AzerWeb HomeAzeri
ABCDEFGHIJKLMNOPQRSTUVWXYZAll

   
Advanced search

 Announcement - "Beynelxalq Maliyye Institutlarinin (BMI) Standartlari Cercivesinde Satinalmalarin Idare Edilmesi" movzusunda 7 gunluk telim kursu elan edir. (TGC)

 Duration: 11.10.2012 - 12.11.2012

 

TGC Təlim və İnkişaf Mərkəzi "Beynəlxalq Maliyyə İnstitutlarının (BMİ) Standartları Çərçivəsində Satınalmaların İdarə Edilməsi" mövzusunda
7 günlük təlim kursu elan edir.

YÜKLƏ [ Qeydiyyat Forması (*.doc file) ] (info@tgc.az ünvanına göndərilməli)

Təlim kursu Bakı şəhərində noyabrın 19-23, 26-27-də keçiriləcəkdir,
Naxçıvan şəhərində isə noyabrın 29-30 və dekabrın 3-7-də keçiriləcəkdir.

Təlimin dili - Rus və Azərbaycan dili.

Bu təlim hökümət qurumlarında və özəl şirkətlərdə büdcə və büdcədənkənar vəsaitlər hesabına satınalmalara məsul olan mütəxəssislər və Beynəlxalq Maliyyə Qurumlarının maliyyələşdiridyi layihələrdə işləyən satınalmalar üzrə menecerlər üçün nəzərdə tutulmuşdur.

Təlimin əsas aparıcısı 20 il ərzində satınalmaların idarəolunması sahəsində dünyanın 30 ölkəsində işləmiş böyük beynəlxalq təcrübəyə malik olan təlimçi-konsultant Valeri Maloçkodur. Bu Təlim Proqramı Valeri Maloçko və Kristofer Buş tərəfindən hazırlanmışdır.

Təlim haqqında ətraflı məlumat əlavə olunur.

İştirak haqqı 900 AZN + ƏDV (paylama materiallar, hər gün 1 dəfə nahar yeməyi və 2 dəfə çay-kofe daxildir).

Təlimdə iştirak etmək üçün qeydiyyata düşmək üçün əlavə olunan anket formasını doldurmaq və info@tgc.az email ünvanına göndərmək xahiş olunur. Qeydiyyata düşmək üçün son tarix noyabrın 12, 2012 il. Qeydiyyat formasını həmçinin www.insan-kapital.az saytında doldurmaq mümkündür. 

Əlaqə məlumat: 012 595 1337 (ofis); 050 336 0972 (mobil), Telman Yolçiyev
Web site: www.tgc.az


