AzerWeb HomeAzeri
ABCDEFGHIJKLMNOPQRSTUVWXYZAll

   
Advanced search

 Job - Anbardar (EAS)

 Duration: 28.10.2015 - 12.11.2015

 

İşəgötürən: TEAS Press

 

İşin adı: Anbardar

 

Son müraciət tarixi: 12 noyabr 2015-ci il

 

Əsas vəzifələr:

  • Anbarda olan yüklərin siyahısını tərtib etmək:
  • Yükləri və poçtu anbara qəbul edərkən qablaşdırılmanın vəziyyətini və markalanmanın düzgünlüyünü yoxlamaq;
  • Yüklərin xüsusiyyətindən asılı olaraq yüklərin anbarda düzgün yerləşdirilməsini təşkil etmək;
  • Sənədlərində heç bir çatışmamazlıq faktı olmayan yükü anbara qəbul etmək və anbarda yüklərin qabaqcadan komplektləşdirilməsini təşkil etmək;
  • Yükün göndərilməsi barədə kompüter vasitəsilə xüsusi proqramda müvafiq qeydiyyat aparmaq;
  • Yükü qəbul edərkən yük manifesti ilə yükə aid göstəriciləri tutuşdurmaq;
  • Zəruri hallarda akt tərtib edilməsində iştirak etmək;
  • Yükü qəbul etdikdən sonra müvafiq qeydiyyat aparmaqla yükün qəbulunu təsdiqləmək;
  • Sənədlərində qeyri-dəqiqlik və çatışmazlıq faktı olmayan yükü yükalana təhvil vermək;
  • Fəaliyyətin planlaşdırılmasına və nəticələrə dair hesabat hazırlamaq;
  • Tələb olunan metodlar əsasında anbara qəbul edilən və oradan çıxarılan məhsul və materialların qeydiyyatını aparmaq;
  • İş ərazisini və istifadə olunan ləvazimatları təmiz və normal fəaliyyət üçün lazımi səviyyədə saxlamaq.

 

Tələb olunan bilik, bacarıq və şəxsi keyfiyyətlər:

  • Məhsulları xüsusiyyətlərinə müvafiq olaraq anbarda saxlamaq
  • Anbarı və ləvazimatları təmizləmək və normal fəaliyyət üçün lazımi şəkildə saxlamaq bacarığı
  • Ləvazimatları saz vəziyyətdə saxlamaq və yaranan nasazlıqları aradan qaldırmaq
  • Statistik məlumatlar toplamaq və nəticələrə dair hesabatlar hazırlamaq
  • Mükəmməl Azərbaycan dili - şifahi və yazılı, ingilis və rus dili bacarığı müsbət dəyərləndirilir
  • Kompüter proqramlarını bilmək
  • Müstəqil şəkildə və ya cuzi nəzarət altında səmərəli işləmək bacarığı
  • Yaxşı ünsiyyət qurma bacarığı
  • Məhdud vaxt zamanı kəsiyində işləmək bacarığı

MÜRACİƏT QAYDALARI 

Maraqlanan namizədlər müvafiq təcrübə və keyfiyyətlərini əks etdirən CV recruitment.baku@yahoo.com elektron poçtuna göndərməlidir. Elektron poçt vasitəsilə göndərdiyiniz müraciətinizin mövzu bölməsində müraciət etdiyiniz vəzifənin adını göstərməyiniz xahiş olunur.

Yalnız yuxarıdakı meyarlara uyğun gələn namizədlər müsabiqənin növbəti mərhələsinə keçmə şansı qazanacaq.

 

Ərizələrin son qəbulu tarixi 12 noyabr 2015-ci il.



For Organizations
Login In:

Password:


Forget Password
New User



Mobil: (055) 669 68 89
WhatsApp: (055) 669 68 89
E-mail: farkhadov@gmail.com


EmploymentEmployment
Log In:

Password:


Forget Password
New User