AzerWeb HomeAzeri
ABCDEFGHIJKLMNOPQRSTUVWXYZAll

   
Advanced search

 Announcement - Vekiller ve praktik huquqsunaslar ucun ?Meiset zorakiligina qarsi mubarize? movzusunda bir gunluk telim (ABA CEELI)

 Duration: 14.03.2014 - 26.03.2014

 

ABA CEELI-nin Bakı ofisi Avropa Şurasının Azərbaycandakı Ofisi ilə əməkdaşlıq çərçivəsində vəkillər və praktik hüquqşünaslar üçün “Məişət zorakılığına qarşı mübarizə” mövzusunda bir günlük təlim təşkil edəcək.

Təlim 29 mart 2014-cü il tarixdə, saat 10:00-dan 17:00-dək ABA CEELİ-nin Bakı ofisində keçiriləcək (ünvan: Bakı ş., B.Səfəroğlu küç. 133, SAT Plazanın 4-cü mərtəbəsi)

Tədbiri Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri Şəfa Camalzadə,  Sevinc Əliyeva hüquqşünas Ülviyə Həsənova aparacaqlar.

25-30 hüquqşünasın iştirakı nəzərdə tutulan təlimdə iştirakçılar, məişət zorakılığının qarşısının alınması ilə bağlı ölkədaxili qanunvericiliklə yaxından tanış olacaq, bu sahədə Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququ barədə ətraflı məlumat əldə edəcək.

Təlimdə iştirak üçün CV-nizi 26 mart 2014-cü il, saat 18:00-dək elektron poçtla ABA CEELI-nin Bakı ofisinə göndərə bilərsiniz. (əlaqə: nurlana.aliyeva@aba-az.org)

Təlimə seçilən iştirakçıların siyahısı martın 27-də e-mail vasitəsilə açıqlanacaq.

Qeyd: Tədbirdə iştirak ödənişsizdir və Vəkillər Kollegiyası üzvlərinin CV təqdim etmələrinə ehtiyac yoxdur.

For Organizations
Login In:

Password:


Forget Password
New User



Mobil: (055) 669 68 89
WhatsApp: (055) 669 68 89
E-mail: farkhadov@gmail.com


EmploymentEmployment
Log In:

Password:


Forget Password
New User