AzerWeb HomeAzeri
ABCDEFGHIJKLMNOPQRSTUVWXYZAll

   
Advanced search

 Announcement - Budget management concept paper (Oxfam)

 Duration: 18.02.2014 - 10.03.2014

 

Azərbaycanda Səmərəli Dövlət Büdcəsi idarəçiliyi üzrə siyasət sənədi
ELAN

Son müraciət tarixi: 10 mart, 2014

Müraciət Şərtləri

Layihənin qısa təsviri
Layihənin ümumi məqsədi Azərbaycanda Vətəndaş Cəmiyyəti Təşkilatlarının (VCT) dövlət maliyyə idarəetməsinin inkişafına töhfələrini artırmaqdır. Bu məqsədə yerli QHT-larının, qadın təşkilatlarının və media mümayəndələrinin bacarıqlarının artırılması vasitəsilə nail olunacaq. Layihənin xüsusi məqsədi isə dövlət maliyyə idarəetməsində effektiv iştirakçılıq üçün İctimai Tərəfdaşlıq Platforması (İTP) vasitəsilə VCT-nin cəlb olunmasını həvəsləndirməkdir. 

Layihə dövlət maliyyə siyasəti və idarəetməsi sahəsində şəffaflıq və hesabatlılığa töhfə verməyi, VCT-nin bu sahədə keyfiyyətli təkliflər hazırlamaq və vəkillik etmək imkanlarının genişləndirilməsi üçün bilik və bacarıqlarının  artırılmasını nəzərdə tutur.  Bu baxımdan dövlət və qeyri-hökumət nümayəndələrini həmçinin benefisiarları dövlət maliyyə siyasətini və səmərəli idarəetməsini daha yaxşı formalaşdırmaq məqsədilə dialoq müstəvisinə cəlb etmək üçün İTP təşəbbüsü xüsusi önəm daşıyır.

Layihənin gözlənilən nəticələri:
1. Vətəndaş Cəmiyyəti Təşkilatları dövlət büdcəsi proqramlarına öz təkliflərini vermək bacarıqlarına yiyələnəcəklər;
2. İctimai Tərəfdaşlıq Platforması (İTP) maraqlı tərəflərin (dövlət və vətəndaş cəmiyyəti) iştirakı ilə maliyyə siyasətinin inkişafı sahəsində konsensusun əldə olunması üçün institutlaşmış şəbəkəyə çevriləcək;  
3. QHT-lərin keyfiyyətli iştirakı ilə dövlət maliyyə siyasəti və idarəetməsi prosesində şəffaflıq və hesabatlılıq daha da təkmilləşdiriləcək.

2.  Siyasət sənədinin məqsədi
Siyasət sənədi əsasən bu hissədən ibarət olacaq: a) xülasə b)Azərbaycanda mövcud dövlət maliyyə idarəetməsinin tədqiqi c) əsas nəticələrin təhlili d) tövsiyyələr
Səmərəli Dövlət Maliyyə İdarəetməsi üzrə Siyasət sənədinin əsas məqsədi konsensusa əsaslanan təkliflər hazırlamaqla dövlət proqramlarının icrasi üçün ayrılan büdcənin səmərəliliyini, şəffaflığını və hesabatlılığını artırmaqdır. Bu öz növbəsində əhalinin ehtiyacları da nəzərə alınmaqla büdcənin daha yaxşı idarəolunmasına və  VCT-nin təmsil olunduğu İTP-nin monitorinq aparmaq bacarıqlarının artırılmasına gətirib çıxaracaq. Sənəd aşağıda qeyd edilən məsələləri ehtiva edəcək: I) dövlət büdcəsi idarəetməsində əsas çətinliklər ii) müxtəlif alternativlərdən istifadə etməklə problemin həllinin vacibliyi və mümkünlüyü, iii) Azərbaycanda tətbiq edilə biləcək effektiv büdcə idarəetmə modelləri. Bu sənəd milli hökumət və müvafiq Nazirliklərlərin (xüsusilə Maliyyə Nazirliyi) təcrübələrindən istifadə etməklə, büdcə idarəetməsi ilə bağlı yekun konsensusa töhfə vermələri üçün onlarla əməkdaşlıq şəraitində tərtib ediləcək.
Metodologiya  və  yekun sənəd İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin (İTYİB) akademik rəhbərliyi altında həyata keçiriləcək.

