AzerWeb HomeAzeri
ABCDEFGHIJKLMNOPQRSTUVWXYZAll

   
Advanced search

 Announcement - Huquqi Xidmetlerin Gosterilmesi uzre Tender Elani (WVI)

 Duration: 09.07.2014 - 22.08.2014

 

Hüquqi Xidmətlərin Göstərilməsi üzrə

Tender Elanı

«World Vision International» humanitar təşkilatının Azərbaycandakı Nümayəndəliyi (WVAz) 1994-cü ildən fəaliyyət göstərir. Təşkilatın ilkin fəaliyyəti torpaqlarının işğalı nəticəsində doğma yerlərini tərk etmiş və respublikanın 32 rayonunda çadırlarda, ictimai binalarda, məktəblərdə, yataqxanalarda və digər yerlərdə məskunlaşmış təqribən 200,000 qaçqın və məcburi köçkülərə ərzaq yardımı ilə başlamışdır. Təşkilat tədricən fəaliyyət sahəsini genişləndirərək qaçqın və məcburi köçkünlərin yaşayış yerlərinin bərpası və tikintisi, onların paylanan ərzaqlardan asılılğını azaltmaq məqsədilə mikro-maliyyə fəalliyyətləri, təhsil, səhiyyə və digər sahələrdə bir çox layihələr həyata keçirmişdir.

«World Vision International» humanitar təşkilatının Azərbaycandakı Nümayəndəliyi hüquqi xidmətlərin göstərilməsi üzrə tender elan edir. Tələb olunan şərtlər:

1) WVAz-ın daxili sənədlərinin Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə uyğunluğunun yoxlanılması və həmin sənədlərin qanunvericiliyə uyğunlaşdırılması;
2) Mülki, vergi, əmək və digər hüquqi məsələlərə dair şifahi və ya yazılı məsləhət, rəy və ya arayışların verilməsi;
3) WVAz-a ünvanlanan müraciətlərə, ərizələrə, şikayətlərə dair hüquqi xidmətlərin göstərilməsi, eləcə də WVAz-ın adından dövlət və ya qeyri-dövlət orqanlarına, fiziki və hüquqi şəxslərə ünvanlanan müraciətlərin, ərizələrin, şikayətlərin və digər hüquqi sənədlərin hazırlanması;
4) WVAz-ın üçüncü şəxslərlə bağlayacağı müxtəlif növ müqavilələrin layihəsinin yoxlanılması və ya hazırlanması;
5) Kadr məsələləri ilə bağlı hüquqi yardımın göstərilməsi.

Tenderdə vergi ödəyicisi olan fiziki və hüquqi şəxslər iştirak edə bilər. Təkliflərinizi, tariflər də daxil olmaqla şirkətinizin rəsmi blankında əlaqələndirici şəxsin adı və bank rekvizitlərinizi qeyd edərək möhürlənmiş imzalanmış zərfdə təşkilatımızın iş vaxtı ərzində (bazar ertəsi – cümə; 09:00-17:00, bayram günləri istisna olmaqla) son tarix 22 avqust 2014-cü il tarixinə qədər aşağıda göstərilmiş ünvana göndərə bilərsiniz. Tariflər təklif olunan xidmətlər üçün saat-hesabı qiyməti əks etdirməlidir.

Təkliflərlə yanaşı, keçmiş təcrübəniz haqqında məlumatı da təklif paketinə əlavə etməyiniz tələb olunur. Yalnız adları qısa siyahıya salınan tenderlərlə əlaqə qurulacaq.
Əlavə məlumat üçün əlaqə:

«World Vision International» humanitar təşkilatının
Azərbaycan Respublikasındakı nümayəndəliyi
Z. Tağıyev küçəsi, 15/3,
Mənzil 15,16,17, 2-ci mərtəbə
Bakı AZ1005
Tel/Fax: +994 12 437 31 95/493 31 51/498 15 67
Mobil: +994 50 221 18 99

 



For Organizations
Login In:

Password:


Forget Password
New User



Mobil: (055) 669 68 89
WhatsApp: (055) 669 68 89
E-mail: farkhadov@gmail.com


EmploymentEmployment
Log In:

Password:


Forget Password
New User