfiyyətli təhsil sisteminə və 10 illik zəngin təcrübəyə malik olan “Kaspi” Təhsil Şirkəti beynəlxalq təhsil proqramı və təcrübələrindən yararlanaraq tədris prosesini təşkil etməsi ilə yanaşı əməkdaşlarının fərdi və peşəkar inkişafı üçün lazimi şərait yaradır. Peşəkar iş mühiti, səmimi və mehriban kollektivi ilə fərqlənən “Kaspi” Təhsil Şirkəti karyerasını inkişaf etdirmək istəyən namizədləri öz komandasına dəvət edir.

Vakansiya tələbləri:

  • Maliyyə və ya mühasibatlıq sahəsi üzrə minimum bakalavriatura dərəcəsi;
  • Sadə üzrə minimum 2 illik iş təcrübəsi.

Tələb olunan bilik və bacarıqlar:

  • Mühasibatlıqla bağlı yerli qanunvericiliyi bilməli;
  • Rəsmi hesabatların hazırlanması və təqdim olunması prosedurlarını bilməli;
  • Elektron hökümət portalı ilə işləyə bilmə qabiliyyəti;
  • MS Office proqramlarında sərbəst işləmək qabiliyyəti. Xüsusilə MS Excel-dən yüksək istifadə bacarığı;
  • Beynəlxalq Maliyyə Hesabatı Standartları ilə tanışlıq əlavə üstünlükdür.


Vəzifə öhdəlikləri:

  • Dövlət büdcəsinə ödənişlərin düzgün hesablanması və vaxtında köçürülməsi, dövlət orqanları ilə iş və dövlət orqanlarına hesabatların göndərilməsi; uçotun müvafiq sahələri üzrə ilkin sənədlərin təkmilləşdirilməsini həyata keçirmək;
  • Daxil olan pul vəsaitlərinin, əmtəələr və mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında və düzgün mühasibat uçotunda əks etdirilməsini təmin etmək; onların inventarizasiyasının müəyyən olunmuş müddətdə keçirilməsinə nəzarət etmək;
  • Xərc smetalarının icrası, mal satışı və görülən iş və xidmətlərin uçotunun aparılması;
  • Mühasibat sənədlərinin saxlanılması, qorunması və müəyyən olunmuş müddətlərdə arxivə təhvil verilməsini təşkil etmək və prosedura nəzarət etmək;
  • Mövcud qanunvericiliyə uyğun olaraq müəssisənin maliyyə nəticələrinin dəqiq uçotunu təşkil etmək;
  • İlkin sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirmək.



İş saatları:  I-V günlər – 9:00-18:00, VI gün – qısaldılmış iş günü

İş yeri: Bakı şəhəri, “Kaspi” Təhsil Şirkəti 

Əmək haqqı: Rəqabətə davamlı əmək haqqı

Elan tarixi: 16.08.2017

Son müraciət tarixi:   23.08.2017

  • Maraqlananlar http://www.kaspi.edu.az saytında, Karyera bölməsindən işə müraciət edə bilərlər.
  • Yalnız müraciət formaları ilkin baxışdan uğurla keçən namizədlərlə əlaqə saxlanılacaq.
  • Müraciət formaları ilkin baxışdan müvəffəqiyyətlə keçən namizədlər iki və ya üç mərhələdən ibarət olan müsabiqəyə dəvət olunacaqlar.



For Organizations
Login In:

Password:


Forget Password
New User



Mobil: (055) 669 68 89
WhatsApp: (055) 669 68 89
E-mail: farkhadov@gmail.com


EmploymentEmployment
Log In:

Password:


Forget Password
New User