AzerWeb HomeAzeri
ABCDEFGHIJKLMNOPQRSTUVWXYZAll

   
Advanced search

 Job - Gencede yerlesen oglanlar ucun Gencler Evi layihesine Meslehetci vezifesine elan verir (SOS)

 Duration: 30.09.2015 - 11.10.2015

 

İŞ ELANI

 

“SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası “SOS Kinderdorf” beynəlxalq humanitar təşkilatı və Azərbaycan hökuməti arasında imzalanmış razlaşmaya əsasən 1999-cu ildə yaradılmışdır. Təşkilatın əsas məqsədi valideyn himayəsindən məhrum olan uşaqlara ailə əsaslı qayğı göstərməkdən, həmçinin atılma riski altında olan uşaqların sosial rifahını təmin etmək məqsədilə müxtəlif tədbirlər həyata keçirməkdən ibarətdir. Hazırda Assosiasiyanın Bakı və Gəncə Uşaq Kəndləri və Ailələrə Dəstək Proqramı çərçivəsində bir sıra sosial və təhsilyönümlü layihələr uğurla fəaliyyət göstərir.

 

“SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası Gəncədə yerləşən oğlanlar üçün Gənclər Evi layihəsinə Məsləhətçi vəzifəsinə elan verir.

 

İş şəraiti

  • Tamam məşğulluq

  • Ərazi – Gəncə şəhəri

 

Məsləhətçinin əsas vəzifəsi gənc oğlanların fərdi inkişafını dəstəkləmək, onlari müstəqil həyata hazırlamaq və cəmiyyətdə öz yerini tapmaqda onlara dəstək göstərməkdir.

 

Tələb olunan meyarlar

  • Sosial iş, pedaqogika, psixologiya və ya bənzəri sahələrdə ali təhsil,
  • Gənclərlə iş, sosial iş sahəsində iş təcrübəsi,
  • QHT-lərdə iş təcrübəsi
  • Uşaq hüquqları sahəsində biliklər
  • Liderlik bacarıqları
  • Yaxşı ünsiyyət bacarıqları
  • Komanda yaratmaq və idarəetmək bacarığı
  • Strateji düşünmə bacarığı
  • Kompüter bacarıqları
  • İngilis və rus dili biliyi arzu olunandır
  • 30 yaşdan yuxarı kişi namizədlərin müraciət etməsi xahiş olunur.

 

Uyğun namizədlər öz CV-lərini aşağıdakı e-mail ünvanına göndərə bilərlər

 

(yalnız elektron ərizələr nəzərə alınır):

 

cv@sosushaqkendleri.az

 

Xahiş olunur, məktubun "SUBJECT" qrafasında "Gəncə GE Məsləhətçi" yazasınız.

 

CV-lərin göndərilməsinin son tarixi 11 oktyabr 2015-ci il

 

www.soschildren.az



For Organizations
Login In:

Password:


Forget Password
New User



Mobil: (055) 669 68 89
WhatsApp: (055) 669 68 89
E-mail: farkhadov@gmail.com


EmploymentEmployment
Log In:

Password:


Forget Password
New User