AzerWeb HomeAzeri
ABCDEFGHIJKLMNOPQRSTUVWXYZAll

   
Advanced search

 Announcement - "Qadin Gucune Guc" layihesi cercivesinde kecirilen Jurnalistleri ucun Meqale Musabiqesi (EDF)

 Duration: 13.06.2014 - 25.06.2014

 

Description: header-press-release-blue-150.jpg

“QADIN GÜCÜNƏ GÜC!” LAYİHƏSİ ÇƏRÇİVƏSİNDƏ KEÇİRİLƏN
JURNALİSTLƏR ÜÇÜN MƏQALƏ MÜSABİQƏSİNİN ELANI

LAYİHƏ HAQQINDA MƏLUMAT:

“Qadın Gücünə Güc” layihəsi Konrad-Adenauer-Stiftung (KAS) və Avropa İttifaqının (AI) maliyyə dəstəyi ilə Konrad-Adenauer-Stiftung (KAS) tərəfindən Sahibkarlığa və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondu (SBİİYF) ilə birgə əməkdaşlıq çərçivəsində həyata keçirilir.

Məqsədi ucqar bölgələrdə qadınların sosial-iqtisadi və siyasi-ictimai həyatda iştirakı və qərarvermədə fəal rol oynamaları üçün bilik və bacarıqlarının artırılması olan 2 illik layihə Azərbaycanın Aran, Gəncə-Qazax, Lənkaran-Astara, Quba-Xaçmaz və Şəki-Zaqatala bölgəsində 2013-2015-ci illər ərzində keçirilir.

Layihə 13 müxtəlif fəaliyyət növü ilə daha əhatəli və plüralist bir Azərbaycan üçün qadınların demokratik proseslərdə və institutlarda gücləndirilmiş iştirakına töhfə verəcək 400 rayon qadını, 35 mərkəzi və yerli idarəetmədə işləyən qərarverici qadın, yerli QHT-lərdən olan 25 qadın və hədəf regionlardan olan 5 jurnalist arasında effektiv şəbəkələnmə, dialoq və mübadilə platforması üçün ümumi baxış, imkanlar və mexanizmlər yaradır.

MEDİA MÜSABİQƏSİNİN LAYİHƏDƏ ROLU:

Media müsabiqəsinin məqsədi 5 bölgə jurnalisti seçərək, onlarla 01 iyul 2014 – 31 oktyabr 2015 müddətində layihə məqsədləri üçün birgə çalışmaqdır. Media müsabiqəsi nəticəsində seçilmiş 5 bölgə jurnalisti layihənin məqsədlərindən olan

  • rayon qadınlarının siyasi və iqtisadi imkanlarının gücləndirilməsində;
  • yerli qadınların fəaliyyətinə dəstək vermək məqsədilə onların mediaya çıxışlarının yüngülləşdirilməsində;
  • qadınlar arasında effektiv şəbəkələnmə, dialoq və mübadilə platformasının yaradılmasında;
  • hədəf bölgələrdə gender bərabərliyinin bərqərar olmasında;
  • yerli ictimaiyyətin qadın iştirakçılığı və gender bərabərliyi mövzusuna diqqətinin artırılmasında;
  • layihənin bütün fəaliyyətlərinin yerli mediada mütəmadi olaraq işıqlandırılmasında və layihənin görüntüsünün artırılmasında

böyük rol oynayacaqdır.

MÜSABİQƏ MÖVZULARI

Müsabiqəyə təqdim olunacaq məqalələr aşağıdakı sualların birinə cavab verməlidir:

  • Azərbaycan bölgələrində kənd qadınlarının siyasi və ictimai həyatda iştirakçılığının aşağı olma səbəbləri və həlli yolları nədən ibarətdir?
  • Azərbaycan bölgələrində kənd qadınlarının sosial və iqtisadi həyatda iştirakçılığının aşağı olma səbəbləri və həlli yolları nədən ibarətdir?
  • Sahibkarlıqla məşğul olmaq istəyən rayon qadınlarının qarşılaşdıqları çətinliklər nədən ibarətdir?
  • Rayon qadınlarının bərabər iştirakının olmamasında ailənin və cəmiyyətin qoyduğu məhdudiyyətlər hansılardır?
  • Azərbaycanda gender bərabərliyi üçün nələr edilməlidir?

