AzerWeb HomeAzeri
ABCDEFGHIJKLMNOPQRSTUVWXYZAll

   
Advanced search

 Announcement - TENDER [ Zərdab rayonunun Gəlmə icmasında Yem Emalı Sexinin qurulması ] (EWMI)

 Duration: 07.09.2017 - 27.09.2017

 

Şərq-Qərb İdarəçilik İnstitutu, Inc. /Sosial-İqtisadi İnkişaf Fəaliyyətləri

Tender üçün Müraciət (TüM)

Buraxılış tarixi: 06 sentyabr 2017

Şərq-Qərb İdarəçilik İnstitutu, Azərbaycanda həyata keçirdiyi  Birləşmiş Ştatların Beynəlxalq İnkişaf Agentliyi (USAID) və Azərbaycan Hökuməti tərəfindən birgə maliyyələşdirilən, beş illik Sosial-İqtisadi İnkişaf Fəaliyyəti layihəsi çərçivəsində “Zərdab rayonunun Gəlmə icmasında Yem Emalı Sexinin qurulması”  İcma Əsaslı Sosial-İqtisadi Layihəsi üçün marağı olan tikinti təşkilatlarını tenderdə iştirak etmək üçün qiymət təklifi təqdim etməyə dəvət edir.

 

İş və materialların təsviri, həmçinin “Zərdab rayonunun Gəlmə icmasında Yem Emalı Sexinin qurulması”  layihəsinə dair qiymət təklifləri ilə bağlı təlimatlar aşağıdakı qoşmalarda Tender Paketində verilib.

Qoşma A.  Tender İştirakçıları üçün Təlimatlar

Qoşma B.  Təqdimat məktubu

Qoşma C. Material və əməyin təsviri

Qoşma D.  Plan və fasad görünüşləri

Qoşma E. Özül və Dəmir-Beton birləşmələr

Qoşma F. Su çəni və estakada

Qoşma G. Son üç ildə təklif verənin yerinə yetirdiyi oxşar dəyərli fəaliyyət növləri

 (Bu əlavələri elektron ünvandan yükləmək və ya Şərq-Qərb İdarəçilik İnstitutunun AZ 1095, 28 may küçəsi 4/1 ünvanında yerləşən Bakı ofisindən əldə etmək olar.

 

Tenderdə iştirak etmək üçün uyğunluq tələbləri:  

Maraqlı şirkətlər qiymət təklifi ilə birlikdə tələblərə uyğun olan aşağıdakı sənədləri təqdim etməlidir. Tələb olunan sənədlərdən hər hansı təqdim edilmədiyi halda təkliflər nəzərə alınmayacaq.

 

Qiymət təklifinin təqdim olunması:

Təkliflər iki nüsxədə (orijinal və surəti), ayrıca möhürlənmiş ikiqat iki ədəd zərfdə təqdim edilməlidir. Möhürlənmiş zərflərin üzərində uyğun olaraq “Orijinal” və “Surəti” sözləri və həmçinin təqdim edən təşkilatın ünvanı qeyd edilməlidir. Təkliflərə Tender İştirakçıları üçün  Təlimatlarda (Qoşma A) göstərilmiş tələb olunan bütün sənədlər və imzalanmış Təqdimat Məktubu (Qoşma B) daxildir.

 

Bütün təkliflər poçt, kuryer yaxud poçtalyon vasitəsilə 27 sentyabr 2017-ci il tarixdə saat 17:00-a kimi təqdim edilməlidir.

EWMI/SEDA

28 may küçəsi, 4/1

Bakı, AZ1095

Bütün təkliflər aşağıdakı göstərilən tərəfə ünvanlanmalıdır:

EWMI/SEDA, Təkliflərə Baxış Komitəsi (TBK)

Ünvanlanan şəxs: Təchizat məsələləri üzrə məsul şəxs.

Telefon, elektron poçt, teleqram yaxud faks vasitəsilə göndərilən qiymət təklifləri qəbul olunmur. Gec təqdim  olunan təkliflər nəzərə alınmayacaq.

Təmir/tikinti sahəsinə səfər:

Tenderdə iştirak etməyə marağı olan şirkətlər təmir sahəsinə səfər edə bilərlər (məcburi deyil).

Qiymət təklifi zərflərinin açılışı:

Qiymət təklifi zərflərinin açılışı 29 sentyabr 2017-ci il tarixdə saat 10:00-da EWMI-SEDA-nın Bakı ofisində keçiriləcəkdir. Təşkilatların məsul nümayəndələri zərflərin açılışında iştirak edə bilərlər.

Təkliflərə Baxış Komitəsi

Əlaqə telefonu: (012) 598 46 14



For Organizations
Login In:

Password:


Forget Password
New User



Mobil: (055) 669 68 89
WhatsApp: (055) 669 68 89
E-mail: farkhadov@gmail.com


EmploymentEmployment
Log In:

Password:


Forget Password
New User