AzerWeb HomeAzeri
ABCDEFGHIJKLMNOPQRSTUVWXYZAll

   
Advanced search

 Announcement - Tender Elani: Poliqrafiya Xidmeti (WVI)

 Duration: 09.07.2014 - 22.08.2014

 

Tender Elanı: Poliqrafiya Xidməti


YÜKLƏ [ RFQ-printing.xls ]

«World Vision International» humanitar təşkilatının Azərbaycandakı Nümayəndəliyi (WVAz) 1994-cü ildən fəaliyyət göstərir. Təşkilatın ilkin fəaliyyəti torpaqlarının işğalı nəticəsində doğma yerlərini tərk etmiş və respublikanın 32 rayonunda çadırlarda, ictimai binalarda, məktəblərdə, yataqxanalarda və digər yerlərdə məskunlaşmış təqribən 200,000 qaçqın və məcburi köçkülərə ərzaq yardımı ilə başlamışdır. Təşkilat tədricən fəaliyyət sahəsini genişləndirərək qaçqın və məcburi köçkünlərin yaşayış yerlərinin bərpası və tikintisi, onların paylanan ərzaqlardan asılılğını azaltmaq məqsədilə mikro-maliyyə fəalliyyətləri, təhsil, səhiyyə və digər sahələrdə bir çox layihələr həyata keçirmişdir.

«World Vision International» humanitar təşkilatının Azərbaycandakı Nümayəndəliyi poliqrafiya xidmətlərinin göstərilməsi üzrə tender elan edir. Tələb olunan şərtlər:

1) Broşurların, vizit kartlarının, kitabçaların, zərfələrin, logoların, banerlərin və digər çap materiallarının keyfiyyətli şəkildə hazırlanması və ünvana çatdırılması;
2) Çap olunmuş sənədlərin üzlənməsi və laminasiya olunması;

Xahiş olunur ki, müraciət edərkən, tarif paketində aşağıdakı məlumatları göstərəsiniz:
1) Broşurların, vizit kartlarının, kitabçaların, zərfələrin, logoların, banerlərin və digər çap materiallarının sayına görə çap olunması üçün nəzərdə tutulan tariflər;
2) Üzlüklərin müxtəlif dizaynına aid təklif olunan tariflər;

Təkliflərinizi, tariflər də daxil olmaqla şirkətinizin rəsmi blankında əlaqələndirici şəxsin adı və bank rekvizitlərinizi qeyd edərək möhürlənmiş imzalanmış zərfdə təşkilatımızın iş vaxtı ərzində (bazar ertəsi – cümə; 09:00-17:00, bayram günləri istisna olmaqla) son tarix 22 avqust 2014-cü il tarixinə qədər aşağıda göstərilmiş ünvana göndərə bilərsiniz. Təkliflərlə yanaşı, əlavədə olan formanı doldurub təklif paketinə əlavə etməyinizi xahiş edirik.

 

Əlaqə üçün məlumat:

«World Vision International» humanitar təşkilatının
Azərbaycan Respublikasındakı nümayəndəliyi
Z. Tağıyev küçəsi, 15/3,
Mənzil 15,16,17; 2-ci mərtəbə
Bakı AZ1005
Tel/Fax: +994 12 437 31 95/493 31 51/498 15 67
Mobil: +994 50 221 18 99



For Organizations
Login In:

Password:


Forget Password
New User



Mobil: (055) 669 68 89
WhatsApp: (055) 669 68 89
E-mail: farkhadov@gmail.com


EmploymentEmployment
Log In:

Password:


Forget Password
New User