AzerWeb HomeAzeri
ABCDEFGHIJKLMNOPQRSTUVWXYZAll

   
Advanced search

 Announcement - Tender Elani: Taksi Xidmeti (WVI)

 Duration: 09.07.2014 - 22.08.2014

 

Tender Elanı: Taksi Xidməti

«World Vision International» humanitar təşkilatının Azərbaycandakı Nümayəndəliyi 1994-cü ildən fəaliyyət göstərir. Təşkilatın ilkin fəaliyyəti torpaqlarının işğalı nəticəsində doğma yerlərini tərk etmiş və respublikanın 32 rayonunda çadırlarda, ictimai binalarda, məktəblərdə, yataqxanalarda və digər yerlərdə məskunlaşmış təqribən 200,000 qaçqın və məcburi köçkülərə ərzaq yardımı ilə başlamışdır. Təşkilat tədricən fəaliyyət sahəsini genişləndirərək qaçqın və məcburi köçkünlərin yaşayış yerlərinin bərpası və tikintisi, onların paylanan ərzaqlardan asılılğını azaltmaq məqsədilə mikro-maliyyə fəalliyyətləri, təhsil, səhiyyə və digər sahələrdə bir çox layihələr həyata keçirmişdir.

«World Vision International» humanitar təşkilatının Azərbaycan Respublikasındakı nümayəndəliyi taksi xidmətlərinin göstərilməsi üzrə tender elan edir. Tələb olunan şərtlər:

1) Maşınların texniki və təhlükəsizlik göstəricilərinə görə lazımi qaydada olması;
2) Salonda kondisionerlərin və qızdırıcının mövcudluğu və işlək vəziyyətdə olması, salonun ümumi təmizliyi;
3) Maşın sifariş edildikdən sonra ən qısa zamanda taksinin çağırıldığı ünvana gəlməsi;
4) Sürücülərin Bakı və Bakıdan kənar ərazilərdə naviqasiya etmək bacarığı;
5) Təyin olunan ünvana sərnişinlərin təhlükəsiz şəkildə və vaxtında çatdırılması.
6) Ödənişlərin bank vasitəsi ilə həyata keçirilməsi imkanı;

Xahiş olunur ki, müraciət edərkən, tarif paketində aşağıdakı məlumatları göstərəsiniz:
1) Bakı şəhəri daxilində 1 km üçün nəzərdə tutulan tariflər;
2) Hava limanına aparmaq və hava limanından gətirmək üçün təklif olunan tariflər;
3) Azərbaycanın regionlarına səyahət üçün təklif olunan tariflər;
4) Gözləmə müddəti haqqı.

Qeyd: Tenderdə yalnız qeydiyyatdan keçmiş taksi xidməti göstərən şirkətlər iştirak edə bilər.

Təkliflərinizi, tariflər də daxil olmaqla şirkətinizin rəsmi blankında əlaqələndirici şəxsin adı və bank rekvizitlərinizi qeyd edərək möhürlənmiş imzalanmış zərfdə təşkilatımızın iş vaxtı ərzində (bazar ertəsi – cümə; 09:00-17:00, bayram günləri istisna olmaqla)  son tarix 22 avqust 2014-cü il tarixinə qədər aşağıda göstərilmiş ünvana göndərə bilərsiniz.

Əlaqə üçün məlumat:

«World Vision International» humanitar təşkilatının
Azərbaycan Respublikasındakı nümayəndəliyi
Z. Tağıyev küçəsi, 15/3,
Mənzil 15,16,17, 2-ci mərtəbə
Bakı AZ1005
Tel/Fax: +994 12 437 31 95/493 31 51/498 15 67

 



For Organizations
Login In:

Password:


Forget Password
New User



Mobil: (055) 669 68 89
WhatsApp: (055) 669 68 89
E-mail: farkhadov@gmail.com


EmploymentEmployment
Log In:

Password:


Forget Password
New User