AzerWeb HomeAzeri
ABCDEFGHIJKLMNOPQRSTUVWXYZAll

   
Advanced search

 Announcement - ABS Huquq uzre Magistr derecesinden onceki hazirliq proqrami ve Huquq uzre Magistr derecesi ucun teqaudlu proqramlar (SAL Georgia)

 Duration: 11.08.2014 - 15.09.2014

 

Illinoys Texnologiya İnstitutu
Çikaqo-Kent Hüquq Kolleci
Qafqaz üzrə Amerika Hüquq məktəbi
Elan edir

2014-2015 Akademik ilində Gürcüstan,Ermənistan və Azərbaycan üçün ABŞ Hüquq üzrə Magistr dərəsindən öncəki hazırlıq proqramı və Hüquq üzrə Magistr dərəcəsi üçün təqaüdlü proqramlar

Çikaqo-Kent Qafqaz üzrə Amerika Hüququ məktəbi bir-biri ilə əlaqəli iki proqrama qəbulu açıq elan edir : Tbilisi, Gürcüstanda iki semestr Hüquq üzrə magistr dərəcəsindən öncəki hazırlıq proqramı və bir semestr ABŞ - Çikaqo, İllinoysda Hüquq üzrə Magistr dərəcəsi.
2012-ci ildən bəri Çikaqo - Kent Hüquq Kolleci Qafqaz Regionu üçün xüsusi proqram həyata keçirir və vəkilləri, iddiaçıları eləcə də gələcək vəkillərı Amerika Təhsilininin yüksək keyfiyyətli təcrübəsi ilə təmin edir.
Çikaqo-Kent Hüquq məktəbi 2014-2015 akademik ili üçün 23 İyul 2014-ci ildən 15 Sentyabr 2014-cü ilə kimi müraciətlərin qəbulunu aşağıdakı şərtlərlə elan edir:

- Hüquq üzrə Magistr proqramından öncə hazırlıq proqramı 2014-cü il Oktyabr ayından 2015-ci il İyul ayınadək Tbilisidə olmaqla iki semestrlik proqramı əhatə edir;
- Tədris forması hər aya 1 və ya 2 kurs - hər biri 12 akademik saatı olmaqla yalnız həftə sonlarını əhatə edəcək  seminar sessiyaları şəklində olacaq;
- 2014-2015 akademik ili üçün Hüquq üzrə Magistr dərəsindən öncəki proqramın kursları aşağıdakı kimidir :  Amerika Hüquq Sisteminlərinə Giriş, Hüquq yazışmaları, Beynəlxalq Biznes Köçürmələri, Elektron -Ticarət və Onlayn Məsləhətləşmə, ABŞ və Avropa İttifaqı Məxfilik hüququ, ABŞ Əqli Mülkiyyət hüququ, Patent Hüququ, Müqayisəli Elan və Marketinq hüququ, Antitrust hüququ, Biznes təşkilatları, Beynəlxalq Cinayət hüququ və s ;
- Hüquq üzrə Magistr dərəsindən öncəki programa daxil olan 10 kursun hamısı Çikaqo-Kent Hüquq Kollecinin Professorları tərəfindən tədris olunur, eləcə də proqram kurrikulumu, imtahan siyasəti, qiymətləndirmə sistemi, imtahahan, oxu materialları Ortalama Bal standartları əsasında Çikaqo-Kent Universitetinin professorları tərəfindən tərtib olunur ;
- Çikaqo-Kent Amerika Hüquq məktəbində tədris İngilis dilindədir. Bütün namizədlərin İngilis dili bacarığı yüksək səviyyədə olmalıdır. Lakin, namizədlərdən proqrama qoşulmaq üçün TOEFL balını təqdim etmək tələb olunmur. Hüquq üzrə Magistr dərəsindən öncəki proqram tələbərələ Çikaqo-Kentdə Hüquq üzrə Magistr dərəcəsini uğurla davam etdirməyə kömək edəcək dil bacarıqlarının inkişafı üçün unikal imkandır.

Çikaqo-Kent Amerika Hüquq məktəbinin Hüquq üzrə Magistr dərəcəsindən öncəki hazırlıq proqramına uyğunluq kriteriyaları və təhsil dərəcəsi tələbləri :

  • Təcrübə keçən vəlillər və ya yerli qanunvericilikdə hüquq fəaliyyəti ilə lisenziyalı məşğul olanlar;
  • Hüquq üzrə məzunlar;
  • Hüquq üzrə bakalavr təhsilinin 3-cu və 4-cü ilində olan tələbələr;
  •  Hüquq üzrə müxtəlif bakalavr dərəcəli məzunlar və Hüquq assosiasiyalarının üzvləri

Proqramın hər iki tərkib hissəsinin üstünlükləri :

