AzerWeb HomeAzeri
ABCDEFGHIJKLMNOPQRSTUVWXYZAll

   
Advanced search

 Job - IT departamentinin rehberi (EAS)

 Duration: 31.07.2012 - present

 

Avropa Azərbaycan Məktəbi

İT departamentinin rəhbəri vəzifəsinə boş olan yer üzrə müsabiqə elan edir.

Əsas vəzifə və öhdəliklərə aşağıdakılar daxildir:

  • Məktəbin informasiya texnologiyaları departamentinə rəhbərlik
  • Məktəb üçün tələb olunan müxtəlif informasiya texnologiyalarının hazırlanması və tətbiqinə rəhbərlik
  • Məktəbin informasiya texnologiyaları sahəsində illik hədəflərinin müəyyənləşdirilməsi və bu hədəflərə nail olmaq üçün departamentin ümumi iş icrasının monitorinqi
  • Məktəb şəbəkəsinin və müvafiq məlumat bazasının təhlükəsizliyinin təmin olunması
  • Məktəbin informasiya texnologiyaları siyasətinin hazırlanması və rəhbərlik tərəfindən təsdiqindən sonra tətbiq edilməsi
  • Məktəbin informasiya texnologiyaları departamentinin illik iş planının hazırlanması və rəhbərliyə təqdim olunması
  • Məktəbin informasiya texnologiyaları departamentinin illik fəaliyyət hesabatlarının hazırlanması

Müsabiqədə iştirak üçün namizədlərdən aşağıdakılar tələb olunur:

  • Kompüter mühəndisi ixtisası üzrə magistr dərəcəsi
  • Azı üç illik müvafiq iş təcrübəsi.
  • İnformasiya texnologiyalarindan yüksək səviyyədə istifadə etmək bacarığı
  • İşin icrası üçün tələb olunan bütün komputer proqramları üzrə bilik və təcrübə
  • İngilis və rus dillərini yaxşı səviyyədə bilmə

  Namizədlərdən tələb olunan əlavə keyfiyyətlər:

  • Başqalarına fikrini aydın çatdırmaq məqsədilə, yazılı və şifahi nitq qabiliyyəti
  • Qərar qəbul etmə və problem həll etmə bacarığı
  • Təşəbbüskarlıq və yeni ideyalar verə bilmə bacarığı
  • Təşkilati, idarəetmə və planlaşdırma bacarığı
  • Qoyulan vaxta əməl etmə, verilən tapşırıqları vaxtında yerinə yetirmə bacarığı
  • Öz inkişafı üçün bilik və bacarıqlarının daim artırılmasına cəhd göstərmə
  • Həm müstəqil, həm də komanda üzvü kimi işləmə qabiliyyəti

Müsabiqəyə yalnız yuxarıdakı meyarlara uyğun namizədlər dəvət olunacaq. Meyarlara uyğun gələn namizədə yüksək əmək haqqı təklif olunur.
 
Maraqlananlar CV-lərini recruitment.baku@yahoo.com elektron ünvanına göndərə bilər.
              

Sənədlər 15 avqust 2012-ci il tarixədək qəbul ediləcəkdir.

 



For Organizations
Login In:

Password:


Forget Password
New User



Mobil: (055) 669 68 89
WhatsApp: (055) 669 68 89
E-mail: farkhadov@gmail.com


EmploymentEmployment
Log In:

Password:


Forget Password
New User