AzerWeb HomeAzeri
ABCDEFGHIJKLMNOPQRSTUVWXYZAll

   
Advanced search

 Announcement - 2018-ci il ADA Təhsil Konfransı: “Təhsilin Strateji Planlaşdırılması: Düşüncələr və Perspektivlər” (ADA)

 Duration: 25.12.2017 - 29.01.2018

 

2018-ci il ADA Təhsil Konfransı:

“Təhsilin Strateji Planlaşdırılması: Düşüncələr və Perspektivlər”


“Təhsilin İnkişafı Üzrə Dövlət Strategiyası”nın (2013) qəbul olunmasından 5 il ötdüyü bir vaxtda, təhsil sahəsində çalışanların təlim-tədrisin keyfiyyətinin daha da artırırılması məqsədi ilə Strategiyanın həyata keçirilməsi prosesi ilə tanış olması, əldə edilmiş uğurlara nəzər salması, çatışmazlıqların aradan qaldırılması ilə bağlı təşəbbüs göstərməsi böyük önəm daşıyır.


Bunu nəzərə alaraq, ADA Universiteti təhsil sahəsində tədqiqat aparan və digər növ fəaliyyət göstərən şəxsləri 2018-ci ilin Təhsil Konfransı-na dəvət edir. Konfrans elm xadimləri, müəllimlər, tələbələr, milli və beynəlxalq təhsilin inkişafında maraqlı olan fərdləri bir araya gətirmək və iştirakçıları Azərbaycanda və dünyada tətbiq olunan təhsil strategiyaları ilə bağlı tədqiqatların nəticələri ilə tanış etmək məqsədi daşıyır. İştirakçılar, eyni zamanda, uğurlu təlim-tədris təcrübələri haqqında düşünmək, fikir mübadiləsi aparmaq, təhsil siyasəti ilə bağlı innovativ təkliflər formalaşdırmaq imkanları da əldə edəcəklər.


Konfrans milli təhsil sahəsində tədqiqatın dünya təcrübəsinə əsaslanaraq təkmilləşdirilməsi yollarının öyrənilməsinə həsr olunur. ADA Universiteti Konfrans iştirakçılarını Dövlət Strategiyasının aşağıda qeyd olunmuş, əsas istiqamətləri üzrə aparılan elmi-tədqiqat işlərinin xülasəsini təqdim etməyə dəvət edir.

  1. Səriştəyə əsaslanan şəxsiyyətyönlü təhsil məzmununun yaradılması ( İstiqamət 1).
  2. Təhsilalanların fərdi xüsusiyyətlərini nəzərə alan innovativ təlim metodları və texnologiyaları vasitəsilə təhsilin məzmununun səmərəli mənimsənilməsini təmin edən yüksək nüfuzlu təhsilverənin formalaşdırılması ( İstiqamət 2).
  3. Nəticələrə görə cavabdeh, şəffaf və səmərəli tənzimləmə mexanizmlərinə malik, dövlət-ictimai xarakterli və dövlət-biznes partnyorluğuna əsaslanan təhsildə yeni idarəetmə sisteminin formalaşdırılması (İstiqamət 3).
  4. Müasir tələblərə cavab verən və ömür boyu təhsili təmin edən təhsil infrastrukturunun yaradılması (İstiqamət 4).
  5. Təhsilin dayanıqlı və müxtəlif mənbələrdən istifadə olunmaqla yeni maliyyələşdirmə mexanizminin yaradılması (İstiqamət 5).


Təhsilin inkişafı  üzrə milli və beynəlxalq tədqiqat və təcrübələrdən maksimum yararlanmaq üçün konfransın proqramının zəngin olacağı, panel müzakirələr, elmi təqdimatlar və poster təqdimatları ehtiva edəcəyi gözlənilir. Əlavə olaraq, konfrans çərçivəsində çoxsaylı tədbirlər, tədris sahəsində ən qabaqcıl təcrübələri bölüşmək üçün Share Shop-lar da təşkil olunacaq. Share Shoplarda qeydiyyat və iştirak barəsində ətraflı məlumat ADA Universiteti Konfransının rəsmi internet səhifəsinə yerləşdiriləcək.


