AzerWeb HomeAzeri
ABCDEFGHIJKLMNOPQRSTUVWXYZAll

   
Advanced search

 Job - Informatika muellimi (EAS)

 Duration: 06.12.2012 - present

 

Avropa Azərbaycan Məktəbi

Informatika müəllimi vəzifəsinə boş olan yer üzrə müsabiqə elan edir.

Əsas vəzifə və öhdəliklərə aşağıdakılar daxildir:

  • Məktəbdə informatika fənninin tədris edilməsi
  • Məktəbin İT departamentinin işinə dəstək
  • Şagird bilik və bacarığının Məktəbin qiymətləndirmə tələbatlarına uyğun yoxlanması və qiymətləndirilməsi
  • Məktəbin Qiymətləndirmə departamentinə şagirdlərin nailiyyət göstəricilərinə dair departamentin təqviminə uyğun hesabatların verilməsi və keçirilmiş testlərin nəticələrinin təqdim edilməsi

Müsabiqədə iştirak üçün namizədlərdən aşağıdakılar tələb olunur:

  • Kompüter mühəndisi ixtisası üzrə magistr dərəcəsi
  • Azı üç illik müvafiq iş təcrübəsi
  • İnformatika fənni üzrə müvafiq testlərin yazılması
  • İnformatika fənni üzrə dərslikdən əlavə materialların hazırlanması
  • İnformasiya texnologiyalarindan yüksək səviyyədə istifadə etmək bacarığı
  • İşin icrası üçün tələb olunan bütün komputer proqramları üzrə bilik və təcrübə
  • İngilis və rus dillərini orta səviyyədə bilmə

 
Namizədlərdən tələb olunan əlavə keyfiyyətlər:

  • Başqalarına fikrini aydın çatdırmaq məqsədilə, yazılı və şifahi nitq qabiliyyəti
  • Qərar qəbul etmə və problem həll etmə bacarığı
  • Təşəbbüskarlıq və yeni ideyalar verə bilmə bacarığı
  • Təşkilati, idarəetmə və planlaşdırma bacarığı
  • Qoyulan vaxta əməl etmə, verilən tapşırıqları vaxtında yerinə yetirmə bacarığı
  • Öz inkişafı üçün bilik və bacarıqlarının daim artırılmasına cəhd göstərmə
  • Şagirdlərlə və valideynlərlə yüksək səviyyədə ünsiyyət bacarığı
  • Çətin idarə olunan və hiperaktiv şagirdlərlə iş bacarığı
  • Həm müstəqil, həm də komanda üzvü kimi işləmə qabiliyyəti

Müsabiqəyə yalnız yuxarıdakı meyarlara uyğun namizədlər dəvət olunacaq. Meyarlara uyğun gələn namizədə yüksək əmək haqqı təklif olunur.
 
Maraqlananlar CV-lərini recruitment.baku@yahoo.com elektron ünvanına göndərə bilər.
             

 

 



For Organizations
Login In:

Password:


Forget Password
New User



Mobil: (055) 669 68 89
WhatsApp: (055) 669 68 89
E-mail: farkhadov@gmail.com


EmploymentEmployment
Log In:

Password:


Forget Password
New User