_____________________

SATINALMA PROSESININ BEYNƏLXALQ MALIYYƏ İNSTITUTLARININ
(BMİ-LƏR) STANDARTLARI ƏSASINDA IDARƏ OLUNMASI

İnkişaf layihələri üçün malların, işlərin və xidmətlərin satınalınması əsaslı investisiyalar tələb edir və bu vəsaitlər çox zaman Beynəlxalq Maliyyə İnstitutları (BMİ-lər) tərəfindən təmin edilən Borclar və ya Kreditlər vasitəsilə maliyyələşdirilir.
Bir çox hallarda, layihənin həyata keçirilməsində baş verən gecikmələr və əlavə xərclər maliyyələşdirən qurumların satınalma prosedurları ilə tanış olmama və layihənin fəaliyyət parametrlərinə nəzarət etmək, təkrar istiqamətləndirmək və nail olmaq üçün məcburi idarəetmə alətləri və sistemlərinin olmaması ilə əlaqələndirilə bilər.
“Beynəlxalq Maliyyə İnstitutlarının (BMİ) Standartarı çərçivəsində Satınalmanın İdarə Edilməsi” adlı bu təlim kursu BMİ-lər tərəfindən maliyyələşdirilən layihələrdə müxtəlif növ satınalma əməliyyatlarının planlaşdırılması və icra edilməsində borcalanların işçilərinə kömək etmək məqsədilə işlənib hazırlanmışdır. Əksər sessiyalarda DB-nın qaydaları böyük BMİ-lərin qaydalarını təmsil edən nümunə kimi təsvir olunur.
Təlim kursu hal-hazırda Bank tərəfindən maliyyələşdirilən müxtəlif növ məsləhət xidmətləri, məsəhətçilərin təşkilatlarının əsas xüsusiyyətləri və məsləhətçilərdən istifadə üzrə Bankın siyasəti və prosedurları haqqında qısa xülasə və məlumat verir. Bu kurs həmçinin maraqların toqquşması, dələduzluq və korrupsiyanın qarşısının alınması, məlumatın məsləhətçilərdən Borcalanın işçilərinə ötürülməsi, Borcalan üçün mövcud maliyyə mənbələri, məsləhət xidmətlərinin seçilməsi və istifadəsi prosesində Bankın işçilərinin və Borcalanların müvafiq rolları haqqında Bankın qaydalarını izah edir.
Bu kurs modullu təlim materialına əsaslanır (İngilis və Rus dillərində), hansı ki, öünü-qiymətləndirmə tapşırıqları, qrup işi və praktiki nümunələr vasitəsilə tədrisin uğurunu ölçməyə imkan verir.
Bu kurs BMİ-lər (Dünya Bankı, Asiya İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı və s.) tərəfindən maliyyələşdirilən layihələrin müdirləri və satınalma işçilərinə və həmçinin satınalma işçiləri və dövlət satınalması mütəxəssislərinin təlimçiləri üçün nəzərdə tutulur. Namizədlərin dövlət və ya özəl sektorda satınalma təcrübəsi barədə əsas məlumatlara sahib olmaları gözlənilir.
Bu təlim kursu böyük beynəlxalq və milli satınalma mütəxəssiləri tərəfindən keçirilir. Kurs mövzu mütəxəssisləri tərəfindən interaktiv təqdimatlar və daha sonra özünü-qiymətləndirmə məşğələləri, fərdi və qrup tapşırıqlarının kombinasiyası vasitəsilə yüksək dərəcədə iştiraklı təlimin ötürülməsi metodologiyasının tətbiqi ilə həyata keçirilir. Satınalmada ümumi problemlərin həll edilməsi və təhlili əldə olunmuş bacarıqların tətbiqi və nail olunmuş tədrisin ölçülməsi üzrə əsas üsul kimi vurğulanır. Hər bir mövzunun təqdimatı fərd və qrupların iştirakını həvəsləndirəcək şəkildə qurulacaqdır.


KURSUN MƏZMUNU

Dünya Bankının Maliyyələşdirdiyi Layihələrdə Satınalma

  • Layihə dövrəsi
  • Layihənin Qiymətləndirmə Sənədi
  • Borc/kredit müqaviləsi
  • AYİB kreditləri və IDA kreditləri çərçivəsində satınalma üzrə təlimatlar
  • Satınalma prosesi
  • Satınalmanın planlaşdırılması
  • Alan/podratçı münasibətləri
  • Dünya Bankının Satınalma qaydaları

Avadanlığın spesifikasiyasının hazırlanması

  • Spesifikasiyaların növləri
  • Nümunə - spesifikasiyanın yazılması
  • Kompüterləşdirilmiş satınalma əməliyyatları üçün standartlaşdırma, kodlaşdırma və qruplaşdırma

Tender sənədləri

  • Tender sənədlərinin məqsədi və məzmunu
  • Tender iştirakçıları üçün təlimatların hazırlanması (Təklif Məlumat Vərəqləri)
  • Müqavilənin ümumi və xüsusi şərtləri (Müqavilə Haqqında Məlumat Vərəqi)

Təklifin açılması və təklifin qiymətləndirilməsi

  • Təklifin açılması
  • Qiymətləndirmə metodları
  • Təklifin qiymətləndirilməsi və seçim üçün tövsiyə edilməsi

Müqavilənin bağlanması və həyata keçirilməsi

  • Müqavilənin hazırlanması
  • Müqavilənin idarə olunması

Məsləhət Xidmətləri
Dünya Bankından Borclanların Məsləhətçilərdən İstifadəsi üzrə  Qaydalar

  • Məsləhət tapşırıqlarının növləri
  • Təkliflər üçün Sorğu/Texniki Tapşırıq/müqavilənin şərtlərinin hazırlanması
  • Təkliflərin qiymətləndirilməsi
  • Məsləhət müqavilələrinin idarə edilməsi


