AzerWeb HomeAzeri
ABCDEFGHIJKLMNOPQRSTUVWXYZAll

   
Advanced search

 Job - Təlim – tərbiyə işləri üzrə direktor müavini (MTK)

 Duration: 21.08.2017 - 24.08.2017

Heydər Əliyev adına Müasir Təhsil Kompleksi                                                                                          
http://www.mtk.edu.az

Təlim – tərbiyə işləri üzrə direktor müavini

Vakant yer: 

Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin orta məktəbində direktorun tədris işləri üzrə direktor müavini

Namizədə olan tələblər:

Təhsili: : Pedaqoji və ya idarəetmə sahəsi üzrə ali təhsil

İş təcrübəsi: 

  • Bir qayda olaraq, humanitar və ya ictimai fənlər ixtisası üzrə ən azı 5 illik pedaqoji staj
  • Təhsilin təşkili və idarə olunması ixtisası üzrə diplom (arzu olunur)
  • Normativ sənədlərlə çalışma təcrübəsi
  • Tədris işləri sahəsində təcrübəsi
  • Özəl tədris müəssisəsində iş təcrübəsi (arzuolunur)

Bacarıqlar: 

  • Azərbaycan dilini mükəmməl  bilmə
  • MS Ofis proqramlarından  tam istifadə etmə
  • Xarici dillərdən rus və ingilis dilini bilmə
  • Elektron resurslardan (email, ağıllı lövhə və s) istifadə edə bilmə

Biliklər: 

  • Gənclərin təhsil və tərbiyə məsələlərinə dair dövlət və hökumət orqanlarının qərarları
  • «Azərbaycan Respublikasının Təhsil Qanunu»,
  • Uşaq Hüquqları Konvensiyası,
  • «Gənclər siyasəti haqqında» Azərbaycan Respublikasının Qanunu;
  • Təhsilin idarə olunması üzrə tənzimləyici və normativ-hüquqi sənədləri, idarəetmənin elmi əsasları və müasir metodları;
  • Tədris proqramları və tədris-metodiki sənədlərlə iş, məktəbdaxili nəzarət, müəllimlərin əməyinin tarifləşdirilməsi qaydaları;
  • Qabaqcıl təlim-tərbiyə metodları;
  • Respublikamızda və xarici ölkələrdəki pedaqogika və pedaqoji psixologiya elminin son nailiyyətləri;
  • Fəal təlim metodları.

İş istiqamətləri:

  • Təhsilin məzmununun tam həyata keçirilməsini təmin edir: tədris planı və proqramlarının düzgün yerinə yetirilməsinə nəzarət;
  • Tədris planı əsasında dərs cədvəlini tərtib edilməsi ona düzgün əməl edilməsinə nəzarətin həyata keçirilməsi;
  • Dərslərin təşkilinə nəzarət: ayrı – ayrı fənlər üzrə dərslərin planlaşdırılması və planların həyata keçirilməsinə nəzarət;
  • Dərslərin müşahidəsi, onların səmərəli təşkili, pedaqoji tələblərə nə dərəcədə cavab verməsinin  yoxlanması;
  • Təlim və tərbiyənin keyfiyyətinə nəzarət : ayrı – ayrı siniflər və fənlərdən mənimsəmə keyfiyyətinin aşkara çıxarılması, nöqsanları və onların səbəblərinin təhlil edilib tövsiyələr hazırlaması;
  • Şagirdlərin bilik və bacarıq səviyyəsinin  təhlili;
  • İmtahan və yoxlamaların vaxtında və düzgün keçirilməsinə, qiymətlərin obyektiv verilmısinə nəzarət ;
  • Pedaqoji kontingent, şagird və valideynlərlə sistemli işin  qurulması;
  • Hesabatların hazırlanması

 

 

Namizədliyi irəli sürmək üçün tələb olunan sənədlər:                                                          namizədin CV-si

Elektron ünvan (məktub elektron ünvana “TT” mövzusu altında göndərilməlidir):                                hr@mtk.edu.az

Sənədlərin göndərilməsinin son tarixi:                                                                        24 avqust 2017-ci il

Ünvan: Bakı şəhəri, Heydər Əliyev pr 102.                                                                  
telefon: (012) 596 71 73



For Organizations
Login In:

Password:


Forget Password
New User



Mobil: (055) 669 68 89
WhatsApp: (055) 669 68 89
E-mail: farkhadov@gmail.com


EmploymentEmployment
Log In:

Password:


Forget Password
New User