AzerWeb HomeAzeri
ABCDEFGHIJKLMNOPQRSTUVWXYZAll

   
Advanced search

 Job - Muhendis (UMID SSD PU)

 Duration: 26.12.2013 - 18.01.2013

 

 

İŞ ELANI

YÜKLƏ | Müraciət forması | (*.doc file)   

   
“Ümid” Sosial İnkişafa Dəstək İctimai Birliyi
 Mühəndis vəzifəsi üzrə işçi qəbulu elan edir.

Tələb olunan vəzifə üzrə işin icrası Azərbaycanın Aran (Sabirabad, İmişli, Beyləqan  və s.),  Quba-Xaçmaz (Quba, Şabran, Xaçmaz və s.) və Gəncə-Qazax  (Goranboy, Samux, Şəmkir və s.) regionlarını əhatə edəcəkdir.
Seçimdə iştirak etmək  istəyən şəxslər   26  dekabr  2013-cü  il  tarixdən  18  yanvar  2014-cü il tarixədək özləri  barədə  məlumatı elana əlavə olunmuş işə qəbul üçün ərizə formasında qeyd edib, office@umid-hsdm.com ünvanına göndərə bilərlər.

Vəzifələr:

  • Mühəndis

İş yeri:  Aran (Sabirabad, İmişli, Beyləqan  və s.) regionu – 1 nəfər
                Quba-Xaçmaz (Quba, Şabran, Xaçmaz və s.) regionu – 1 nəfər
                Gəncə-Qazax  (Goranboy, Samux, Şəmkir və s.) regionu – 1 nəfər
               İş vaxtı: 8 saat/gündə, 5 gün/həftədə

 Mühəndis vəzifəsi:

  • Hədəf icmalarda layihə təklifinin, büdcənin və layihə üzrə smetaların hazırlanması üzrə məsləhət və mentorluq xidmətlərinin göstərilməsi;
  • Layihələrə cəlb edilən fəhlələrin və icma üzvlərinin təhlükəsizlik barədə məlumatlılığının və bacarıqlarının artırılması;
  • İcma layihələrinin rəqabətli şəkildə seçilməsində və qiymətləndirilməsində iştirak edilməsi;
  • Mal və material təchizat işlərində İFQ ilə birlikdə yaxından iştirakın təmin edilməsi;
  • İcmalarla yerli hakimiyyət nümayəndələri arasında əməkdaşlıq əlaqələrinin yaradılması;
  • Layihələr üzrə müvafiq idarələrdən dəstək sənədlərinin alinmasında icma üzvlərinə yardımın təmin edilməsi;
  • Layihə üzrə istifadə edilən material və vəsaitlərin düzgün və əlverişli istifadəsinin və təhlükəsizliyinin təmin edilməsi;
  • Fəaliyyətin monitorinq olunması;
  • Fəaliyyət üzrə müvafiq dövr (həftəlik, aylıq, rüblük, illik və s.) üzrə məlumat və hesabatların hazırlanması.

  Tələblər:

  • Ali təhsilli olmalı;
  • Kompüter bacarıqlarına malik olmalı (ofis proqramları – Word, Excel, AutoCad və s.);
  • Təşkilatçılıq, ünsiyyət, təmsilçilik və təqdimetmə bacarıqları olmalı;
  • Azərbaycan dilində səlist danışmaq bacarığı (Rus və İngilis dilini bilmək arzuolunandır);
  • Yaradıcı və məqsədyönlü fəaliyyət;
  • Qeyri – hökümət sektoru barədə məlumatlılıq.

    
Qeyd: Zəhmət olmasa, CV-nizlə yanaşı İşə olan maraqları ifadə edən məktubu (Cover Letter) və Arzuladığınız əmək haqqı (Salary expectation) məbləğini yuxarıda qeyd olunan e-mail ünvanına göndərəsiniz. Məktub göndərərkən Subject  hissəsində elan edilmiş vakant vəzifə üzrə çalışmaq arzusunda olduğunuz REGİONUN ADINI qeyd etməyi unutmayın. Ancaq seçilmiş namizədlər müsahibəyə dəvət ediləcəkdirlər.
  



For Organizations
Login In:

Password:


Forget Password
New User



Mobil: (055) 669 68 89
WhatsApp: (055) 669 68 89
E-mail: farkhadov@gmail.com


EmploymentEmployment
Log In:

Password:


Forget Password
New User