AzerWeb HomeAzeri
ABCDEFGHIJKLMNOPQRSTUVWXYZAll

   
Advanced search

 Job - Sənaye sektorunda “CNC tipli rəqəmli proqram idarəetməsinə malik avadanlıqların operatoru” peşəsi üçün kurikulumun hazırlanmasına dair Qısamüddətli Böyük Ekspert (NIRAS)

 Duration: 01.09.2017 - 10.09.2017

 

“Azərbaycanda Peşə Təhsili və Təliminin İnkişafına Avropa İttifaqının Dəstəyi”

adlı Texniki Yardım Layihəsi

 

Sənaye sektorunda “CNC tipli rəqəmli proqram idarəetməsinə malik avadanlıqların operatoru” peşəsi üçün kurikulumun hazırlanmasına dair Qısamüddətli Böyük Ekspert

NİRAS Sweden AB İspaniyanın Eductrade və İtaliyanın Ars Progetti şirkətləri ilə konsorsiumda aparıcı olaraq Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi tərəfindən maliyyələşən və Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən icra olunacaq Avropa Dəstəyi/137866/DH/SER/AZ, adlı Azərbaycanda Peşə Təhsili və Tədrisinə Dəstəyə texniki yardım göstərilməsi barədə müqavilə imzalamışdır. Layihə 2017-ci ilin yanvarında başlamış və 33 ay müddətinə davam edəcəkdir.

Tapşırıq və öhdəliklər

Qisamüddətli ekspert (QE) tapşırıq qruplarının üzvləri ilə birgə aşağıda verilən tapşırıqları icra edəcək:

Tapşırıqlar/fəaliyyətlər

Gözlənilən nəticələr/məhsullar

Son tarixi

Tapşırıq qrupları ilə məsləhətləşmə görüşlərində iştirak

Hazırlanmış kurikulum üzrə tapşırıq qruplarından rəy və tövsiyələri almaq

Sentyabr/Oktyabr 2017

Təklif edilmiş kurikulum formatına və peşə standardına əsaslanaraq kurikulumların ilkin variantının hazırlanması

Hazırlanmış kurikulumun ilkin variantının təhvil verilməsi

Noyabr 2017

Məsləhətləşmə görüşlərinin nəticəsinə uyğun olaraq kurikulumların son variantının hazırlanması

Əldə edilmiş rəy və tövsiyələrə uyğun olaraq kurikulumlara düzəlişlər etmək və son variantı təhvil vermək

Fevral 2018

Hesabatların hazırlanması

Görülmüş işlərin nəticəsinə dair hesabatların hazırlanması

Noyabrın və Fevralın sonunda

Komanda rəhbəri tərəfindən verilən tapşırıqların icrası

Qısamüddətli ekspert aşağıda verilənlərə öhdəlik götürəcək:

  • Razılaşdırılmış proseduraya uyğun olaraq işləyəcək
  • Düzgün şablon sənədlərdən istifadə edəcək
  • Son tarixlərə əməl edəcək
  • Müştəriyönümlü yanaşmaya əməl edəcək
  • Görülmüş işlərin və son məhsulların keyfiyyətinə cavabdeh olacaq
  • Görülmüş işlərin yekununa dair hesabatlar hazırlayacaq
  • Ödəniş cədvəllərini vaxtında və düzgün şəkildə dolduraraq verəcək

Qısamüddətli ekspertin iş günlərinin sayı və məhsulları vermək üçün son tarixlər

İş günlərinin sayı:                  Hər kurikulum üçün 20 gün

Gözlənilən müddət:                      Sentyabr 2017 – Fevral, 2018

                        

İxtisas və bacarıqlar

Ümumi ixtisas və bacarıqlar:

 Minimum tələblər:

  • Bakalavr dərəcəsi və ya seçilmiş sektorlar üzrə Peşə Təhsili və Təlimi və ya təhsil sahəsində peşəkar təcrübə
  • Yaxşı kompüter bacarıqları (Microsoft ofis proqramları)
  • Azərbaycan dilində mükəmməl yazmaq və danışmaq bacarığı
  • Mükəmməl təşkilati və ünsiyyət bacarığı
  • Müxtəlif tapşırıqları eyni vaxtda icra etmək və işləri vaxtında təhvil vermək bacarığı

 

Üstünlük verilən tələblər:

  • İngilis və rus dillərində yazmaq və danışmaq bacarıqları olanlara üstünlük veriləcək

 

 Ümumi peşəkar təcrübə:

 Minimum tələblər:

  • Sənaye sektoru üzrə ən azı 1 illik praktiki iş təcrübəsi  
  • CNC maşınları/avadanlıqları üzrə ən müasir texnoloji yeniliklər barədə məlumatlı olmaq  

 

Xüsusi peşəkar təcrübə:

 Minimum tələblər:

  • Sənaye sektoru üzrə “CNC maşınlarının operatoru” kimi və ya oxşar vəzifədə praktiki iş təcrübəsinin olması

 Üstünlük verilən tələblər

  • Sənaye sektoru üzrə səriştə əsaslı kurikulumların hazırlanması və icrası üzrə iş təcrübəsinin olması əsasdır, lakin peşə və kvalifikasiya standardlarının hazırlanması və ya icrası üzrə iş təcrübəsi isə arzuolunandır.

Maraqlanan namizədlər təcrübələrini əks etdirən CV formalarını 10 Sentyabr 2017-ci il tarixinədək office@mercury.az  elektron poçtuna göndərə bilərlər. Elektron poçt vasitəsilə göndərdiyiniz müraciətin mövzu bölməsində vəzifənin adını göstərməyiniz xahiş olunur.

        

Ünvan:  Bakı , Nərimanov rayonu, 4 Nazim Hacıyev küçəsi, Peşə təhsili üzrə Dövlət Agentliyi | Tel.:  +994 (012) 567 28 10



For Organizations
Login In:

Password:


Forget Password
New User



Mobil: (055) 669 68 89
WhatsApp: (055) 669 68 89
E-mail: farkhadov@gmail.com


EmploymentEmployment
Log In:

Password:


Forget Password
New User