AzerWeb HomeAzeri
ABCDEFGHIJKLMNOPQRSTUVWXYZAll

   
Advanced search

 Announcement - TENDER [ Quba rayonu Qimilqazma icmasinda Su Anbarinin Tikintisi ] (EWMI)

 Duration: 09.02.2016 - 24.02.2016

 

Şərq-Qərb İdarəçilik İnstitutu, Inc. /Sosial-İqtisadi İnkişaf Fəaliyyətləri

Tender üçün Müraciət (TüM)

Buraxılış tarixi: 09 fevral 2016

Şərq-Qərb İdarəçilik İnstitutu, Azərbaycanda həyata keçirdiyi  Birləşmiş Ştatların Beynəlxalq İnkişaf Agentliyi (USAID) və Azərbaycan Hökuməti tərəfindən birgə maliyyələşdirilən, beş illik Sosial-İqtisadi İnkişaf Fəaliyyəti layihəsi çərçivəsində “Quba rayonu Qımılqazma icmasında Su Anbarının Tikintisi” İcma Əsaslı Sosial-İqtisadi Layihəsi üçün marağı olan tikinti təşkilatlarını tenderdə iştirak etmək üçün qiymət təklifi təqdim etməyə dəvət edir.

İş və materialların təsviri, həmçinin “Quba rayonu Qımılqazma icmasında Su Anbarının Tikintisi” layihəsinə dair qiymət təklifləri ilə bağlı təlimatlar aşağıdakı qoşmalarda Tender Paketində verilib.

Qoşma A.  Tender İştirakçıları üçün Təlimatlar

Qoşma B.  Təqdimat məktubu

Qoşma C. Material və əməyin təsviri

Qoşma D. Çəkiləcək Su Xətlərinin və Tikiləcək Su Anbarlarının Sxematik Planı

Qoşma E. Qımılqazma İcmasında Tikiləcək Su Anbarlarının Sxemi

Qoşma F. Bulağın və Su Ayrıcının Görünüşləri

Qoşma G. Son üç ildə təklif verənin yerinə yetirdiyi oxşar dəyərli fəaliyyət növləri

 (Bu əlavələri elektron ünvandan yükləmək və ya Şərq-Qərb İdarəçilik İnstitutunun AZ 1095, 28 may küçəsi 4/2 ünvanında yerləşən Bakı ofisindən əldə etmək olar.

Tenderdə iştirak etmək üçün uyğunluq tələbləri:  

Maraqlı şirkətlər qiymət təklifi ilə birlikdə tələblərə uyğun olan aşağıdakı sənədləri təqdim etməlidir:

  • Qeydiyyat sənədləri;
  • Qiymət təklifi verənin (İddiaçı)  tam adı, hüquqi statusu nizamnaməsi qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
  • Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış (arayış təqdim edilmədiyi təqdirdə, təşkilat tenderdən kənarlaşdırılacaqdır);
  • Vergi dərəcəsi (2%, 4% və ya 18%) haqqında arayış
  • SEDA Layihəsinə qiymət təklifi verən təşkilatların layihənin icrası üçün tələb olunan bütün lisenziya və icazə sənədləri olmalıdır
  • İddiaçının son (12 ay) bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
  • İddiaçının son 3 illik təcrübəsində icra etdiyi fəaliyyətin siyahısı - göstərilmiş dəyərdə oxşar layihə yerinə yetirməsi haqda sənədi
  • Əvvəlki layihələrin mənfəətçilərindən (imzalanmış, möhürlənmiş, əhəmiyyətli və müsbət) rəy/arayış (3 arayışın təqdim edilməsi vacibdir)
  • İddiaçı şirkətin tender təklifi üçün müvafiq əmlak və işçi heyətinin siyahısı.
  • Bu ancaq avans tələb edən şirkətlərə şamil olunur: Tələb olunan avans ödənişinə dəyərcə bərabər olan avans ödənişi üzrə bank zəmanəti müqavilənin icrasına başlandıqdan sonrakı 5 iş günü ərzində tələb edilməlidir.

 

Qiymət təklifinin təqdim olunması:

Təkliflər iki nüsxədə (orijinal və surəti), ayrıca möhürlənmiş ikiqat iki ədəd zərfdə təqdim edilməlidir. Möhürlənmiş zərflərin üzərində uyğun olaraq “Orijinal” və “Surəti” sözləri və həmçinin təqdim edən təşkilatın ünvanı qeyd edilməlidir. Təkliflərə Tender İştirakçıları üçün  Təlimatlarda (Qoşma A) göstərilmiş tələb olunan bütün sənədlər və imzalanmış Təqdimat Məktubu (Qoşma B) daxildir.

Tender iştirakçılarından xahiş olunur ki, “Tender iştirakçıları üçün təlimatlara” (Qoşma A) xüsusi diqqət versinlər və orada qeyd edilmiş tələb olunan sənədləri təqdim etsinlər. Tələb olunan sənədlərdən hər hansı təqdim edilmədiyi halda təkliflər nəzərə alınmayacaq.

Bütün təkliflər poçt, kuryer yaxud poçtalyon vasitəsilə 22 fevral 2016-cı il tarixdə saat 17:00-a kimi təqdim edilməlidir.

EWMI/SEDA

28 may küçəsi, 4/2

Bakı, AZ1095

Bütün təkliflər aşağıdakı göstərilən tərəfə ünvanlanmalıdır:

EWMI/SEDA, Təkliflərə Baxış Komitəsi (TBK)

Ünvanlanan şəxs: Təchizat məsələləri üzrə məsul şəxs.

Telefon, elektron poçt, teleqram yaxud faks vasitəsilə göndərilən qiymət təklifləri qəbul olunmur. Gec təqdim  olunan təkliflər nəzərə alınmayacaq.

Təmir/tikinti sahəsinə səfər:

Tenderdə iştirak etməyə marağı olan şirkətlər təmir sahəsinə səfər edə bilərlər (məcburi deyil).

Qiymət təklifi zərflərinin açılışı:

Qiymət təklifi zərflərinin açılışı 24 fevral 2016-cı il tarixdə saat 10:00-da EWMI-SEDA-nın Bakı ofisində keçiriləcəkdir. Təşkilatların məsul nümayəndələri zərflərin açılışında iştirak edə bilərlər.

Təkliflərə Baxış Komitəsi

Əlaqə telefonu: (012) 493 9453



For Organizations
Login In:

Password:


Forget Password
New User



Mobil: (055) 669 68 89
WhatsApp: (055) 669 68 89
E-mail: farkhadov@gmail.com


EmploymentEmployment
Log In:

Password:


Forget Password
New User