AzerWeb HomeAzeri
ABCDEFGHIJKLMNOPQRSTUVWXYZAll

   
Advanced search

 Job - Muhendis (UMID SSD PU)

 Duration: 16.11.2015 - 27.11.2015

İŞ ELANI

   YÜKLƏ | Müraciət forması | (*.doc file)

Şərq Qərb İdarəetmə İnstitutu (ŞQİİ) “Ümid” Sosial İnkişafa Dəstək İctimai Birliyi (“Ümid” SİD İB)  ilə strateji tərəfdaşlıqla Azərbaycanda ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (ABŞ BİA) və Azərbaycan Hökumətinin birgə maliyyələşdirdiyi Sosial İqtisadi İnkişaf Fəaliyyəti (SEDA) layihəsini həyata keçirir.

Bu layihədə “Ümid” SİDİB  İcma İnkişaf  Şuralarının formalaşdırılması və inkişaf etdirilməsi, sosial-iqtisadi infrastukturun yaxşılaşdırılması üzrə komponentə cavabdehlik daşıyır. Layihənin məqsədi qəraravermə prosesində mülki şəxslərin iştirakını artırmaqla, sosial və iqtisadi ehtiyacların həllində icmalara dəstək verməkdir.

“Ümid” SİDİB layihə çərçivəsində Mühəndis vəzifəsi üzrə işçi qəbulu elan edir.

Tələb olunan vəzifə üzrə işin əsas icra olunduğu region Aran ( Şirvan şəhəri və Sabirabad, İmişli, Beyləqan rayonları)   olmaqla,  əlavə  Gəncə-Qazax  (Gəncə şəhəri və Goranboy, Samux rayonları) regionunu da əhatə edəcəkdir.

Seçimdə iştirak etmək  istəyən şəxslər   13 noyabr  2015-ci  il  tarixdən 27 noyabr  2015-ci il tarixədək özləri  barədə  məlumatı elana əlavə olunmuş işə qəbul üçün ərizə formasında qeyd edib, office@umid-sid.az ünvanına göndərə bilərlər.

Vəzifə:

  • Mühəndis –1 nəfər

İş yeri:  Aran (Sabirabad, İmişli, Beyləqan  və s.) regionu – əsas

               Gəncə-Qazax  (Goranboy, Samux və s.) regionu – əlavə

İş vaxtı: 8 saat/gündə, 5 gün/həftədə

Mühəndis vəzifəsi:

  • Hədəf icmalarda layihə təklifinin, büdcənin və layihə üzrə smetaların hazırlanması üzrə məsləhət və mentorluq xidmətlərinin göstərilməsi;
  • Layihələrə cəlb edilən fəhlələrin və icma üzvlərinin təhlükəsizlik barədə məlumatlılığının və bacarıqlarının artırılması;
  • İcma layihələrinin rəqabətli şəkildə seçilməsində və qiymətləndirilməsində iştirak edilməsi;
  • Mal və material təchizat işlərində İFQ ilə birlikdə yaxından iştirakın təmin edilməsi;
  • İcmalarla yerli hakimiyyət nümayəndələri arasında əməkdaşlıq əlaqələrinin yaradılması;
  • Layihələr üzrə müvafiq idarələrdən dəstək sənədlərinin alinmasında icma üzvlərinə yardımın təmin edilməsi;
  • Layihə üzrə istifadə edilən material və vəsaitlərin düzgün və əlverişli istifadəsinin və təhlükəsizliyinin təmin edilməsi;
  • Fəaliyyətin monitorinq olunması;
  • Fəaliyyət üzrə müvafiq dövr (həftəlik, aylıq, rüblük, illik və s.) üzrə məlumat və hesabatların hazırlanması.

 Tələblər:

  • Ali təhsilli olmalı;
  • Kompüter bacarıqlarına malik olmalı (ofis proqramları – Word, Excel, AutoCad və s.);
  • Təşkilatçılıq, ünsiyyət, təmsilçilik və təqdimetmə bacarıqları olmalı;
  • Azərbaycan dilində səlist danışmaq bacarığı (Rus və İngilis dilini bilmək arzuolunandır);
  • Yaradıcı və məqsədyönlü fəaliyyət;
  • Qeyri – hökümət sektoru barədə məlumatlılıq.

   

Qeyd: Zəhmət olmasa, CV-nizlə yanaşı İşə olan maraqları ifadə edən məktubu (Cover Letter) və Arzuladığınız əmək haqqı (Salary expectation) məbləğini yuxarıda qeyd olunan e-mail ünvanına göndərəsiniz. Ancaq seçilmiş namizədlər müsahibəyə dəvət ediləcəkdirlər.



For Organizations
Login In:

Password:


Forget Password
New User



Mobil: (055) 669 68 89
WhatsApp: (055) 669 68 89
E-mail: farkhadov@gmail.com


EmploymentEmployment
Log In:

Password:


Forget Password
New User