AzerWeb HomeAzeri
ABCDEFGHIJKLMNOPQRSTUVWXYZAll

   
Advanced search

 Job - Qafqaz uzre Amerika Huquq Mektebinin Yerli Numayendesi (SAL Georgia)

 Duration: 11.08.2014 - present

 

Illinoys Texnologiya İnstitutu
Çikaqo-Kent Hüquq Kolleci

Təhsil İdarəetməsi Park MMC, Illinoys Texnologiya İnstitutu, Çikaqo-Kent Qafqaz regionu üzrə(Gürcüstan,Azərbaycan və Türkiyə) Hüquq Kollecinin icraedici tərəfdaşı Bakı,Azərbaycanda Yerli  Əlaqələndirici vəzifəsinə qəbul elan edir :

Məkan : Bakı, Azərbaycan
Vəzifə : Qafqaz üzrə Amerika Hüquq Məktəbinin Yerli Nümayəndəsi
Müddət : Avqust-Sentyabr və Noyabr- Yanvar, müddətin artırılmasının mümkünlüyü yüksəkdir
İş forması : azad iş saatları, normal ofis vaxtından sonar və ya həftə sonu da işləmək qəbulolunandır. Bu vəzifə üçün təxmin edilən iş cədvəli hələ tam müəyyən olunmamışdır.
Başlama vaxtı : avqust
Hesabat verilir : Amerika Hüquq Məktəbinin icraçı direktoruna, Amerika Hüquq məktəbinin regional direktoruna
Əməkhaqqı : görülən işdən və nəticədən asılı olaraq razılaşdırılacaq.

Proqram təsviri :
İllinoys Texnologiya İnstitutu , Çikaqo- Kent Hüquq Kolleci hüquq təhsilində öz akademik mükəmməlliyinə və fərqlənən innovativ kurrikulumuna görə lider universitet kimi tanınır. 2012-ci ildən bəri Çikaqo - Kent Hüquq Kolleci Qafqaz Regionu üçün xüsusi proqram həyata keçirir və vəkilləri, iddiaçıları eləcə də gələcək vəkillərı Amerika Təhsilininin yüksək keyfiyyətli təcrübəsi ilə təmin edir.
Çikaqo-Kent Qafqaz üzrə Amerika Hüququ məktəbi Gürcüstan,Türkiyə və Azərbaycan üçün 2014-2105 akademik ilində ABŞ Hüquq üzrə Magistr dərəsindən öncəki hazırlıq proqramı və Hüquq üzrə Magistr dərəcəsi üçün bir-biri ilə əlaqəli iki təqaüdlü proqrama  qəbulu artıq elan etmişdir : Tbilisi, Gürcüstanda iki semestr Hüquq üzrə magistr dərəcəsindən öncəki hazırlıq proqramı və bir semestr ABŞ - Çikaqo, İllinoysda Hüquq üzrə Magistr dərəcəsi.

Hüquq üzrə Magistr proqramından öncə hazırlıq proqramı 2014-cü il Oktyabr ayından 2015-ci il İyul ayınadək Tbilisidə olmaqla iki semestrlik proqramı əhatə edir; Tədris forması hər aya 1 və ya 2 kurs - hər biri 12 akademik saatı olmaqla yalnız həftə sonlarını əhatə edəcək  seminar sessiyaları şəklində olacaq; tələbələr hazırki işlərini tərk etmədən Hüquq üzrə Magistr dərəcəsindən öncəki təhsil proqramından faydalanacaqlar; namizədlərdən proqrama qoşulmaq üçün TOEFL balını təqdim etmək tələb olunmur. Hüquq üzrə Magistr dərəsindən öncəki proqram tələbələrə Çikaqo-Kentdə Hüquq üzrə Magistr dərəcəsini uğurla davam etdirməyə kömək edəcək dil bacarıqlarının inkişafı üçün unikal imkandır, xüsusən hər bir tələbə Çikaqo-Kent Hüquq Kollecinin tələbəsi olmaq və Çikaqoda bir akademik il əvəzinə bir semester ərzində Hüquq üzrə Magistr dərəcəsi almaq imkanı qazanır.
Qafqaz üzrə Amerika Hüquq Məktəbi magistrdan öncəki təhsil proqramını 2015-ci ildə  Bakı,Azərbaycanda da açmağı planlaşdırır.

Yerli Əlaqləndiricinin öhdəlikləri :

  • Gələcək namizədlər, tələbə və hüquqşünaslarla Amerika Hüquq Məktəbinin yalnız Azərbaycandakı proqramına dair bilavasitə əlaqələr və interaktiv ünsiyyət qurmaq;
  • 15 avqust- 15 sentyabr ərzində potensial namizədlərlə təqdimat görüşlərinin və zənglərin təşkili və həyata keçirilməsi ;
  • Gələcək namizədlərin, hüquqşünas və proqram iştirakçılarının email ünvanlarının yaradılmasına kömək etmək;
  • Amerika Hüquq Məktəbinin proqramının detalları və şərtləri ilə tanış olmaq;
  • Amerika Hüquq Məktəbinin payız qəbuluna dair uyğun məlumatlarının, nəşrlərinin Amerika Hüquq Məktəbinin idarəetmə heyyəti ilə əməkdaşlıq etməklə müxtəlif yerli mənbələrdə yerləşdirmək;
  • Amerika Hüquq Məktəbinin idarəetmə heyyətinə həftəlik hesabatların hazırlanıb göndərilməsi;
  • Qafqaz üzrə Amerika Hüquq Məktəbinə qazet,poster, broşur və ya digər məlumat materiallarının təbliğində kömək etmək və onların çapını və yayılmasını koordinasiya etmək;
  • Vəzifənin tələb olunan digər hər hansı aidiyyatı olan vəzifələrini yerinə yetirmək.

Uyğunluq və Keyfiyyətlər :

  • Hüquq üzrə Universitet dərəcəsi ;
  • 3 il və ya daha çox professional təcrübə, ictimai və özəl sektorda menecer iş təcrübəsi daxil olmaqla ;
  • Təhsil institututları, Hüquqşünas Assosiasiyaları, Hüquq Firmaları və Hüquq fakultəsi tələbələri ilə ünsiyyət təcrübəsi, qeyd olunan təşkilatlarla dayanıqlı şəbələləşməsi və əlaqələrin olması üstünlükdür ;
  • Fəaliyyət planlaşdırılması, idarəolunması və dəyərləndirilməsində bacarıqlar;
  • Əla danışıq və şəxsi keyfiyyətlər;
  • İngilis və rus dili üzrə yüksək dil biliyi
  •  

Əgər vəzifə təsvirində qeyd olunan bacarıq və təcrübəniz varsa, ingilis dilində olan CV-nizi bu ünvana 10 avqust, 2014 –ci il tarixindən gec olmamaqla göndərin : k.jeladze@kmg.ge , m.meskhi@kmg.ge. E-mailin başlıq yerinə vəzifənin adını qeyd etməyiniz xahiş olunur.

 



For Organizations
Login In:

Password:


Forget Password
New User



Mobil: (055) 669 68 89
WhatsApp: (055) 669 68 89
E-mail: farkhadov@gmail.com


EmploymentEmployment
Log In:

Password:


Forget Password
New User