AzerWeb HomeAzeri
ABCDEFGHIJKLMNOPQRSTUVWXYZAll

   
Advanced search

 Announcement - Video carxin hazirlanmasi meqsedi ile podratcinin secilmesi uzre TENDER (WVI)

 Duration: 18.06.2014 - 02.07.2014

 

“World Vision International” humanitar təşkilatının Azərbaycan Respublikasındakı nümayəndəliyi Azərbaycanda fəaliyyətinin 20 illik ildönümü ilə əlaqədar video çarxın hazırlanması məqsədi ilə podratçının seçilməsi üzrə tender elan edir:

YÜKLƏ [ BÜDCƏ PLANI (*.xls) ]

    1. Video çarxın konsepsiyası.

“World Vision International” humanitar təşkilatı uşağların həyatları, hüquqları və gələcəyi üçün fəaliyyət göstərir. Bu təşkilat Azərbaycanın bölgələrində və paytaxtda bir çox layihələrə imza atmışdı. Video çarxın əsas süjeti iki vektor üzərində qurulub- onlardan biri Azərbaycanın bu 20 il ərzində inkişafı, obirisi “World Vision International” humanitar təşkilatının Azərbaycandakı tərəqqisi barəsində bəhs edir.
Podratçı Azərbaycanın bölgələrində ( Ağcabədi, Mingəçevir) “World Vision International” humanitar təşkilatının layihələri çərçivəsində görülən işlər barədə çəkilişlər edəcək. Tikilmiş mərkəzlərdən, məktəblərdən, yaşayış düşərqələrindən faydalanan şəxslərlə intervyülar hazırlanacaq. Eləcədə Bakıda və Bakının ətrafında ( Ələt, Sahil, Masazır gəsəbələrində) çəkilişlər aparacaq, müsahibələr hazırlayacaq.
Video çarxın xronometrajı – 10-13 dəqiqə.
Video çarxın dili – Azərbaycanca ( altda subtitrlar ingiliscə olmaq şərti ilə)
Çəkiliş yerləri ( hər ərazidə minimum iki gün çəkiliş aparılması şərti ilə)

  1. Mingəçevir (məcburi köçkünlər üçün düşərqə);
  2. Ağcabədi;
  3. Ələt ( Məktəb)
  4. Sahil
  5. Sanqaçal (uşaq baxçası)
  6. Masazır
  7. Bakı
    2. Tenderin seçim mərhələsində iştirak üçün aşağıdakılar zəruridir:
  • tenderdə iştirakçı (prodakşn) barəsində qısa məlumat;
  • son 3 illik fəaliyyəti ərzində portfolio, əsas müştərilərin siyahısının, onlar üçün yerinə yetirilmiş layihələrin qısa təsviri verilməklə təqdim olunması;
  • podratçı təklif etdiyimiz konsepsiyaya uyğun bədii ssenari, çəkilişlərin təşkili, avadanlıq, qrafikanın və videonun montajı barəsində məlumat;
  • video çarxın çəkilməsi üçün tələb olunan büdcə ( büdcə forması əlavə olunub);

Birinci mərhələdən keçmiş namizədlər ilə görüş təşkil olunacaq və ssenarinin dəqiqləşdirilməsi həyata keçiriləcək. Video çarxın hazırlanması sentyabr ayının 1 tamamlanmalıdır. Bütün çəkilişləri “World Vision International” humanitar təşkilatının əməkdaşları müşahidə edəcək.

Maraqlanan təşkilatların ərizələrinin qəbulu 02/07/2014-cü ilə qədər davam edəcək.
İştirak üçün ərizələr və nümunələr elektron yolla (həcmi 5MB-dan çox olmamaq şərtilə) pdf və ya ppf formatında azerbaijan@wvi.org elektron ünvanında və/və ya çap olunmuş şəkildə Leyla Bəkirovanın adına, Z.Tagiyev küç. 15/3, mən. 15-16-17 ünvanında qəbul edilir.

Əlavə məlumat üçün İçtimaiyyətlə əlaqələr üzrə koordinator Fərhad Hacıyev ilə əlaqə saxlamağınızı xahiş edirik. Tel.: +994 50 206 0089



For Organizations
Login In:

Password:


Forget Password
New User



Mobil: (055) 669 68 89
WhatsApp: (055) 669 68 89
E-mail: farkhadov@gmail.com


EmploymentEmployment
Log In:

Password:


Forget Password
New User