AzerWeb HomeAzeri
ABCDEFGHIJKLMNOPQRSTUVWXYZAll

   
Advanced search

 Job - Riyaziyyat?muellimi (EAS)

 Duration: 17.11.2015 - 23.11.2015

 

İŞƏ QƏBUL ELANI

Avropa Azərbaycan Məktəbi

Avropa Azərbaycan Məktəbi (EAS) riyaziyyat müəllimi vəzifəsi üzrə müsabiqə elan edir. Məktəbdə təlim Azərbaycan və ingilis dillərində aparılır.

Peşəkar tələblər:

  • Ali təhsil (magistr dərəcəsi olan namizədlərə üstünlük verilir);
  • Ən azı iki il müəllimlik təcrübəsi;
  • MS Office, Excel və Power Point kimi standart kompüter proqramlarından mükəmməl istifadə bacarıqları və bilikləri;
  • İnteraktiv təlim və tədris metodlarını tətbiq etmək bacarıqları;
  • İngilis dili biliyi olan namizədlərə üstünlük veriləcək.

CV-də aşağıdakı məlumatlar əks olunmalıdır:

  • İddiaçının soyadı, adı, atasının adı;
  • Doğum tarixi;
  • Təhsil haqqında ətraflı məlumatlar;
  • İş təcrübəsi haqqında ətraflı məlumatlar;
  • İddiçı barədə zəmanət verə biləcək 2 şəxsin adı və əlaqə nömrələri.

CV-lər namizədin iş təcrübəsinə və göstərilən tələblərə uyğunluğu əsasında seçiləcəkdir.

Uğurlu namizədlər ilkin mərhələdə aşağıdakı sahələr üzrə bilik və kompetensiyaları araşdırılacaqdır:

  • Tədris etdiyi fənn və ingilis (rus) dili üzrə test;
  • Kompüter bacarıqları üzrə test.

İkinci mərhəldə uğurlu namizədlər pedaqoji esse yazacaq. İkinci mərhələni müvəffəqiyyətlə keçmiş namizədlər məktəbdə dərs nümayiş etdirməklə onların müasir təlim metodları və texnologiyaları üzrə bacarıqları araşdırılacaqdır.

ƏRİZƏLƏRİN QƏBUL QAYDALARI

Maraqlanan şəxslər niyyət məktubunu və tələblərə uyğun təcrübə və keyfiyyətləri özündə əks etdirən CV-ni hr@eas.az elektron poçt ünvanına göndərməlidirlər. Niyyət məktubu olmayan CV-lərə baxılmayacaq. CV-ni göndərərkən elektron poçt ünvanının mövzü hissəsində sənədlərin hansı elan üzrə verildiyi qeyd edilməlidir. Telefon vasitəsilə əlavə məlumat üçün müraciətlərə baxılmayacaq. Yalnız seçilmiş namizədlərə müsahibə haqqında məlumat veriləcəkdir.

Sənədlərin təqdim olunmasının son tarixi 23 noyabr 2015-ci ildir.



For Organizations
Login In:

Password:


Forget Password
New User



Mobil: (055) 669 68 89
WhatsApp: (055) 669 68 89
E-mail: farkhadov@gmail.com


EmploymentEmployment
Log In:

Password:


Forget Password
New User