AzerWeb HomeAzeri
ABCDEFGHIJKLMNOPQRSTUVWXYZAll

   
Advanced search

 Job - Daxili Audit Departamentinin direktoru (DemirBank)

 Duration: 25.12.2013 - 15.01.2014

 

DəmirBank ASC Daxili Audit Departamentinin direktoru vəzifəsinə işəqəbul elan edir.

İşin təsviri:

  • İllik Audit Planının tərtibi, audit obyektlərinin və auditin həcminin müəyyən edilməsi, keçiriləcək audit yoxlamalarının təşkilini həyata keçirir;
  • Risk əsaslı daxili nəzarətin təşkili və risk əsaslı audit yoxlamalarının həyata keçirilməsi təmin edir;
  • Daxili nəzarət sistemlərinin adekvatlığının, səmərəliliyinin yoxlanılması və qiymətləndirilməsini işini həyata keçirir;
  • Bankın Audit siyasəti, departamentin fəaliyyəti ilə bağlı olan bankdaxili təlimat, qayda və iş prosedurlarının layihəsini və bu normativ sənədlərin təkmilləşdirilməsi ilə bağlı təklifləri hazırlayıb həyata keçirir;
  • Normativ-hüquqi aktların və Bankdaxili qaydaların icra vəziyyətinin, Bankın strateji planının həyata keçirilməsinin, bütün struktur bölmələr üzrə onların əsasnamə funksiyalarının, işçilərin vəzifə təlimatlarının icrasının, bütün növ bank əməliyyatlarının və bank biznesində mövcud olan bütün risklərin, audit və təftişini aparır;
  • Bankın maliyyə resurslarının planlaşdırılmasının və onun icra olunması vəziyyətinin, uçot, statistika, məlumatların ötürülməsi, işlənilməsi, məlumat təhlükəsizliyi, icra və nəzarət sisteminin auditi və təftişini aparır;
  • Bankın Müşahidə Şurası və Audit Komitəsinə nəzarət funksiylarını yerinə yetirmək üçün Bankın fəaliyyəti üzrə bütün məlumatlarla təmin edir, nöqsan və çatışmamazlıqların vaxtında müəyyən olunması, aradan qaldırılması üçün tədbirlər görür və belə nöqsanların buraxılmaması üçün qabaqlayıcı tədbirlərin görülməsi barədə daima təkliflər verir;
  • Bankda maliyyə hesabatlarının dəqiqliyinin və etibarlığının, Bankın aktivlərinin qorunması vasitələrinin qiymətləndirilməsi, Bankın işinin yaxşılaşdırılması istiqamətində təsirli və səmərəli tövsiyələrin verilməsi, Bankın icra orqanı ilə qarşılıqlı surətdə Bankda daxili nəzarət və risklərin idarə edilməsi sistemlərinin fəaliyyətinin səmərəliliyinə fasiləsiz nəzarətin həyata keçirilməsini təmin edir;

Namizədə qarşı tələblər:

  • İqtisadiyyat, biznes iradəçiliyi, menecment və ya hüquq üzrə ali təhsil (MBA dərəcəsi arzuolunandır);
  • Maliyyə menecmenti, audit, daxili nəzarət və ya kredit sahələrində minimum 5 il və idarəetmə sahəsində minimum 3 il iş təcrübəsi;
  • CIA, ACCA, CPA kimi beynəlxalq ixtisaslaşmalar üzrə sertifikatların olması arzuolunandır;
  • Azərbaycan və İngilis dillərində şifahi və yazılı ünsiyyət qurma bacarıqları;
  • Yüksək analitik düşüncə və problemləri həll etmə bacarıqları;
  • Bank və onun missiyasına yüksək dərəcədə sadiqlik nümayişi;
  • Liderlik, təşəbbüskarlıq, dürüstlük, dayanıqlılıq, dəqiqlik və etibarlılıq kimi keyfiyyətlərə sahiblik;
  • Yüksək dərəcədə komandanı həvəsləndirmək və idarə etmək qabiliyyəti.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 15 yanvar 2014-cü il tarixinədək hr@demirbank.az elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində (Daxili Audit Departamentinin direktoru) göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaqdır.

Yuxarıda qeyd edilənləri nəzərə alaraq bildirmək istəyirik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.



For Organizations
Login In:

Password:


Forget Password
New User



Mobil: (055) 669 68 89
WhatsApp: (055) 669 68 89
E-mail: farkhadov@gmail.com


EmploymentEmployment
Log In:

Password:


Forget Password
New User