AzerWeb HomeAzeri
ABCDEFGHIJKLMNOPQRSTUVWXYZAll

   
Advanced search

 Announcement - Azərbaycanda Səhiyyə Sahəsində Beynəlxalq Proqramlar üzrə Ölkə Əlaqələndirmə Komissiyasının üzvlüyünə daxil olan yerli qeyri-hökümət təşkilatlarının yenilənməsi haqqında elan (CCM)

 Duration: 26.09.2017 - 10.10.2017

 

Azərbaycanda Səhiyyə Sahəsində Beynəlxalq Proqramlar üzrə Ölkə Əlaqələndirmə Komissiyasının üzvlüyünə daxil olan yerli qeyri-hökümət təşkilatlarının yenilənməsi haqqında elan

Azərbaycanda Səhiyyə Sahəsində Beynəlxalq Proqramlar üzrə Ölkə Əlaqələndirmə Komissiyası (ÖƏK) İİV/QİÇS, Vərəm və Malyariya ilə Mübarizə üzrə Qlobal Fondun tövsiyələrinə uyğun olaraq, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 noyabr 2004 tarixli 17/5540-11 saylı razılığı əsasında təsis edilmişdir. ÖƏK milli məşvərətçi orqan statusuna malikdir, hüquqi və fiziki şəxslərin könüllülük prinsipi əsasında qurulmuş, İİV/QİÇS və Vərəm ilə mübarizə sahəsində əməkdaşlığı təmsil edir. ÖƏK-in məqsədi Azərbaycanda İİV/QİÇS və Vərəm ilə mübarizə istiqamətində Qlobal Fondun maliyyə yardımı ilə həyata keçirilən tədbirlərin koordinasiyası və nəzarətinin gücləndirilməsinə yardım etməkdir. Hal-hazırda, ÖƏK-in tərkibinə dövlət və qeyri-dövlət sektorunun nümayəndələri - nazirliklər, dövlət müəssisələri, ikitərəfli və çoxtərəfli beynəlxalq təşkilatlar, beynəlxalq və yerli qeyri-hökümət təşkilatları, özəl sektor nümayəndələri daxildir. Ölkə Əlaqələndirmə Komissiyası  qeyri-hökümət təşkilatlarının yenilənməsi prosesinə başlamışdır.

Bu səbəbdən, ÖƏK üzvlüyünə daxil olmaq üçün yerli qeyri-hökümət təşkilatlarının cari ilin oktyabr ayının 10-u iş gününün sonuna qədər ÖƏK Katibliyinə müraciət etməsi ilə bağlı elan verilir.

Qeyri-hökümət sektoruna daxil olan yerli QHT-lərə şamil olunan tələblər aşağıdakılardır:

Təşkilatlar aşağıda qeyd olunan tələblərə cavab verdikləri təqdirdə, öz namizədliklərini irəli sürə bilərlər.

  1. Hədəf qrupu gənclər, qadınlar, risk qrupları və İİV-lə yaşayan insanların olduğu profilaktik İİV proqramları, eyni zamanda profilaktik vərəm proqramları həyata keçirən təşkilatlar (son beş il ərzində)  

  2. İİV-lə yaşayan insanların və onların partnyorlarını, vərəmə yoluxmuş və ya nə vaxtsa bu infeksiyadan əziyyət çəkmiş insanları və digər risk qruplarını özündə birləşdirən təşkilatlar

  3. Təşkilatların namizədliyi müvafiq sənədlər əsasında təsis edilmiş şəbəkə və ya Memorandum əsasında birləşmiş təşkilatlar qrupu tərəfindən irəli sürülməlidir.

Seçkilərdə iştirak etmək niyyəti olan hər bir QHT aşağıdakı sənədləri ÖƏK Katibliyinə bağlı şəkildə təqdim etməlidir:

  1. Ədliyyə Nazirliyi tərəfindən verilmiş rəsmi qeydiyyat şəhadətnaməsinin nüsxəsi

  2. Ərizəçinin hər hansı bir sektor və ya şəbəkəni təmsil etdiyini sübut edən memorandum

  3. Üzvlüyə müraciətlə bağlı sektor və ya şəbəkənin qərarının əks olunduğu iclasın protokolu

  4. Niyyət məktubu (təşkilatın fəaliyyətini, vəzifə öhdəliklərinə və tələblərə uyğunluğunu əks etməklə)


Ünvan:  AZ 1005, Bakı ş.  T.Əliyarbəyov küç. 3, ikinci mərtəbə, ÖƏK Katibliyi (Qlobal Fond, LƏB-in ofisi, Musiqili Komediya Teatrının yanı)  Tel: 493 26 94


 



For Organizations
Login In:

Password:


Forget Password
New User



Mobil: (055) 669 68 89
WhatsApp: (055) 669 68 89
E-mail: farkhadov@gmail.com


EmploymentEmployment
Log In:

Password:


Forget Password
New User