  • Hazırki işlərini tərk etmədən Hüquq üzrə Magistr dərəcəsindən öncəki təhsil proqramından faydalanmaq; bu proqram ərzində hər bir tələbənin öz iş yerini tərk etmədən və professional iş həyatını dəyişmədən təhsil almaq imkanı əldə edir.
  •  ABŞ - Çikaqo, İllinoysda Çikaqo-Kent Hüquq Kollecinin Hüquq üzrə Magistr dərəcəsi proqramına təmin olunmuş qəbul; Hüquq üzrə magistr dərəcəsindən öncəki təhsil proqramını tamamlayan hər bir tələbə Çikaqo-Kent Hüquq Kollecinin tələbəsi olmaq və Çikaqoda bir akademik il əvəzinə bir semester ərzində Hüquq üzrə Magistr dərəcəsi almaq imkanı qazanır. Bu üstünlükdən yararlanmaq üçün hər bir maraqlanan namizəd Hüquq üzrə Magistr dərəcəsindən öncəki təhsil proqramını bitirməlidir.
  • Hazırlıq proqramını Tbilisi,Gürcüstanda bitirdikdən və Çikaqo-Kent Hüquq Kollecinə qəbul olunduqdan sonra hər bir məzunun Çikaqo-Kent Hüquq Kollecindəki qəbul qərarını növbəti üç il ərzində saxlamaq hüququ vardır.
  • TOEFL nəticəsinin tələb olunmaması haqqında sənəd Hüquq üzrə Magistr dərəcəsindən öncəki təhsil proqramını tamamladıqdan sonra Amerika Hüquq Məktəbinin dekanı, Çikaqo-Kent Universitetinin professoru tərəfindən təmin olunacaq.
  • Hər bir Hüquq üzrə Magistr dərəcəsindən öncəki təhsil proqramı məzununa 75 faizə qədər təqaüd təmin olunur və nəticə olaraq Çikaqo-Kentdə Hüquq üzrə Magistr dərəcəsi üçün təhsil haqqı adəti olaraq 44.000 ABŞ dolları əvəzinə 10.000 ABŞ dolları təşkil edir.
  • Hüquq Üzrə Magistr dərəcəsindən öncəki təhsil proqramı ərzində qazanılmış təhsil kreditləri Çikaqo-Kent Hüquq Kolleci tərəfindən tanındığından Beynəlxalq və Transmilli Hüquq üzrə Magistr dərəcəsini 2 semestr əvəzinə 1 semestr (5 ay) ərzində qazanmaqla Magistr proqramını tamamlamaq üçün zəruri olan vaxtı qısaltmaq mümkün olur.
  • Magistr dərəcəsindən öncəki hazırlıq proqramının təhsil haqqının ödənişi maliyyə baxımdan bir sıra ödəmələr tərəfindən gerçəkləşəcək.

 

Proqramın hər iki tərkib hissəsi üçün təhsil haqqı :

  • Magistr dərəcəsindən öncəki hazırlıq proqramın təhsil haqqı 4900 ABŞ dollardır və bu məbləğ üç ödənişdə ödənilməlidir.
  • Çikaqoda Hüquq üzrə Magistr dərəcəsinin təhsil haqqı isə adəti 44.000 ABŞ dollar əvəzinə yalnız Magistr proqramından öncəki hazırlıq proqram məzunlarına 10.000 ABŞ dollar təşkil edir.

 Bütün namizədlərdən aşağıdakı sənədləri təqdim etmələri tələb olunur :

  • İngilis dilində tərcümeyi hal (CV) ;
  • İngilis dilində niyyət məktubu ;
  • Tövsiyyə məktubu. Tövsiyyə məktubunda tövsiyə verən şəxslərin əlaqə məlumatları qeyd olunmalıdır ;
  • Şəxsiyyət vəsiqəsinin və ya passportun surəti ;
  • Diplomun və ya Hüquq üzrə bakalavr tələbləri üçün universitetdən təsdiq arayışı ;
  • Bütün tələb olunan sənədlər 2014 sentyabrın 15-nə kimi admission@salcaucasus.ge

ünvanına göndərilməlidir.

Seçim prosesi aşağıdakı mərhələlərlə həayata keçiriləcək:

  • Ərizəçilərin seçimi ;
  • Qısa siyahıya salınmış namizədlərin məlumatlandırılması və müsahibələrin keçirilməsi
  • Seçilmiş namizədlərin məlumatlandırılması.

 

Mühüm tarixlər

  • Ərizələrin qəbul vaxtı -  2014, 23 iyuldan 2014, 15 sentyabra kimi ;
  • Çikaqo - Kent Amerika Hüquq Məktəbinin seçki komitəsinin qərarı - 25 sentyabr 2014 ;
  • 2014-2015 akademik ilinin rəsmi açılışı - 2014, 18 oktyabr ;
  • Hüquq üzrə Magistr proqramından öncəki təhsil proqramının müddəti - 2014 oktyabrdan 2015 iyula kimi Tbilisi,Gürcüstanda olacaq;  
  • Çikaqo-Kent Hüquq üzrə Magistr dərəcəsi üzrə təhsil ABŞ,Çikaqo,İllinousda 2015 avqust dan etibarən başlayacaq.

