AzerWeb HomeAzeri
ABCDEFGHIJKLMNOPQRSTUVWXYZAll

   
Advanced search

 Announcement - 2013 ? 2015-ci ILLER UCUN QICS-le MUBARIZE UZRE QRANT MUSABIQESI ELAN EDIR (MH)

 Duration: 06.12.2012 - 17.12.2012

 

SƏHİYYƏ NAZİRLİYİNİN LAYİHƏ ƏLAQƏLƏNDİRMƏ BÜROSU 2013 – 2015-ci İLLƏR ÜÇÜN QİÇS-lə MÜBARİZƏ ÜZRƏ QRANT MÜSABİQƏSİ ELAN EDİR                                        

İİV/QİÇS, VƏRƏM VƏ MALYARİYA İLƏ MÜBARİZƏ ÜZRƏ QLOBAL FONDUN fəaliyyəti adı çəkilən xəstəliklərlə  mübarizə üzrə əlavə resurslar cəlb etmək və onları ən mühüm və ehtiyac duyulan istiqamətlərə yönəltmək məqsədi daşıyır.
Qlobal Fond tərəfindən maliyyələşdirilən və Səhiyyə Nazirliyinin Əsas Resipiyent olduğu  İİV/QİÇS proqramının 9-cu Raundu çərçivəsində həyata keçirilən “Azərbaycanda İİV/QİÇS-ə qarşı cavab tədbirlərinin gücləndirilməsi layihəsi” 2010 – 2015-ci illər üçün nəzərdə tutulmuşdur.
Səhiyyə Nazirliyinin Layihə Əlaqələndirmə Bürosu yüksək riskli əhali qrupları arasında zərərin azaldılması layihələrinin genişləndirilməsi və İİV-lə yaşayan şəxslərə qayğı və yardımın gücləndirilməsi layihələrinin təşkilatçısı və içraçısı qismində çıxış edir. Bu məqsədlə, LƏB aşağıdakı fəaliyyətlər və mövzular üzrə layihələri qəbul edir:

  1. Yüksək riskli əhali qrupları aid olan narkotik istifadəçiləri arasında zərərin azaldılması layihələrinin tətbiqi; 
  2. Riskli davranış nümayiş  etdirən qadınlar və kişilər arasında zərərin azaldılması layihələrinin tətbiqi;
  3. Küçə uşaqları, zorakılığa məruz qalmış uşaqlar və cəzaçəkmə müəssisəsindən azadlığa buraxılmış uşaqları əhatə edən layihələrinin tətbiqi; 
  4. Narkotik istifadəçilərinə və riskli davranış nümayiş etdirən qadınların qarşılıqlı yardım, eyni zamanda İİV-lə yaşayan şəxslərə dəstək məqsədilə İcma Mərkəzlərinin yaradılması;
  5. İİV-lə yaşayan şəxslərə qarşılıqlı yardım qruplarının yaradılması və icma əsaslı palliativ yardımın göstərilməsi.
  6. Zərərin Azaldılması Şəbəkəsinə dəstək

            Büdcə aşağıdakı istiqamətlər üzrə işlənilə bilər: icarə haqqı və digər xərclər 20%-dən çox olmamaq şərtilə, maaş və kontrakt xidmətləri 80%. Müsabiqədə uğur əldə etmiş təşkilatlar xüsusi təlim və çap materialları ilə təmin ediləcəklər.
Layihələrin müzakirəsi zamanı QİÇS xəstələrin, İİV+ şəxslərin, risk qrupu nümayəndələri ilə çalışan QHT təşkilatlarının və icmaların iştirakı üstünlük qazandıran faktor kimi qiymətləndirilir. Müsabiqədə rəsmi qeydiyyatdan keçmiş yerli qeyri-hökumət təşkilatları iştirak edə bilər.
Layihə təklifləri:

-    Azərbaycan dilində
-    Çap və elektron şəkildə,
-    12 ölçü və Arial şrift ilə fəaliyyət planı, maksimum 3 səhifədən ibarət təsviri hissəsi (layihənin məqsədi, hədəf qrupları, coğrafi əhatəsi, əhatə edəcəyi benefisiarların sayı göstərilməklə)
-    23 dekabr, 2012-ci il, saat 17.00-a qədər
 
Bakı, AZ1005, T.Əliyarbəyov küçəsi, 3, LƏB ofisinə və projects@gfatm.az poçt ünvanına təqdim edilməlidir. Əlaqə üçün şəxs: Vüsalə Kuçkaryova.  

Layihə üzrə məlumat sessiyaları 13 dekabr və 17 dekabr 2012-ci il tarixlərində saat 10:00-da LƏB ofisində aparılacaq.

Layihə təkliflərinə olan tələblər və layihələrin qiymətləndirməsi zamanı əsas seçim kriteriyaları aşağıdakı veb səhifədə verilir: www.gfatm.azwww.ccm.az 



For Organizations
Login In:

Password:


Forget Password
New User



Mobil: (055) 669 68 89
WhatsApp: (055) 669 68 89
E-mail: farkhadov@gmail.com


EmploymentEmployment
Log In:

Password:


Forget Password
New User