AzerWeb HomeAzeri
ABCDEFGHIJKLMNOPQRSTUVWXYZAll

   
Advanced search

 Announcement - Huquqsunaslar ucun ?Avropa Insan Huquqlari Konvensiyasinin 14-cu Maddesinin (Ayri-seckiliyin qadagan olunmasi) isiginda 11-ci Maddesi (Birləsmek ve toplasmaq azadligi) movzusunda bir gunluk telim (ABA CEELI)

 Duration: 22.04.2014 - 23.04.2014

 

Hüquqşünaslar üçün “Avropa İnsan Hüquqları Konvensiyasının 14-cü Maddəsinin (Ayrı-seçkiliyin qadağan olunması) işığında 11-ci Maddəsi (Birləşmək və toplaşmaq azadlığı) mövzusunda bir günlük təlim

Avropa Şurasının Azərbaycandakı Ofisi, ABA-CEELİ-nin Azərbaycandakı ofisi ilə əməkdaşlıq çərçivəsində Avropa Birliyi tərəfindən maliyyələşdirilən və Avropa Şurası tərəfindən icra olunan “Avropa İnsan Hüquqları Konvensiyası (AİHK) və Yenidən Baxılmış Avropa Sosial Xartiyasının yerli səviyyədə icra olunması ilə bağlı vəkillərin və hüquq müdafiəçilərinin bacarıqlarının artırılması” layihəsi çərçivəsində, 25 aprel 2014-cü il tarixdə hüquqşünaslar üçün “Avropa İnsan Hüquqları Konvensiyasının 14-cü Maddəsilə (Ayrı-seçkiliyin qadağan olunması) birlikdə götürülməklə, Konvensiyanın 11-ci Maddəsi (Birləşmək və toplaşmaq azadlığı)” mövzusunda bir günlük təlim təşkil edir.

Təlimdə əsasən 14-cü Maddə ilə birlikdə götürülməklə birləşmək və toplaşmaq azadlığı mövzusu müzakirə olunacaq. Təlimdə ekspert qismində hüquqşünaslar Tural Hacıbəyli Sadiq Bağırov çıxış edəcəklər. Təlim ABA-CEELİ-nin Bakı Ofisində(ünvan: Bakı ş., B.Səfəroğlu küç. 133, SAT Plazanın 4-cü mərtəbəsi), saat 10:00-dan 16:00-dək keçiriləcək.

Tədbirdə iştirak etmək arzusunda olan hüquqşünaslar, CV-lərini Aynur.Jafarova@coe.intNurlana.Aliyeva@aba-az.org ünvanına göndərə bilərlər. Müraciət üçün son tarix 23 aprel 2014-cü ildir. 

Təlimə seçilən iştirakçıların siyahısı aprelin 24-də e-mail vasitəsilə açıqlanacaq.

 

 

 



For Organizations
Login In:

Password:


Forget Password
New User



Mobil: (055) 669 68 89
WhatsApp: (055) 669 68 89
E-mail: farkhadov@gmail.com


EmploymentEmployment
Log In:

Password:


Forget Password
New User