AzerWeb HomeAzeri
ABCDEFGHIJKLMNOPQRSTUVWXYZAll

   
Advanced search

 Job - Satıcı (EAS)

 Duration: 25.08.2017 - 30.08.2017

İşəgötürən: Libraff

 

İşin adı: Satıcı

 

Son müraciət tarixi: 30 sentyabr 2017-ci il

 

 

 

İşin məqsədi: Bakı və Gəncə şəhərində yerləşən kitab dükanının siması kimi bütün müştərilərə gülərüzlü xidmət göstərmək, kitabla bağlı onların sorğularını cavablandırmaq, azyaşlılar da daxil olmaqla bütün oxuculara kitab seçimində dəstək vermək. 

Əsas vəzifələr:

  • Yüksək keyfiyyətli müştəri xidməti göstərmək, kitab dükanının xidmət sahəsinə dair müştərilərin sualını dolğun cavablandırmaq;
  • Kitab seçimində və müxtəlif janrlara aid kitablaların yerləşmə qaydasına dair müştərilərə məsləhət vermək;
  • Kitab sifarişi ilə bağlı müştərinin xahişini qəbul etmək və kitabın daxil olma vaxtı barədə müştəriyə xəbər vermək;
  • Dükanda müəllif gününün təşkil edilməsində yaxından iştirak etmək;
  • Dükanda olan bütün kitabların səliqəli, təmiz  və qaydasında saxlanmasını təmin etmək, menecerlə birgə dükanda kitabların cəlbedici nümayişini təşkil etmək;
  • Tələb olunduqda kitab dükanının açılmasına və iş saatından sonra bağlanmasına cavabdeh olmaq;
  • Dükanda olan ləvazimatların vizual nəzarətini həyata keçirmək və hər hansı bir hadisə (oğurluq, kitabı və ya digər ləvəzimatları qəsdən zədələmək, cırmaq) barədə dərhal dükanın menecerinə məlumat vermək;
  • İş ərazisinin və kitabların təmiz və səliqəli saxlanmasını təmin etmək.

Tələb olunan bilik, bacarıq və şəxsi keyfiyyətlər:

  • Yüksək müştəri xidməti göstərmək bacarığı və çoxlu müştərisi olan mühitdə ən azı 1 (bir) illik iş təcrübəsi;
  • Kitabı sevmək, onu dəyərləndirmək, klassik və müasir müəlliflərin əsərləri barədə biliyə malik olmaq;
  • Statistik məlumatlar toplamaq və nəticələrə dair hesabatlar hazırlamaq bacarığı;
  • Mükəmməl Azərbaycan dili - şifahi və yazılı, ingilis və rus dili bacarığı;
  • Kompüter proqramlarını bilmək bacarığı;
  • Müstəqil şəkildə və ya cuzi nəzarət altında səmərəli işləmək bacarığı;
  • Müştərilər və komanda yoldaşları ilə yaxşı ünsiyyət qurma bacarığı;
  • Məhdud vaxt zamanı kəsiyində işləmək bacarığı;
  • Ödənişin aparılması və hesablanması sahəsində müəyyən təcrübəyə malik olmaq

MÜRACİƏT QAYDALARI 

Maraqlanan namizədlər müvafiq təcrübə və keyfiyyətlərini əks etdirən CV info@libraff.az elektron poçtuna göndərməlidir. Elektron poçt vasitəsilə göndərdiyiniz müraciətinizin mövzu bölməsində müraciət etdiyiniz vəzifənin adını göstərməyiniz xahiş olunur.

Yalnız yuxarıdakı meyarlara uyğun gələn namizədlər müsabiqənin növbəti mərhələsinə keçmə şansı qazanacaq.

Ərizələrin son qəbulu tarixi 30 sentyabr 2017-ci il.



For Organizations
Login In:

Password:


Forget Password
New User



Mobil: (055) 669 68 89
WhatsApp: (055) 669 68 89
E-mail: farkhadov@gmail.com


EmploymentEmployment
Log In:

Password:


Forget Password
New User