AzerWeb HomeAzeri
ABCDEFGHIJKLMNOPQRSTUVWXYZAll

   
Advanced search

 Job - Insan Resurslari Departamentinin Iseqebul ve secme sobesine mudir (DemirBank)

 Duration: 26.12.2013 - 06.01.2014

 

DəmirBank ASC İnsan Resursları Departamentinin İşəqəbul və seçmə şöbəsinə müdir vəzifəsinə işəqəbul elan edir.

İşin təsviri:

  • Bankın işəqəbul fəaliyyətinin təmin olunması üzrə siyasət, qayda və prosedurlarının yazılmasında, işəqəbul planının hazırlanmasında iştirak etmək;
  • İşə cəlbetmə üzrə, müsahibələr və seçim ilə bağlı müvafiq heyətlə birgə çalışaraq, məsləhətlər vermək;
  • İşçi seçimi prosesi haqqında dövri olaraq departament direktoruna hesabat vermək;
  • Bankın işçi ehtiyaclarına uyğun vakansiyalar üçün elan mətnlərinin hazırlanmasını və vakansiyalar üzrə elanların müvafiq saytlarda, uyğun yerlərdə yerləşdirilməsini təşkil etmək;
  • Regionlarda işəcəlbetmə prosesi ilə bağlı aktiv iş aparmaq, müsahibələrin aparılması və testləşdirmə ilə bağlı regionlara səfərlər etmək;
  • İşə müraciət ərizə və anketləri toplanmasını, elektron bazaya əlavə edilməsini, təhlil edilməsini və sistemləşdirilməsini təşkil etmək;
  • Elan verilmiş vakansiyalar üzrə daxil olan müraciətləri təhlil edilməsini və uyğun ərizələrdən son seçim siyahısının hazırlanmasını təmin etmək;
  • Son seçim siyahısını təhlil etmək, departament direktoru ilə razılaşdırdıqdan sonra aidiyyatı seçim prosesini aparan rəhbər işçilərə təqdim etmək;
  • Seçim prosesi üçün mütəmadi test paketlərin hazırlanmasını, test bazanın təkmilləşdirilməsini, son seçim siyahısına uyğun olaraq müraciətçilərin testləşdirilməsini təmin etmək, test nəticlərəini təhlil etmək və müvafiq bal toplamış iştirakçıların siyahısını hazırlanmasını təşkil etmək;
  • Müsahibələrin keçirilməsini təşkil etmək və müsahibələrdə iştirak etmək, rəylər vermək və işəqəbul qərarlarının alınmasında iştirak etmək;
  • Müsahibələrin nəticəsi ilə baglı hesabat hazırlamaq və təsdiq üçün yüksək rəhbərliyə təqdim etmək;
  • İR proqram təminatına aidiyyatı məlumatın daxil edilməsini təmin etmək;
  • Bankın fəaliyyəti üzrə strateji planda nəzərdə tutulmuş hədəflərə uyğun qarşısına qoyulmuş digər hədəfləri həyata keçirmək;

Namizədə qarşı tələblər:

  • Ali təhsil (ali iqtisadi təhsili olanlara üstünlük verilir, MBA dərəcəsi arzuolunandır);
  • İşəqəbul sahəsi üzrə təcrübə (idarəetmə sahəsində minimum 2 il iş təcrübəsi);
  • Azərbaycan və ingilis dillərini şifahi və yazılı olaraq əla bilməli, sərbəst şəkildə ünsiyyət qurma bacarığı;
  • Word, Excel və Database proqramlarında sərbəst şəkildə işləyə bilmək bacarığı;
  • Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq;
  • İnsan psixologiyası ilə yaxından tanışlığı olmalı;
  • Sürücülük vəsiqəsi və müxtəlif regionlara ezam olunma imkanları (iş vaxtının 10%-dək);
  • Əla ünsiyyət qurma bacarıqlı, yaxşı komanda üzvü, səmimi şəxsiyyət olmalı;
  • İşçi heyəti ilə işləmək bacarığına malik olmalı;

 

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 06 yanvar 2014-cü il tarixinədək hr@demirbank.az elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində (İşəqəbul şöbəsinin müdiri) göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaqdır.

Yuxarıda qeyd edilənləri nəzərə alaraq bildirmək istəyirik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.



For Organizations
Login In:

Password:


Forget Password
New User



Mobil: (055) 669 68 89
WhatsApp: (055) 669 68 89
E-mail: farkhadov@gmail.com


EmploymentEmployment
Log In:

Password:


Forget Password
New User