 Əlavə Məlumat
 İllinoys Texnologiya İnstitutu , Çikaqo- Kent Hüquq Kolleci hüquq təhsilində öz akademik mükəmməlliyinə və fərqlənən innovativ kurrikulumuna görə ider universitet kimi tanınır.

2015-ci il ABŞ Xəbər&Dünya Hesabatı sıralanmasına əsasən İllinoys Texnologiya İnstitutu, Çikaqo- Kent Hüquq Kolleci ABŞ Məhkəmə vəkilliyi üzrə top 6 hüquq məktəbi arasında yer tutur (http://grad-schools.usnews.rankingsandreviews.com/best-graduate-schools/top-law-schools/trial-advocacy-rankings)  və həmçinin Əqli Mülkiyyət Hüququ üzrə ABŞ-da ilk 10 hüquq məktəbi sırasında qərarlaşıb (http://grad-schools.usnews.rankingsandreviews.com/best-graduate-schools/top-law-schools/intellectual-property-law-rankings).
Çikaqo-Kent Universitetində bir semestr təhsil almaq yalnız mükəmməl təcrübə deyil, bu həmçinin bugünki qlobal hüquq bazarını anlamaq üçün yüksək hazırlıqdır. Bizim geniş və əhatəli kurrikulumumuz tələbələrə həm nəzəri, həm də praktiki olmaqla doktrinal biliyi artırmağa və akademik təcrübəni yüksəltməyə istiqamətlənmiş  müxtəlif sayda kurs və seminarlar təklif edir.
Çikaqo- Kent əsas hüquq bazarlarının birində yerləşdiyindən tələbələrin öyrəndiklərini real hüquqi problemlərə tətbiq etmək üçün bir çox imkanları olacaq. Tələbələr dünyanın ən böyük birləşmiş məhkəmə sistemlərinə, əsas banklarına və maliyyə bazarlarına, önəmli ictimai təşkilatlara və müxtəlif ölçülü hüquq firmalarına çox yaxın məsafədə təhsil alacaqlar.
2012-ci ildə Çikaqo-Kent Hüquq Kollecinin akademik heyyəti Tbilisidə Qafqaz üzrə Amerika Hüquq Məktəbi açdı və 5 illik müddət üçün əsas istiqamət və töhfələrini müəyyənləşdirdi. Üstünlüklər yaranan iqtisadiyyat ölkələrinin iqtisadi göstəriciləri, keyfiyyətli hüquq təhsilinin çatışmazlığı, müasir hüquq inkişafının dəstəklənməsinin ehtiyacı və s. kimi bir sıra faktorlar əsasında müəyyənləşdirildi. Nəticədə, Gürcüstan, Azərbaycan və Ermənistandan 42- dən çox tələbə əhəmiyyətli təqaüdlər qazanaraq Çikaqo-Kent Amerika Hüququ Məktəbinin təhsilində yararlanmışdır.
Magistr proqramından öncəki təhsil və Hüquq üzrə magistr dərəcəsi, təqaüdlər və digər məsələrlə bağlı daha çox məlumat aşağıdakı linklərə yüklənmişdir : www.salcaucasus.ge , www.kentlaw.iit.edu, http://www.kentlaw.iit.edu/academics/llm-programs/international-and-comparative-law/special-llm-and-overseas-training-programs;
Tələbələrin rəyləri və professorların qiymətləndirmələrinə bu linkdən baxmaq mümkündür : http://www.kentlaw.iit.edu/academics/llm-programs/international-and-comparative-law/special-llm-and-overseas-training-programs/tbilisi-georgia-for-caucasus-region

Əlaqə Məlumatları :

  • Ərizaələrin göndərilməsi üçün email : admission@salcaucasus.ge  
  • Hər hansı bir sualın yarandığı halda, proqram rəhbərlərinə müraciət edə bilərsiniz : k.jeladze@chicagokentlaw.ge, m.meskhi@chicagokentlaw.ge .
  • Telefon zəngləri də mümkündür : +995 577 974 001 və +995 577 774 030
  • Açıq qapı günləri və məsləhət görüşləri Tbilisi, Gürcüstanda Çikaqo-Kent rəsmi nümayəndəliyinin ofisində, Pixel Biznes Mərkəzi -  Çavçavadze prospekti 34, 4-cü mərtəbədə planlaşdırılır.

 



For Organizations
Login In:

Password:


Forget Password
New User



Mobil: (055) 669 68 89
WhatsApp: (055) 669 68 89
E-mail: farkhadov@gmail.com


EmploymentEmployment
Log In:

Password:


Forget Password
New User