AzerWeb HomeAzeri
ABCDEFGHIJKLMNOPQRSTUVWXYZAll

   
Advanced search

 Job - National Director (SOS)

 Duration: 07.09.2017 - 30.09.2017

DOWNLOAD English version [ National Director ( *.doc file) ]

“SOS Uşaq Kəndləri - Azərbaycan” Assosiasiyası Azərbaycan hökuməti və “SOS Kinderdorf” beynəlxalq humanitar təşkilatı arasında imzalanmış razılaşmaya əsasən 1999-cu ildə yaradılmışdır. Assosiasiyanın məqsədi valideyn himayəsindən məhrum olmuş və ya valideynlərini itirmək təhlükəsi ilə üzləşən uşaqlar və onların ailələrini qayğı və dəstəklə təmin etməkdir. Hazırda Bakı və Gəncədə SOS Uşaq Kəndləri; Ailə Əsaslı Qayğı layihəsi, Qısa Müddətli Sığınacaq Layihəsi, Gənclər Evi layihəsi, həmçinin bir neçə sosial layihələr uğurla fəaliyyət göstərir. “SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası, BMT-nin Uşaq Hüquqları Konvensiyasına əsaslanaraq, öz fəaliyyətində Uşaq Müdafiəsi siyasətini həyata keçirir.

“SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası hazırda güclü və etibarlı şəxsi keyfiyyətlərə malik və bizim işimizə dəstək göstərməklə uşaqlar üçün daha gözəl dəyişikliklər etməyə hazır və istəkli

MİLLİ DİREKTOR

 

vəzifəsinə elan verir:

Sizin əsas öhdəlikləriniz:

  • Strateji planlaşdırma: İdarə Heyətinin rəhbərliyi altında Milli Menecmet Komandasını və digər açar işçiləri prioritet sahələri müəyyənləşdirmək, plan və məqsədləri qərarlaşdırmaq məqsədilə prossesə cəlb etməklə strateji planlaşdırmanı fasilitasiya edir (və ya İdarə Heyətinin bələdçiliyi ilə). Planın səmərəli icrasını təmin etmək məqsədilə daim monitorinq aparır.
  • Milli Assosiasiyanın rəhbər strukturlarına dəstək göstərir: planları, hesabatları və təklifləri İdarə Heyətinin iclaslarında təqdim edir. İdarə Heyətinin Sədri ilə əməkdaşlıq çərçivəsində təşkilatın yerli qanunvericiliyinə uyğun fəaliyyət göstərməsini təmin edir. İdarə Heyətinin qərarlarının düzgün icrasını təmin edir.
  • Brendin inkişaf etdirilməsi: brendin inkişaf etdirilməsi üzrə beynəlxalq konsepsiyanın milli strategiya, planlaşdırmada tətbiq olunmasını təmin edir.  
  • İşi möhkəm insani təməllər üzərində qurur: fəaliyyətin səmərəli idarə olunması və bütün işçilərin inkişafını və onların istedadlarının müəyyən edilməsini təmin etmək üçün insan resurslarının inkişafı sistemini tətbiq edir. Təşkilatda bütün səviyyələrdə hesabatlılığı təşviq edir.
  • Proqramları inkişaf etdirir: resursların layihələr və proqramların yaradılması üçün istifadə edilməsini təmin edir. Proqramların və layihələrin qiymətləndirilməsini və bununla da razılaşdırılmış plan və siyasətlərin icra olunmasını, bacarıqların artırılmasını və lazımi texniki dəstəyi göstərilməsini təmin edir. Proqram və layihələr arasında müvafiq təcrübə mübadiləsini və əməkdaşlığı təşviq edir.
  • Daha yüksək vəzifədə olan işçilərin işini idarə edir, onlara rəhbərlik edir və inkişaf etdirir: assosiasiyanın Milli Menecment Komandasına rəhbərlik edir və güclü Milli Ofis komandası yaradır. Kouçinq, təlimləndirmə və işçilərin bacarıqlarının artırılmasına dəstək göstərən əsas açar işçilərə rəhbərlik edir və bununla da assosiasiya daxilində iş fəaliyyəti mədəniyyətini aşılayır.
  • Maliyyə Menecmenti: planlaşdırma və büdcələşməni təmin edir; daxili nəzarət sistemini tətbiq və monitorinq edir; əsas rəqəmləri və maliyyə hesabatlarını yoxlayır; illik maliyyə hesabatının və kənar audit hesabatının hazırlanmasını təmin edir.
  • İnzibati işlərə rəhbərlik edir: beynəlxalq sponsorluq proqramına, İR işinə və assosiasiya üzrə ümumi inzibati işlərə rəhbərlik edir və onun icrasına dəstək göstərir və bununla da yüksək hesabatlılıq standartlarının səmərəli şəkildə tətbiq olunmasını təmin edir.
  • Fandreyzinq və İctimaiyyətlə Əlaqələr işini inkişaf etdirir: dövlətin və özəl sektorun dəstəyi ilə uzunmüddətli maliyyə stabilliyini və özünümaliyyələşməni təşviq edir və bununla da ölkənin fandreyzinq imkanlarını maksimuma çatdırır. Strukturlu və davamlı fandreyzinq plan və strategiyalarının və qrant layihələrinin yaradılmasını və tətbiqini dəstəkləyir.  Lazım olduqda ictimaiyyətlə əlaqələri/marketinq fəaliyyətlərini dəstəkləyir və təşkilatın düzgün imicinin yaradılmasını təmin edir.
  • Dövlət orqanları ilə səmərəli əlaqələr yaradır: müvafiq dövlət orqanları ilə sağlam əlaqələr yaradır, təşkilatın baxışının müvafiq formada təqdim olunmasını təmin edir və SOS Uşaq Kəndlərinin işinə dövlət dəstəyinin əldə edilməsi üçün çalışır. Assosiasiyanın uşaqlar, ailələr və icma ilə bağlı rolu barədə aydın anlayışının olmasını təmin edir.
  • Uşaq hüquqları & İctimai Vəkillik: valideyn himayəsindən məhrum olmuş və valideynlərini itirmək riski qarşısında olan uşaqlarla işləyən digər qeyri hökümət təşkilatları (QHT) ilə əməkdaşlıqlar yaradır. QHT Uşaq Hüquqları forumlarında ictimai vəkillik məqsədlərini izləyir və digər QHT-lərlə birgə əməkdaşlıq çərçivəsində bizim missiyamızı uşaqlar üçün həyata keçirməyə çalışır. Media ilə əlaqələr yaradaraq uşaqlarla bağlı müxtəlif mövzularda təşkilatın mövqeyini təmsil edir.

