AzerWeb HomeAzeri
ABCDEFGHIJKLMNOPQRSTUVWXYZAll

   
Advanced search

 Announcement - zemanetli 75 %-lik teqaьdlь Magistratura (LL.M) Proqrami (SAL)

 Duration: 05.07.2017 - 20.07.2017

 

Hal-hazırda Bakıda üçüncü qəbulunu elan edən Çikaqo-Kent Hüquq Kolleci Azərbaycandakı Amerika Hüququ Məktəbi ilə birgə zəmanətli 75 %-lik təqaüdlü Magistratura (LL.M) Proqramını elan edir

Amerikada yerləşən hüquq məktəbi - Çikaqo-Kent Hüquq Kolleci Azərbaycandakı Amerika hüquq məktəbi ilə birlikdə Azərbaycanlı hüquqşünaslar üçün 75% təhsil təqaüdlü iki əlaqəli proqram elan edir:

  • Birbaşa Azərbaycan, Bakıda Amerika Hüquq Məktəbinin Sertifikat Proqramı və
  • ABŞ, İllinoys, Çikaqoda Çikaqo-Kent Hüquq Kollecində tədris edilən bir-semestrlik LL.M dərəcəsi proqramı.

Amerika Hüquq Məktəbi (SAL proqramı) 2017-ci ilin sentyabr ayında başlayıb, 2018-ci ilin may ayında bitir. İki semestrdən ibarət olan proqram ingilis dilində tədris olunan on icbari fənndən ibarətdir və yalnız ABŞ-dan gəlmiş, Çikaqo-Kent Kollecinin professorları tərəfindən tədris olunacaq. Dərs rejimi yalnız həftə sonlarını əhatə etməklə, gün boyu, yəni səhər saat 10-dan başlayaraq, axşam saat 5-ə qədər davam edən mühazirələrdən ibarət olan bir və ya iki fənndən ibarətdir. Məcburi olan on fənn hüququn müasir predmetlərini əhatə edir: Beynəlxalq Biznes Əməliyyatları, E-ticarət, Onlayn Şəkildə Müqavilə Bağlanması, Antiinhisar Hüququ, Əqli Mülkiyyətin İdarəedilməsi, Əqli Mülkiyyət Hüququ, Qiymətli Kağızlar Hüququ, Qlobal Əqli Mülkiyyət Hüququ, Əmtəə Nişanı Hüququ, Müqayisəli Hüquq, Amerika Hüquq Sistemlərinə Giriş və Hüquqi Yazı. Hüquq fənlərinin dəqiq başlıqları və proqramı dəyişdirilə bilər.

Baş ofisi Gürcüstan, Tbilisidə yerləşən Qafqaz üçün Amerika Hüquq Məktəbi Çikaqo-Kent Hüquq Kolleci ilə birlikdə təhsilin yayılması missiyasına, Amerika hüquqi araşdırmalarının təbliğinə və  inkişaf etməkdə olan ölkələrin hüquqşünasları üçün hüquqi təhsilə bərabər çıxışı təmin etməyə dəstək olmaq məqsədi ilə 2012-ci il tarixdə təsis edilmişdir. Qafqaz üçün Amerika Hüquq Məktəbi 2016-cı ilin fevral ayından etibarən Ölkə üzrə Ortaq olan cənab Gündüz Kərimovla birlikdə Azərbaycan, Bakıda fəaliyyətə başlamışdır və artıq 2016-cı ildən xaricdə mükəmməl təcrübə qazanmaq və özlərinin qlobal arenada gələcək rollarını müəyyən edən qlobal səriştələr əldə etmək imkanı olan tələbə qruplarının Payız və Qış Qeydiyyatını həyata keçirir. Eyni zamanda, SAL Proqramı artıq Gürcüstan, Azərbaycan, Yunanıstan, Kipr, İtalya, Bolqarıstan, Makedoniya Respublikası və Albaniyadan olan 295-dən çox tələbəyə təhsil vermişdir.

Bakıda iki semestrlik proqramı bitirdikdən sonra məzunlar ABŞ, İllinoys, Çikaqo-Kent-də LL.M təhsillərini davam etdirə bilərlər. İki semestrlik proqram müddətində əldə edilən kreditlər Çikaqo-Kent Hüquq Kollecində tam şəkildə tanınır. Bu səbəbdən, Çikaqo-Kent-də magistr təhsili "ABŞ, Beynəlxalq və Transmilli Hüquq" üzrə LL.M alınması ilə bir illik təhsil ili əvəzinə bir semestrdə (bir semestr beş aydır) başa çatır.

