AzerWeb HomeAzeri
ABCDEFGHIJKLMNOPQRSTUVWXYZAll

   
Advanced search

 Announcement - TENDER [ Quba rayonunun Alpan (Uzunmese, Susay ve Geray icmalari da daxil olmaqla) icmasinda Xalзa Sexinin Tikintisi ] (EWMI)

 Duration: 13.04.2017 - 05.05.2017

 

Şərq-Qərb İdarəçilik İnstitutu, Inc. /Sosial-İqtisadi İnkişaf Fəaliyyətləri

Tender üçün Müraciət (TüM)

Buraxılış tarixi: 12 aprel 2017

Şərq-Qərb İdarəçilik İnstitutu, Azərbaycanda həyata keçirdiyi  Birləşmiş Ştatların Beynəlxalq İnkişaf Agentliyi (USAID) və Azərbaycan Hökuməti tərəfindən birgə maliyyələşdirilən, beş illik Sosial-İqtisadi İnkişaf Fəaliyyəti layihəsi çərçivəsində “Quba rayonunun Alpan (Uzunmeşə, Susay və Gəray icmaları da daxil olmaqla) icmasında Xalça Sexinin Tikintisi” İcma Əsaslı Sosial-İqtisadi Layihəsi üçün marağı olan tikinti təşkilatlarını tenderdə iştirak etmək üçün qiymət təklifi təqdim etməyə dəvət edir.

 

İş və materialların təsviri, həmçinin “Quba rayonunun Alpan (Uzunmeşə, Susay və Gəray icmaları da daxil olmaqla) icmasında Xalça Sexinin Tikintisi” layihəsinə dair qiymət təklifləri ilə bağlı təlimatlar aşağıdakı qoşmalarda Tender Paketində verilib.

Qoşma A.  Tender İştirakçıları üçün Təlimatlar

Qoşma B.  Təqdimat məktubu

Qoşma C. Material və əməyin təsviri

Qoşma D. Alpan xalça binasının planı

Qoşma E. Döşəmaltı millərin planı və tavan örtük millərinin planı

Qoşma F. Alpan xalça binasının elektrik planı

Qoşma G. Alpan xalça binasinin  özül planı və birləşmələrinin sxemi

Qoşma H. Dam örtüyü

Qoşma I. İstilik sistemi planı

Qoşma J. Kombi binası

Qoşma K. Septik tank

Qoşma L. Giriş pilləkəni və pandus

Qoşma M. Son üç ildə təklif verənin yerinə yetirdiyi oxşar dəyərli fəaliyyət növləri

 (Bu əlavələri elektron ünvandan yükləmək və ya Şərq-Qərb İdarəçilik İnstitutunun AZ 1095, 28 may küçəsi 4/1 ünvanında yerləşən Bakı ofisindən əldə etmək olar.

Tenderdə iştirak etmək üçün uyğunluq tələbləri:  

Maraqlı şirkətlər qiymət təklifi ilə birlikdə tələblərə uyğun olan aşağıdakı sənədləri təqdim etməlidir. Tələb olunan sənədlərdən hər hansı təqdim edilmədiyi halda təkliflər nəzərə alınmayacaq.

 

Qiymət təklifinin təqdim olunması:

Təkliflər iki nüsxədə (orijinal və surəti), ayrıca möhürlənmiş ikiqat iki ədəd zərfdə təqdim edilməlidir. Möhürlənmiş zərflərin üzərində uyğun olaraq “Orijinal” və “Surəti” sözləri və həmçinin təqdim edən təşkilatın ünvanı qeyd edilməlidir. Təkliflərə Tender İştirakçıları üçün  Təlimatlarda (Qoşma A) göstərilmiş tələb olunan bütün sənədlər və imzalanmış Təqdimat Məktubu (Qoşma B) daxildir.

 

Bütün təkliflər poçt, kuryer yaxud poçtalyon vasitəsilə 05 may 2017-ci il tarixdə saat 17:00-a kimi təqdim edilməlidir.

EWMI/SEDA

28 may küçəsi, 4/1

Bakı, AZ1095

Bütün təkliflər aşağıdakı göstərilən tərəfə ünvanlanmalıdır:

EWMI/SEDA, Təkliflərə Baxış Komitəsi (TBK)

Ünvanlanan şəxs: Təchizat məsələləri üzrə məsul şəxs.

Telefon, elektron poçt, teleqram yaxud faks vasitəsilə göndərilən qiymət təklifləri qəbul olunmur. Gec təqdim  olunan təkliflər nəzərə alınmayacaq.

Təmir/tikinti sahəsinə səfər:

Tenderdə iştirak etməyə marağı olan şirkətlər təmir sahəsinə səfər edə bilərlər (məcburi deyil).

Qiymət təklifi zərflərinin açılışı:

Qiymət təklifi zərflərinin açılışı 12 may 2017-ci il tarixdə saat 10:00-da EWMI-SEDA-nın Bakı ofisində keçiriləcəkdir. Təşkilatların məsul nümayəndələri zərflərin açılışında iştirak edə bilərlər.

Təkliflərə Baxış Komitəsi

Əlaqə telefonu: (012) 598 46 14



For Organizations
Login In:

Password:


Forget Password
New User


FAQ                                                           


Humanitarian Activity                  
Donors
Program Descriptions
Projects
Activity Maps
Grants and Competitions


Meeting Minutes
Reports and Assessments
Press Releases
Events and Announcements
Vacancies
Job seekers
Legislation
EmploymentEmployment
EmbassiesEmbassies
ForumForum
GalleryGallery
GuestbookGuestbook
EmploymentEmployment
Log In:

Password:


Forget Password
New User








AzerWEB is supporterd by AzNET project                            About AzerWebAbout AzerbaijanContacts