Sizin profiliniz:

  • Biznes Administrasiyası, müvafiq sosial elmlər və ya bənzəri sahədə ali təhsil (Magistr dərəcəsinə üstünlük verilir)
  • Geniş və ya çoxprofilli bir təşkilatda 3 ildən yuxarı (5 illik təcrübəyə üstünlük verilir) səviyyəli liderlik təcrübəsi
  • Beynəlxalq korporasiyada iş təcrübəsi (və ya oxşar tipli beynəlxalq təşkilatda)
  • İstənilən layihəni verilmiş vaxt/keyfiyyət/büdcə standartları çərçivəsində icra etmək bacarığı.
  • Strateji yönümlülük və sahibkarlıq münasibəti: qlobal düşünmə qabiliyyəti, yüksək səviyyəli strateji, analitik və konseptual bacarıqlar, inkişaf imkanlarını və təşkilati strategiyaları müəyyən etmək qabiliyyəti
  • Aşağıdakı sahələrin bir və ya bir neçəsində iş təcrübəsi: İnsan resursları menecmenti, maliyyə, marketinq, sosial xidmətlərin göstərilməsi, təhsil, icma inkişafı.
  • Liderlik: komanda quruculuğu, motivasiyanın artırılması və təşkilatın hədəflərinə çatmaq üçün öhdəliklər yaratmaq bacarığı
  • Funksional bacarıqlar: maliyyə menecmenti (ümumi); İR menecmenti (iş biliyi); layihə menecmenti - planlaşdırma, icra, monitorinq və qiymətləndirmə (yüksək səviyyədə); dəyişiklikləri idarə etmə bacarığı (yüksək səviyyədə)
  • Fandreyzinq və Marketinq və qrantlara müraciət etmək təcrübəsi/biliyi (qrant və dövlət subsidiyaları)
  • Kommunikasiya: yüksək yazılı və şifahi ünsiyyət/təqdimat bacarığı; tərəfdaşlarla, donorlarla və sponsorlarla və bütün işçilərlə effektiv ünsiyyət bacarığı; təşkilatı kənarda təmsil etmə bacarığı.
  • Mükəmməl azərbaycan, ingilis və rus dilləri biliyi (şifahi və yazılı)
  • Lazım olduqda ölkə daxili və ölkədən kənara səfər etmə imkanı

Maraqlanırsınız? Xahiş edirik müraciət etmək üçün öz CV-nizi və müraciət məktubunuzu 30 Sentyabr 2017-ci il tarixinədək məktubun mövzu hissəsində “Milli Direktor” göstərməklə cv@sosushaqkendleri.az ünvanına göndərin.

CO EUCB / Milli Dirrektor

 /  

A loving home for every child



For Organizations
Login In:

Password:


Forget Password
New User



Mobil: (055) 669 68 89
WhatsApp: (055) 669 68 89
E-mail: farkhadov@gmail.com


EmploymentEmployment
Log In:

Password:


Forget Password
New User