Proqramın üstünlükləri

  • Azərbaycanda fəaliyyətə başlayan qarışıq struktura malik proqramdan canlı, interaktiv, üzbəüz olan dərslərə cari iş yerini tərk etmədən qatılaraq faydalanmaq mümkündür.
  • SAL proqramını bitirən, SAL və LL.M proqramlarına müraciətlər üçün əlavə olaraq TOEFL sertifikatının tələb olunmaması;
  • Bakıdakı iki semestrlik Amerika Hüquq Məktəbini bitirdikdən sonra Çikaqo-Kent LL.M proqramına güzəştli və dərhal qəbul olunmaq;
  • Amerika Hüquq Proqramını bitirdikdən sonra məzun Çikaqo-Kent-də "ABŞ, Beynəlxalq və Transmilli Hüquq" üzrə bir təhsil ili əvəzinə bir semestr müddətində LL.M dərəcəsi ala bilər;
  • Kifayət qədər olan təhsil haqqı təqaüdləri;
  • Çikaqo-Kentdə birinci semesteri bitirdikdən sonra tələbələr təhsillərini fakultativ olan  ikinci semester də davam etdirə bilərlər və ən çox tələb olunan istiqamətlər üzrə LL.M dərəcəsini qazana bilərlər: Önəmli təqaüd təminatı ilə Məhkəmə vəkilliyi sahəsində LL.M, Beynəlxalq Əqli Mülkiyyət hüququ sahəsində LLM , Maliyyə Xidməti hüququ sahəsində LL.M;
  • Münasib təhsil haqqı və Bakıdakı proqramın təhsil haqqını iki və ya üç dəfəyə ödəmək imkanı;
  • Çikaqo-Kent Kollecinə LL.M üçün qəbulun növbəti üç təhsil müddəti ərzində təxirə salınması imkanı;
  • ABŞ ərazisində kampusdaxili və ya kampusdankənar iş imkanları;
  • ABŞ ərazisində təcrübə proqramları
  • Dünyanın ən yaxşı məkanında, dünya səviyyəli şəhərdə yaşayış imkanı. İşgüzar mərkəzdə yerləşən Chicago-Kent Chikaqo şəhərinin - dünyanın ən öndə gələn hüquq və maliyyə bazarlarının olduğu yerin tam mərkəzində yerləşir;
  • Güclü peşəkar şəbəkənin inkişafı, bütün ABŞ-ı əhatə edən fərqli mütəxəssislər cəmiyyəti ilə əlaqələrin stimullaşdırılması;

Namizədin karyerası üzərində proqramın təsiri

  • Ötən illər ərzində Chicago Kent LLM proqramını bitirənlər məzun olduqdan sonra ABŞ Vəkillər imtahanını keçərək və OPT-ə müraciət edərək karyeralarını qurmağa davam etmişlər.
  • Digərləri isə daha yaxşı beynəlxalq, Avropa və ABŞ hüquqşünasları ilə, hüquq firmaları və dövlət agentlikləri ilə daha da mükəmməl ABŞ hüquq sisteminə yiyələnərək  işləmək üçün  üstün tutduqları ölkəyə qayıtmışlar.
  • Hər bir halda, Chicago Kent SAL proqramı vasitəsi ilə əldə edilmiş biliklər və qurulmuş əlaqələr  şəxsi və peşəkar şəkildə çox böyük dəyər qazanmaqda davam edir.

Təhsil haqqı və təqaüd:

  • SAL Proqramı üçün Azərbaycanda tələb olunan təhsil haqqı  5,900 ABŞ Dolları təşkil edir və təhsil haqqı bir neçə dəfəyə ödənilə bilər;
  • Çikaqo-Kent Hüquq Kollecində magistr proqramı üçün təhsil haqqının 44,000 ABŞ Dolları olmasına baxmayaraq, Amerika Hüququ Proqramı Məktəbinin məzunları üçün həmin məbləğ 10,000 ABŞ Dollarıdır;
  • Fakultativ olan Çikaqo-Kentdəki ikinci semestr üçün isə təhsil haqqı  22,000 ABŞ Dolları əvəzinə 7,250 Dollar təşkil edir.

Namizədlər aşağıdakı şəxslər ola bilər:

Hüquq üzrə bakalavr dərəcəsinə malik olan namizədlər və hüquq təhsilinin son ilində olan tələbələr müraciət edə bilərlər. Tələbələrin əksəriyyəti fəaliyyət göstərən hüquqşünaslardır

Təqdim edilən sənədlər: bütün müraciət edən şəxslər 20 iyul 2017-ci il tarixinə kimi aşağıdakı sənədləri elektron formada təqdim etməlidirlər:

  • Tövsiyyə edən şəxshaqqında  əlaqə məlumatları göstərmək şərti ilə olan İngilis dilində CV;
  • Şəxsiyyəti təsdiq edən sənəd və/və ya pasportun surəti;
  • Diplomun və ya Bakalavr tələbələri üçün universitet arayışının elektron surəti/surətləri.