Konfransın işçi dili: Azərbaycan və ingilis dili(sinxron təcümə təmin olunacaq)


Xülasə və yekun işin təqdim olunması: 


Müraciətlər (xülasə və daha sonra yekun iş Azərbaycan, ingilis və rus dillərində qəbul olunur. Xülasələrin həcmi 200-300 sözdən ibarət olmalı və üç açar söz qeyd olunmalıdır.

Yekun işin həcmi, titul vərəqi və istinad siyahısı xaric olmaqla 3000-4000 söz arasında olmalıdır.


Vacib tarixlər:


Xülasələrin təqdim olunması üçün son tarix: 29 yanvar 2018-ci il

Müsabiqədən keçmiş şəxslərin məlumatlandırılması: 16 fevral 2018-ci il

Yekun tədqiqat işinin təqdim olunması üçün son tarix: 23 aprel 2018-ci il

Seçilmiş işlərə baxış və təqdimatlara hazırlıq: 14 may 2018-ci il

Konfransa qeydiyyat üçün son tarix: 21 may 2018-ci il

Konfransın tarixi: 7-8 iyun 2018-ci il


Müraciət:

Xülasələr “Xülasələrin təqdimatı forma”sında yazılmalı, elektron poçt vasitəsi ilə 29 yanvar 2018-ci il tarixinə kimi ADA Universitetinin Təhsil Fakültəsinə (sel@ada.edu.az) təqdim edilməlidir.. Elektron məktubun mövzu hissəsində “2018-cil il ADA Təhsil Konfransı – Adınız” başlığını qeyd edin. Xülasə aşağıdakı hissələrdən ibarət olmalıdır: Sərlövhə, müəllifin adı və soyadı, vəzifəsi, elektron poçt ünvanı və müvafiq tədqiqat işi ilə bağlı  3 açar söz. Xülasənin və yekun tədqiqat işinin ADA Universiteti tərəfindən təyin edilmiş qaydalara uyğun olması zəruridir. Xülasə müsabiqəsinin nəticələri 2-3 həftə ərzində açıqlanacaq.


Qeydiyyat və ödəniş:


İştirakçılar xülasələrinin təqdimatına əlavə olaraq qeydiyyatdan da keçməlidirlər. ADA 2018-ci il Təhsil Konfransı-na qeydiyyat aprel ayının ikinci yarısından Konfransın rəsmi internet səhifəsində aparılacaq.


Qeydiyyat haqqı 35 AZN-dir*

* Ödənişə daxildir: bütün sesiyalar, plenarlar və Share Shop-larda iştirak; konfransın planı, tanışlıq məqsədli tədbir və çay-kofe süfrəsi.


Ödənişlər bank köçürməsi vasitəsilə, yaxud onlayn qaydada aparıla bilər.


ADA Universitetinin Bank hesablarını buradan görüntüləyə bilərsiniz.


Tələbələr və gənc tədqiqatçılar konfransda iştirak etmək üçün qeydiyatdan ödənişsiz keçə bilərlər. Bunun üçün müraciət etmək və konfransın təşkilat komitəsindən razılıq almaq lazımdır.


Əlaqə:


Əlavə suallar ADA Universitetinin Təhsil Fakültəsinə, sel@ada.edu.az elektron poçt ünvanına, və ya  +99412 4373235 (daxili 284) telefon nömrəsinə yönləndirilməlidir.

 



For Organizations
Login In:

Password:


Forget Password
New User



Mobil: (055) 669 68 89
WhatsApp: (055) 669 68 89
E-mail: farkhadov@gmail.com


EmploymentEmployment
Log In:

Password:


Forget Password
New User