TƏLİM PROQRAMININ TƏXMİNİ GÜNDƏLİYİ

Gün 1. Həftə 1. Bazar Ertəsi

Məqsədlər: Sessiyaların sonunda iştirakçılar ilk olaraq Dünya Bankının maliyyələşdirdiyi layihələrin işləndiyi və maliyyələşdirildiyi xarici və daxili mühiti müəyyən etmiş olacaqlar. Onlar həmçinin bu layihələri həyata keçirmək məqsədilə malların, işlərin və xidmətlərin satınalınması üçün əsas prinsipləri, prosedurları və əməliyyat təşkilatını müəyyən edəcəklər. Bu məqsədə nail olmaq üçün, iştirakçılar cəlb olunmuş tərəflər, institusional çərçivə və satınalma fəaiyyətləri daxil olmaqla layihənin icrası prosesi barədə məlumat əldə etmiş olacaqlar.

9:30 – 11:00

Kursun açılışı. İnzibati hazırlıqlar. Giriş və kursun xülasəsi. İlkin İmtahan.

11:00 – 11:30

Çay fasiləsi

11:30 – 13:00

Kredit əməliyyatlarında Dünya Bankının davamlı rolu və əlaqədar vəkil edilmiş öhdəliklər. Layihə Dövrəsi. Layihənin Qiymətləndirilməsi Sənədləri. Kredit/Borc Müqaviləsi

 

13:00 – 14:00

 

Nahar

 

14:00 – 15:30

 

Dünya Bankının Layihə Dövrəsi

 

15:30 – 16:00

 

Çay fasiləsi

16:00 – 17:00

Dünya Bankının Satınalma Siyasəti və Təlimatları. (Təlimatlar “AYİB Kreditləri və İDA Kreditləri və Dünya Bankının Borcalanı tərəfindən Qrant proqramları çərçivəsində Malların, İşlərin və qeyri-Məsləhət Xidmətlərinin Satınalınması”, Yanvar 2011 basqısı)

 

Gün 2. Həftə 1. Çərşənbə axşamı

Məqsədlər: Bu sessiyalar tamamlandıqdan sonra, iştirakçılar sağlam dövlət satınalma prinsiplərinin Dünya Bankının Satınalma Qaydalarına necə daxil edildiyini başa düşə biləcəklər və həmçinin aşağıdakıları bacaracaqlar

  • Bankın maliyyələşdirdiyi Layihələr çərçivəsində malların alınması üçün ən uyğun satınalma metodunu seçmək
  • Satınalma prosesinin uğurlu icrası üçün tələb olunan çox-dissiplinli bacarıqları və komanda işini müəyyən etmək
  • Müvafiq metodların və mövcud resursların paketləşdirilməsi, seçilməsini nəzərə almaqla malların, işlərin, xidmətlərin satınalınması üzrə planı işləyib hazırlamaq.

                                                                                                                      


9:30 – 11:00

Dünya Bankının Satınalma qaydaları. Beynəlxalq Rəqabətli Tender

11:00 – 11:30

Çay fasiləsi

11:30 – 13:00

Dünya Bankının Satınalma qaydaları. Beynəlxalq Rəqabətli Tender

13:00 – 14:00

Nahar

14:00 – 15:30

Satınalmanın Planlaşdırılması

 

15:30 – 16:00

 

Çay fasiləsi

16:00 – 17:00

Satınalmanın Planlaşdırılması

Gün 3. Həftə 1. Çərşənbə

Məqsədlər: Bu sessiyaların sonunda iştirakçılar SBDlərin məqsədi və növləri, malların satınalınması üzrə SBD-nin məzmunu haqqında öyrənəcəklər, öz layihələrinin satınalma tələblərinə uyğunlaşdırmaq üçün Dünya Bankının standart tender sənədlərində dəyişikliklər edə biləcəklər. İştirakçılar həmçinin təklifverənlər üçün təlimatlar, müqavilələrin şərtlərini hazırlamaq və əsas parametrlər və qiymətləndirmə faktorları daxil olmaqla texniki spesifikasiyaların növləri və xüsusiyyətlərini müəyyən etmək üçün xüsusi bacarıqlar əldə edəcəklər.