3. Siyasət sənədinin mövzusu

“Dövlət büdcəsinin effektiv idarəolunması imkanları:  dövlət büdcə planlaması sisteminin təkmilləşdirilməsi “

Təklif edilən tədqiqat sualları:

  • Hazırda ölkəmizdə büdcə planlaşdırılması sistemi necə qurulub?
  • Mövcud büdcə planlaşdırılması sistemi nə dərəcədə ictimai ehtiyacların qiymətləndirilməsinə əsaslanır?
  • Mövcud büdcə sistemi nə dərəcədə məqsəd və nəticələrə əsaslanır?
  • Bu sistemin müasir və mütərəqqi büdcə planlaşdırılması sistemləri ilə müqayisəsi (xarici təcrübə)
  • Büdcə sisteminin təkmilləşdirilməsinin mümküm alternativləri
  • Alternativlərin  qiymətləndirilməsi
  • Təklif və tövsiyələr

Qeyd: Təklif olunan suallar metodologiyanın planlaşdırılması zamanı dəyişdirilə və ya əlavələr oluna bilər.
Siyasət sənədi aşağıdakıları ehtiva etməlidir:
Tətbiq edilə biləcək alternativlər
 Siyasət sənədi bir neçə alternativlər göstərməlidir. Ümumi qaydalara görə bu alternativlərin sayı ən azı üç olmalıdır.
Xərc-fayda təhlili
Siyasət sənədi çox aydın xərc-fayda təhlilinə əsaslanmalıdır. Bu təhlil ya kəmiyyət, ya da keyfiyyət baxımından aparılmalıdır. Ehtimal edilən təsirlərin təhlili bir tərəfli olmamalıdır. Hər zaman müəyyən mənfəət və istənilən siyasət təklifinin müəyyən xərcləri olduğunu nəzərə almaq lazımdır.

Aydın meyarlar
Tədqiqatçı problemi qiymətləndirmək və təklif edilən alternativlər  üçün aydın meyarlar göstərməlidir. Bu müxtəlif mümkün dəyərləri prioritetləşdırməyə imkan verəcək. Əvvəlcədən aydın krteriyanın müəyyənləşdirilməsi  xərc-fayda təhlilinin aparılmasına kömək edəcək.
Aydın proqnozlar
Təklif edilən müxtəlif alternativlərin hansı mümkün nəticələri ola bilər?  Burada çox spesifik və ətraflı məlumat vermək lazımdır. Onlardan hər hansı biri haqqında əminlik nə dərəcədədir? Hansı göstəricilər uğuru müəyyən edə bilər?

4. Sənədin dili və həcmi
Sənədi azərbaycan dilində yazılmalıdır və ən azı 10.000 sözdən ibarət olmalıdır.

5. Tədqiqatın icra olunma müddəti


Nəticə

Müddət

FORMAT

Oksfamın və İTYİB-nin əməkdaşları ilə birlikdə sənədin metodologiyasının hazırlanması

5 gün

Word sənəd

Siyasət Sənədinin hazırlanması

30 gün

Word sənəd

Aralıq rəy

15 gün
Qeyd:bu tədqiqatçınıniş prosesinə təsir etmir

Sənədin ilkin  variantı İTYİB-yə təqdim edilir

Mümkün əlavə və düzəlişlərin nəzərə alınması

10 gün

Word sənəd

Yekun müzakirələr və son təhlil

 5 gün

Birgə görüş/müzakirələr/Word sənəd

Ümumi günlərin sayı

50 gün

Yekun sənəd

Başlanma tarixi : 19 mart, 2014
Yekun sənədin təqdim edilməsi: 01 may, 2014

5. Namizədə qoyulan tələblər

  • İqtisadiyyat, dövlət siyasəti və dövlət idarəetməsi üzrə ali təhsil ( PhD –lərə üstünlük veriləcək)
  • Nəticəyə əsaslanan tədqiqat metodologiyası və üsulları haqqında biliyə malik olmaq
  • Güclü analitik hesabat yazma bacarığı
  • Minimum 5 il tədqiqata əsaslanan QHT və ya beyin mərkəzlərində (think tank) akademik təcrübə
  • Siyasət sənədlərinin yazılması üzrə minimum 5-7 il peşəkar təcrübə
  • Azərbaycan dilində mükəmməl yazma qabiliyyəti

6. Qonorar
Qonorar görülən iş üzrə və yekun hesabat təqdim edildikdən və İTYİB tərəfindən təsdiq edildikdən sonra ödəniləcək.

7.  Müraciət üçün lazım olan sənədlər
Zəhmət olmasa aşağıda qeyd edilən sənədləri təqdim edin

  • Yenilənmiş CV
  • Siyasət sənədinin metodologiyası haqqında 1 səhifəlik məktub
  • Ən azı 2 nəfərin tövsiyyə məktubu və əlaqə ünvanları
  • VÖEN-in surəti (arzuolunandır)

Müraciət üçün sənədlər10 mart, 2014-cü il tarixinədək gismailova@oxfam.org.uk elektron ünvanına göndərilməlidir.

 



For Organizations
Login In:

Password:


Forget Password
New User



Mobil: (055) 669 68 89
WhatsApp: (055) 669 68 89
E-mail: farkhadov@gmail.com


EmploymentEmployment
Log In:

Password:


Forget Password
New User