AzerWeb HomeAzeri
ABCDEFGHIJKLMNOPQRSTUVWXYZAll

   
Advanced search

 Job - Baki ve Gencede yerlesen Usaq Kendlerinde SOS ANA (SOS)

 Duration: 13.07.2012 - present

 


İŞ ELANI

“SOS Uşaq Kəndləri - Azərbaycan” Assosiasiyası Azərbaycan hökuməti və “SOS Kinderdorf” beynəlxalq humanitar təşkilatı arasında imzalanmış razılaşmaya əsasən 1999-cu ildə yaradılmışdır. Assosiasiyanın məqsədi valideyn himayəsindən məhrum olmuş və ya valideynlərini itirmək təhlükəsi ilə üzləşən uşaqlar və onların ailələrini qayğı və dəstəklə təmin etməkdir. Hazırda Bakı və Gəncədə SOS Uşaq Kəndləri, Qısa Müddətli Qayğı Layihəsi həmçinin bir neçə sosial layihə, o cümlədən, Bakı və Gəncə Ailələrə Dəstək Layihələri, “Şən avtobus” və s.layihələr uğurla fəaliyyət göstərir. SOS Uşaq Kəndində ailə mühiti içərisində tərbiyə olunan uşaqlarımız 14-15 yaşa çatana qədər Bakıda və Gəncədə yerləşən SOS Uşaq kəndlərində SOS Anaların qayğısı altında, ailə mühitində böyüyürlər.Daha sonra onlar Bakının müxtəlif ərazilərində yerləşən Gənclər evlərinə köçürülür.Gənclər evində tərbiyəçilər onlara qayğı göstərir. Layihələrimiz haqda əlavə məlumat almaq üçün saytımıza daxil ola bilərsiniz: www.sosushaqkendleri.az


“SOS Uşaq Kəndləri - Azərbaycan” Assosiasiyası


Bakı və Gəncədə yerləşən Uşaq Kəndlərində SOS ANA  vəzifəsinə elan verir:


İşin təsviri

Tərbiyəçi –Ana onun öhdəsinə verilmiş  6 uşaqla birlikdə Uşaq kəndində  yaşayır və bu ailəyə rəhbərlik edərək, uşaqları ana qayğısı ilə təmin edir.

Mütləq meyarlar

  • Yaş həddi – 35-45 yaş arası
  • Təhsil və iş təcrübəsi – ən azı orta ixtisas təhsili;pedaqoji və ya psixoloji təhsili və iş təcrübəsi;eyni zamanda  dayə iş təcrübəsi olanlara üstünlük veriləcək
  • Ailə vəziyyəti- tənha xanımlar, o cumlədən, övladlarını boya-başa çatdırmış və artıq müstəqil olan xanımlar
  • Uzun muddət SOS Uşaq kəndində yaşamağa və əməkdaşlığa hazır olan xanımlar
  • Peşəkar təlimlər vasitəsilə  müntəzəm inkişaf prosesində vacib bilik və bacarlqları qazanmağa hazır olanlar
  • Sağlam fiziki və psixi durumda olanlar
  • Səbirli,vicdanlı,məsuliyyətli olanlar
  • Ailə büdcəsini planlaşdıran və düzgün idarə edənlər
  • Ünsiyyət bacarığı olanlar

İş Şərtləri:

  • Əmək haqqı – AZN
  • İş yeri – Bakı və Gəncə şəhərləri

     İş günləri – tam məşğul


                               Tələsin, Uşaqlar  ana gözləyirlər

Ətraflı məlumat almaq üçün həftənin iş günləri (1-5) saat 14.00-17.00-a qədər zəng edə bilərsiniz. Telefon: (012) 489 02 96-97

                




For Organizations
Login In:

Password:


Forget Password
New User



Mobil: (055) 669 68 89
WhatsApp: (055) 669 68 89
E-mail: farkhadov@gmail.com


EmploymentEmployment
Log In:

Password:


Forget Password
New User