QİYMƏTLƏNDİRMƏ MEYARLARI

Müsabiqədə iştirak etmiş şəxsin tanınma dərəcəsi yox, məqalənin keyfiyyəti, mövzuya uyğunluğu və məzmunu əsas götürüləcəkdir. Buna görə bərabər, qərəzsiz və obyektiv qiymətləndirmə üçün münsiflər heyətinə təqdim olunacaq məqalələr müəllifin adını əks etdirməyəcəkdir. Münsiflər heyətinin adları jurnalistlərin seçilməsindən sonra açıqlanacaqdır.

Qiymətləndirmə aşağıdakı meyarlar üzrə aparılacaqdır:

  • Mövzuya uyğunluğu;
  • Məzmun keyfiyyəti və reallığa yaxınlığı;
  • Jurnalist yazısının peşəkarlığı.

MÜDDƏT VƏ TEXNİKİ ŞƏRTLƏR

  • Təqdim olunan məqalələr maksimim 1000 söz civarında olmalıdır (təqribi 2,5 səhifə).
  • Təqdim olunan məqalələr daha öncə dərc olunmamalıdır.
  • Müsabiqəyə təqdim olunan yazılar leyla.iskandarova@kas.az email ünvanına göndərilməlidir.
  • Müsabiqəyə təqdim olunan yazılar ən geci 25 iyun 2014 saat 18:00-a qədər göndərilməlidir. Bu tarixdən sonra təqdim olunan məqalələrə baxılmayacaqdır.

 

MÜKAFAT

Müsabiqədə gender mövzusu üzrə işləyən jurnalistlər və media mütəxəssisləri iştirak edə bilərlər. Rayon iştirakçılığını təmin etmək üçün YALNIZ bölgələrdə yaşayan və işləyən jurnalistlər müsabiqədə iştirak edə bilərlər. Eyni şəxs bir neçə məqalə təqdim edə bilər. Müsabiqədə həm kişi, həm də qadın jurnalist iştirak edə bilər.

Qaliblərin adları 30 iyun 2014 tarixində açıqlanacaqdır. Müsabiqədə cəmi beş (5) qalib jurnalist (hər bölgədən bir nəfər jurnalist) müəyyənləşəcəkdir. Mükafatçılar layihənin seçilmiş jurnalistləri kimi elan ediləcəklər.

Seçilmiş jurnalistlərlə vebplatforma (qadınların gücləndirilməsi üçün xüsusi vebsayt) üçün 01 sentyabr 2014 – 31 avqust 2015 müddətində xidmət müqaviləsi bağlanacaqdır, onlar bu iş üçün aylıq 100 manat məbləğində məvacib alacaqdırlar. Əlavə olaraq, onların aşağıdakı öhdəlikləri olacaqdır:

  • Bakıda 1 günlük təlimat sessiyasında tam iştirak (iyul 2014);
  • Bakıda 2 günlük strateji seminarda tam iştirak (avqust 2014) və tədbirin yerli mediada işıqlandırılması;
  • Sahibkar qadınların 2 yarmakasında tam iştirak (avqust 2014, avqust 2015) və tədbirlərin yerli mediada işıqlandırılması;
  • Bakıda Qadın Forumunda tam iştirak (noyabr 2014) və tədbirin yerli mediada işıqlandırılması;
  • Bakıda yekun konfransda tam iştirak (sentyabr 2015) və tədbirin yerli mediada işıqlandırılması.

 

Layihənin sonuna qədər öhdəliklərini nizamlı şəkildə yerinə yetirən və fərqlənən jurnalistlər 2015-ci ilin noyabr ayında Bakıda keçiriləcək yekun konfransda layihə rəhbərliyi tərəfindən xüsusi sertifikatla təltif olunacaqlar.

DİQQƏT

Müsabiqədə keyfiyyətsiz iştirak nümunələrinin təqdim edilməsi halında, müsabiqənin bütün nəticələrinin ləğv olunması haqqında hüququ KAS fondu özündə saxlayır.

ƏLAQƏ MƏLUMATI
Leyla İskəndərova “Qadın Gücünə Güc!” Layihəsinin assistenti
Konrad Adenauer Stiftung (KAS)
Ünvan: Bakı, AZ1025, Afiyəddin Cəlilov küç. 26, mən. 98
Telefon: (+99412) 490 40 44, (+99450) 760 40 44
E-mail: leyla.iskandarova@kas.az



For Organizations
Login In:

Password:


Forget Password
New User



Mobil: (055) 669 68 89
WhatsApp: (055) 669 68 89
E-mail: farkhadov@gmail.com


EmploymentEmployment
Log In:

Password:


Forget Password
New User