AzerWeb HomeAzeri
ABCDEFGHIJKLMNOPQRSTUVWXYZAll

   
Advanced search

 Job - PR menecer (BSC Group)

 Duration: 26.02.2015 - present

                                                                          

 PR menecer


Vəzifə öhdəlikləri:

  • Şirkətin ictimaiyyətlə əlaqələrinin həyata keçirilməsi ilə bağlı müxtəlif təbliğat materiallarının hazırlanması və aidiyyatı hədəf qrupları arasında yayılmasının təşkili;
  • Sirkətin ictimaiyyətlə əlaqlərinin və işgüzar nüfuzunun inkişaf etdirilməsilə bağlı fəaliyyət istiqamətləri üzrə( hüquq, maliyyə, kadr, insan resursları, marketinq biznes təlimləri) dəyirmi masaların, konfransların və digər formatlarda tədbirlərin təşkili;
  • Kütləvi informasiya vasitələri, sahibkarlıq ictimaiyyəti və dövlət orqanları ilə işgüzar əlaqələrin inkişaf etdirilməsi;
  • Şirkətin biznes reytinqlərinin öyrənilməsi ilə bağlı aidiyyatı üzrə respondent kateqoriyaları üzrə sorğuların həyata keçirilməsi;
  • Şirkətin dinamik fəaliyyətinin saytda adekvat əks olunması ilə bağlı tədbirlərin görülməsi;
  • Şirkətin fəaliyyətinə dair mütəmadi olaraq saytın ana səhifəsində xəbərlərin yenilənməsi, o cümlədən idarəetmə, iqtisadiyyat, sosial həyatda və biznes konsaltinq aləmində baş verən mühüm hadisələrə dair xəbərlərin saytda verilməsi
  • Press-relizlərin, informasiya xəbərlərinin, məqalələrin yazılması, brifinqlərin, press-konfransların, digər görüş və yığıncaqların təşkili və keçirilməsi;
  • Təlim elanları ilə bağlı daxil olmuş müraciətlərin qruplaşdırılması;
  • Təlimlə bağlı elanların hazırlanması, razılaşdırılması və aidiyyatı internet resurslarında yerləşdirilməsi;
  • Şirkətin xidmətləri haqqında maraq formalaşdırmaq, onun geniş alıcı kütləsinə çatdırılması, yerli və xarici şirkətlərlə rəqabətin gücləndirilməsi məqsədilə bu məhsulların satılmasına kömək göstərmək üçün lazımi informasiyanı və digər xüsusiyyətləri barədə,   reklam çarxları və digər reklam daşıyıcıları vasitəsilə alıcıya çatdırmaq;  
  • Şirkətin istehsal etdiyi məhsul haqqında maraq formalaşdırmaq, onun geniş alıcı kütləsinə çatdırılması, yerli və xarici şirkətlərlə rəqabətin gücləndirilməsi məqsədilə bu məhsulların satılmasına kömək göstərmək üçün lazımi informasiyanı-məhsulun tərkibi, hazırlanma üsulu və tarixi, təyinatı, istehlak xassələri, istifadə şərtləri və digər xüsusiyyətləri barədə lazımi informasiyanı tam dolğunluğu ilə reklam çarxları və digər reklam daşıyıcıları vasitəsilə alıcıya çatdırmaq.   

Bilməlidir :                                                                                  

  • KİV və digər vasitələrlə işləmə əsaslarını;
  • PR-ın və PR kampaniyalarının planlaşdırılması prinsiplərini;
  • PR kampaniyaların təşkili və həyata keçirilməsi metodlarını;
  • KİV-in strukturu və funksiyalarını;
  • Müştəri PR-ı, daxili korporativ PR və digər PR istiqamətlərinin əsaslarını;
  • Rəqabət mühitində işləmə prinsiplərinin əsaslarını;
  • Reklam işinin əsaslarını bilməlidir.

Tələblər:

  • Yaş  20 – 35;
  • İş təcrübəsi 1 ildən yuxarı;
  • Əmək haqqı     500-600 .
  • Cins: Kişi və Qadın
  •  Komputer  bilikləri
  • Mükəmməl azərbaycan, rus və ingilis  dillərini bilmək
  • Məsuliyyətli olmaq və öhdəliklərin vaxtında yerinə yetirilməsi
  • Ünsiyyətcil,komanda şəklində işləmə bacarığı

Tələblərə cavab verən namizədlər müsabiqəyə dəvət olunacaqlar. 
Ətraflı məlumat və suallarınız üçün bizimlə elaqə saxlaya bilərsiniz.

Xahiş edirik, maraq göstərən şəxslər  öz tərcümeyi-hallarını (CV)  "mövzu" yerinə   " PR  menecer " sözünü qeyd etməklə  hr@bsc-group.az  elektron poçtuna göndərsinlər. 

Business Service Centre LTD
Azerbaijan,Baku - F.Amirov, 10
E-mail: hr@bsc-group.az
Web: www.bsc-group.az    

 

                                   



For Organizations
Login In:

Password:


Forget Password
New User



Mobil: (055) 669 68 89
WhatsApp: (055) 669 68 89
E-mail: farkhadov@gmail.com


EmploymentEmployment
Log In:

Password:


Forget Password
New User