Salam, mən Əliyeva İradə Adil qızı 2-ci qrup ömürlük əliləm. Həyat yoldaşım zabit olub Qarabağ uğrunda gedən döyüşlər zamanı itkin düşüb. 2 övladım var, qızımın 17 oğlumun isə 14 yaşı var. Oğlum Əliyev Əmrah Canpolad oğlu çox xəstədir. Belə ki, onun beynində intraserebral şiş tapılıb. Təcili əməliyyat olunmalıdır, əks halda uşaq ya görmə qabiliyyətin itirə bilər ya da dünyasını dəyişə bilər. Oğlumun sol gözü artıq 40% görmə qabiliyyətini itirib. Uşağın xəstəliyi nevrocərrahiyə və neftçilər xəstəxanalarının rəsmi tibbi rəyləri, beyninin eeq-ramması, tomoqrafiyası və s. Tibbi sənədləri var. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin rəsmi məktubu da var ki, texniki səbəblərdən əməliyyatın Respublikamızda aparılması mümkün deyildir, bu əməliyyat yalnız xaricdə keçirilə bilər. Mənim isə bunun üçün heç bir imkanım yoxdur. Belə ki, özüm əlilliyimə görə 84 AZN, yoldaşıma görə isə 40 AZN təqaüd alıram. Bu məbləğlə isə güc-bəla ilə dolanırıq. Kommunal xərclər və dolanışığımıza güclə çatır. Son dəfə biz ətin dadına Qurban bayramında baxmışıq. Ancaq, naşükür deyiləm bu günümüzə də min şükür. Sadəcə olaraq, Allahdan övladımın sağalmasını arzu edirəm. Çox çətin və ağır vəziyyətdə yaşayırıq. Şəraitsiz və havasız bir otaqlı evdə yaşayırıq. Bununla onu demək istəyirəm ki, heç olmazsa normal evim olsaydı satıb uşağımı sağaltdırardım. Buna görə də məcburiyyət qarşısında qürurumu bir kənara qoyub öz xalqımdan imkan daxilində oğlumun sağalması üçün, kömək etmələrini xahiş edirəm. İnanıram ki, göydə Allahın yerdə isə sizin köməyiniz sayəsində övladım sağalacaq, İnşallah. Allah heç bir valideynə bala dərdi çəkdirməsin. Əvvəlcədən öz və övladlarım adından hər kəsə dərin təşəkkür edirəm. Allah Sizə yar olsun.
Əlaqə Tel: (012) 491 18 63 Əliyeva İradə.
|