9:30 – 11:00

Dünya Bankının Mallar üzrə Standart Tender Sənədi

11:00 – 11:30

Çay fasiləsi

11:30 – 13:00

Dünya Bankının Mallar üzrə Standart Tender Sənədi (qrup işi)

13:00 – 14:00

Nahar

 

14:00 – 15:30

 

Satınalmada Texniki Spesifikasiyalar

 

15:30 – 16:00

 

Çay fasiləsi

16:00 – 17:00

Satınalmada Texniki Spesifikasiyalar

 

Gün 4. Həftə 1. Cümə axşamı

Məqsədlər: Bu sessiyaların sonunda iştirakçılar təklifin düzgün açılmasının əhəmiyyəti barədə tam məlumatlı olacaqlar, ICB çərçivəsində təklifin açılması aktını hazırlaya və müxtəlif növ malların satınalınması üzrə təkliflərin qiymətləndirilməsi və müqayisə edilməsi prosesini peşəkar şəkildə həyata keçirə biləcəklər. Günün ikinci yarısındakı sessiyalar iştirakçılara Alıcı və Təchizatçının hüquqları və öhdəliklərini müəyyən etməyə və müqavilənin ləğv edilməsi ilə əlaqədar hüquqi məsələləri, müqavilənin pozulmasına görə mümkün tədbirləri və mübahisələrin həll edilməsində əməl olunacaq prosedurları nəzərdən keçirməyə imkan verəcək.

9:30 – 11:00

Təklifin Açılması, Qiymətləndirilməsi və Müqavilənin Bağlanması

11:00 – 11:30

Çay fasiləsi

11:30 – 13:00

Təklifin Açılması, Qiymətləndirilməsi və Müqavilənin Bağlanması

13:00 – 14:00

Nahar

14:00 – 15:30

Müqavilənin hazırlanması və idarə olunması

15:30 – 16:00

Çay fasiləsi

16:00 – 17:00

Müqavilənin idarə olunması

 

Gün 5. Həftə 1. Cümə

Məqsədlər: Bu sessiyaların sonunda iştirakçılar, ICB-dən əlavə, Dünya Bankının Satınalmasında mövcud olan müxtəlif satınalma metodları və onların tətbiqinin şərtləri barədə öyrənəcəklər.

 

9:30 – 11:00

 

Satınalmanın Digər Metodu

11:00 – 11:30

Çay fasiləsi

11:30 – 13:00

Satınalmanın Digər Metodu

13:00 – 14:00

Nahar

14:0 – 15:30

Həftənin sonunda imtahan

15:30 – 16:00

Çay fasiləsi

16:00 – 17:00

Həftənin sonunda qiymətləndirmə

 

 

Gün 6. Həftə 2. Bazar ertəsi

Məqsədlər: Bu sessiyaların sonunda iştirakçılar Dünya Bankının satınalma siyasətinə uyğun olaraq və Təkliflər üçün Sorğuda müəyyən olunmuş texniki və maliyyə meyarlarına müvafiq olaraq məsləhətçilərin seçilməsi və işə götürülməsini həyata keçirə biləcəklər.

9:30 – 11:00

Dünya Bankının maliyyələşdirdiyi Layihələrdə Məsləhətçilərin Seçilməsi və İşə Götürülməsi. DB-nın Məsləhət Təlimatları.

 

11:00 – 11:30

 

Nahar fasiləsi

11:30 – 13:00

Seçim Metodları

 

13:00 – 14:00

 

Nahar

14:00 – 15:30

Seçim Metodları

 

15:30 – 16:00

 

Çay fasiləsi

16:00 – 17:00

Texniki Tapşırıq və Təxmini büdcə

 

Gün 7. Həftə 2. Çərşənbə axşamı

9:30 – 11:00

Məsləhətçilərin Seçilməsi və İşə Götürülməsi. Standart təkliflər üçün sorğu.

11:00 – 11:30

Çay fasiləsi

11:30 – 13:00

Təkliflərin Texniki və Maliyyə Qiymətləndirməsi

 

13:00 – 14:00

 

Nahar

14:00 – 15:30

Standart müqavilə formaları

15:30 – 16:00

Çay fasiləsi

16:00 – 17:00

Yekun imtahan. Qiymətləndirmə. Sertifikat Mərasimi.

 



For Organizations
Login In:

Password:


Forget Password
New User



Mobil: (055) 669 68 89
WhatsApp: (055) 669 68 89
E-mail: farkhadov@gmail.com


EmploymentEmployment
Log In:

Password:


Forget Password
New User