Sənədlər bu ünvanlara göndərilməlidir: admission@chicagokentlaw.ge, m.meskhi@chicagokentlaw.ge,  k.jeladze@chicagokentlaw.ge

 

Məşğulluq Məsələləri:

İki semestri bitirdikdən sonra magistratura məzununun kampusdan kənar işləmək hüququ yaranır. Kampusdan kənar bütün işlər üçün iş icazəsi tələb olunur. İş icazəsi ödənişli təcrübi hazırlıq məqsədləri üçün ABŞ miqrasiya orqanı tərəfindən verilə bilər. Ümumiyyətlə, F1 vizasına malik məzunlar iki semestrlik təhsillərinin bitdiyi vaxtdan hesablanan 12 aylıq Könüllü Təcrübi Hazırlıq üçün müraciət edə bilərlər. Bu halda F1 vizasına malik və dərəcəsini 9 aydan çox müddət ərzində əldə etmiş məzuna Birləşmiş Ştatların Vətəndaşlıq və Miqrasiya Xidmətləri tərəfindən tələbə vizası ilə və İş üçün İcazə Kartı əsasında təhsillərinə əlavə formasında təcrübi hazırlıq keçmək üçün bir illik işləmək hüququ verilir.

Vəkillik imtahanı:

Vəkillik imtahanı ölkə səviyyəsində fevral və iyul aylarında keçirilir Vəkilliyə qəbul şərtləri ştatdan ştata dəyişdiyinə görə tələbələrə daha dəqiq məlumat əldə edilməsi üçün öz ştatlarının vəkillik qurumunun rəsmi internet səhifəsinə daxil olmaq tövsiyə edilir. Müxtəlif imtahanlar barədə məlumat və dövlət vəkillik qurumlarının rəsmi internet səhifələrinə keçidlər əldə etmək üçün məzunlara Vəkillik İmtahanları Təşkilatçılarının Milli Konfransının rəsmi internet səhifəsinə daxil olmaq tövsiyə olunur.

Universitet

Çikaqo-Kent Hüquq Kolleci İllinoys Ştatında ikinci ən qədim hüquq məktəbidir. Çikaqo-Kent Kolleci 1936-cı ildə Amerika Hüquqşünaslar Assosiasiyası və 1951-ci ildə Amerika Hüquq Məktəblərinin Assosiasiyası tərəfindən akkreditasiya əldə etmişdir. 2016 - 2017-ci illərdə "US News & World Reports" Çikaqo-Kent Kollecinin Amerika hüquq məktəbləri arasında ən çox tələb olunan və tanınmış proqramları arasında aşağıdakıları göstərmişdir: Vəkillik peşəsi - 4-cü yer. "US News & World Reports"-nın verdiyi məlumata əsasən, Çikaqo-Kent Kollecinin məzunlarının işə qəbul səviyyəsi 9 ay ərzində 66.2% və 90.7% arasında olmuşdur.

Faydalı mənbələr:

Amerika Hüquq Məktəbi: www.salchicagokent.com 

Çikaqo-Kent Hüquq Kolleci: www.kentlaw.iit.edu

SAL Proqramı Çikaqo-Kent Universitetində: http://www.kentlaw.iit.edu/academics/llmprograms/specialllmandoverseastraining/schoolofamericanlawcaucasus

Biznes Facebook səhifəsi: https://www.facebook.com/SALbaku/ 

Hüquq Məktəbini Mötəbər Edən Nədir: Çikaqo-Kent-ə Daxildən Baxış http://youtu.be/pKu1V5UTjUQ 

Əlavə məlumat üçün SAL Proqramın Təsisçiləri ilə əlaqə saxlaya bilərsiniz: Ketevan Jeladze və Maia Meskhi

Viber ilə əlaqə nömrəsi: +995 577 77 40 30;   +995 577 97 40 01



For Organizations
Login In:

Password:


Forget Password
New User


FAQ                                                           


Humanitarian Activity                  
Donors
Program Descriptions
Projects
Activity Maps
Grants and Competitions


Meeting Minutes
Reports and Assessments
Press Releases
Events and Announcements
Vacancies
Job seekers
Legislation
EmploymentEmployment
EmbassiesEmbassies
ForumForum
GalleryGallery
GuestbookGuestbook
EmploymentEmployment
Log In:

Password:


Forget Password
New User








AzerWEB is supporterd by AzNET project                            About AzerWebAbout AzerbaijanContacts