AzerWeb HomeAzeri
ABCDEFGHIJKLMNOPQRSTUVWXYZAll

   
Advanced search

 Event - Ugurlu Musahibe Bacariqlari uzre Praktiki Telim (HSI)

 Duration: 08.01.2015 - present

 

Uğurlu Müsahibə Bacarıqları üzrə Praktiki Təlim

İş Müsahibəsinə Hazırsız?

Effektiv müsahibə bacarıqlarına və texnikalarına yiyələnmə iş bazarına daxil olan və ilk dəfə iş axtaran ali təhsilli gənclər üçün olduqca mühüm əhəmiyyət kəsb edir. Əksər hallarda seçim mərhələsində iş üçün müraciət edən namizədlər eyni ixtisasa, diplom və sertifikatlara malik olduğundan seçim prosesi yüksək rəqabət mühitində gedir və bu səbəbdən namizəd müsahibə zamanı nəyi, necə və hansı tərzdə söyləmək lazım olduğunu yaxşı bilməli və yüzlərlə namizədin arasından seçilmək üçün praktiki bilik və bacarıqlara malik olmalıdır.

Müsahibə mərhələsini uğurla keçmək üçün müsahibə bacarıqları üzrə praktiki təlimdə (və ya praktiki məşğələdə) iştirak etməklə Siz müsahibə zamanı işəgötürənlə ünsiyyət qurma, xüsusi bilik və bacarıqlarınızı, müsbət şəxsi və peşəkar keyfiyyətlərinizi təqdim etmə və eləcə də müsahibə götürəni Sizin bu vakansiya üçün ən uyğun namizəd olduğunuza inandırma metodlarını praktiki cəhətdən tətbiq etməyi öyrənəcəksiniz.

Bundan əlavə, Siz istədiyiniz və layiq olduğunuz işə qəbul olmaq üçün bütün zəruri bilik və bacarıqlara yiyələnmiş olacaqsınız.

Praktiki təlimdə iştirak etməklə Siz:

• çatdırmaq istədiyiniz əsas məlumatın İşəgötürənin təşkilatının perspektivi üzərində düşünməklə qarşı tərəfdə xoş təəssürat yarada və əks-səda doğura biləcəksiniz.
• yadda qalan müsahibə əhvalatları ilə əlaqələndirməklə işəgötürəni Sizin bu işin öhdəsindən gələ biləcəyinizə inandıra biləcəksiniz.
• ən çox soruşulan sualları asanlıqla cavablandırmağı öyrənməklə özünə inam və güvən hissini yüksəldə biləcəksiniz.

Əlavə dəstək:
Praktiki təlimi bitirdikdən sonra Siz əlavə olaraq simulyasiya sessiyası üçün qeydiyyatdan keçməklə bu sahədə praktiki bilik və bacarıqlarınızı bizim təcrübəli müsahibəçilərimizin köməyilə daha da təkmilləşdirə bilərsiniz.

Praktiki təlimin müddəti: 4 saat
Simulyasiya sessiyası: 20 dəqiqə
Keçirilmə tarixi: 18 yanvar, 2015-ci il
Keçirilmə vaxtı: 10.00-14.00
Təlimçi: Fariz Cəfərov
Keçirildiyi yer: World Business Center, 14-cü mərtəbə
Əlavə dəstək: İştirak haqqında sertifikat, təlim materialları və çay-kofe fasilələri.
Praktiki təlimdə iştirak haqqı: 43 AZN
Simulyasiya sessiyası qiyməti: 21 AZN

Qeydiyyat üçün müraciət edin:

Headstart International®
(012) 597 48 05 / 06; (055) 478 63 30
trainings@headstart-international.com
www.headstart-international.com



For Organizations
Login In:

Password:


Forget Password
New User



Mobil: (055) 669 68 89
WhatsApp: (055) 669 68 89
E-mail: farkhadov@gmail.com


EmploymentEmployment
Log In:

Password:


Forget Password
New User