AzerWeb HomeAzeri
ABCDEFGHIJKLMNOPQRSTUVWXYZAll

   
Advanced search

 Announcement - MUSABIQE (MYS)

 Duration: 28.03.2011 - 20.04.2011

ELAN

Son 30 il ərzində İİV/QİÇS bütün qitələrə və dünyanın hər bir ölkəsində yayılmışdır. Son 24 il ərzində epidemiya ilə aparılan mübarizəyə baxmayaraq, bu bəladan ən inkişaf etmiş dövlətlər hələ ki, yaxa qurtara bilməmişlər. Bu gün Respublikamızda 2500-dən artıq viruslu insan yaşayır. Ölkə üzrə virusa yoluxmuşların ümumi sayının yüksək olmamasına baxmayaraq, yoluxma sürətinin ildən-ilə artması hamımızı narahat edir. Virisun qarşısının alınmasında isə ən yaxşı vasitə profilaktikadır. Profilaktikanı həyata keçirmək üçün isə gənclərin bu sahədə bilik və məlumatlarının hansı səviyyədə olmasını bilmək və işin hansı istiqamət üzrə aparılmasını müəyyən etmək vacibdir.
Bununla əlaqədar olaraq Gənclər və İdman Nazirliyi Qlobal Fondun maliyyə dəstəyilə Gənclər arasında HİV/AİDS və riskli davranışlarla bağlı məlumatlılıq və bilik səviyyəsini müəyyənləşdirmək məqsədilə KAP (knowledge, attitude and practice – bilik, yanaşma və təcrübə ilə bağlı sorğu) sorğusunun keçirilməsi üçün müsabiqə elan edir.

Sorğunun keçirilməsi ilə məşğul olan təşkilat aşağıdakı meyarlara cavab verməlidir:

- Kvalifikasiyalar və ya ixtisaslaşmış biliklər/təcrübəli kadrların olması;
- Xüsusilə sosial məsələlərdə müvaviq sahədə ən azı 3 il təcrübə;
- Güclü təhlil və araşdırma işinin aparılması bacarığı;
- Gərəkli mənbələrdən və məlumatdan istifadə etmə;
- Sübut olunmuş kommunikasiya və təlim bacarıqları;
- Gənclər və İdman Nazirliyi və Qlobal Fondla əməkdaşlıq təcrübəsinə istinad edilməsi arzuolunandır.

Sorğunun keçirilməsi üçün aşağıdakı işlərin layihədə əksini tapması vacibdir:

- İcmalın (ədəbiyyat icmalı, tədqiqat haqqında suallar, strukturu, periodu yoxlamaqla və s.) və büdcə də daxil olmaqla layihə təklifinin təqdim edilməsi;
- Gənclər və İdman Nazirliyi ilə müzakirələrdən sonra təklifi mükəmməlləşdirmək;
- İlkin icmalın anket sorğularını hazırlamaq;
- Müsahibə alanlar üçün təlimin həyata keçirlməsi;
- Seçilmiş iqtisadi regionlarda seçimin tam həyata keçirilməsi;
- Anket sorğularını müntəzəm nəzarətlə idarə etmək;
- Verilənlərin təhlil edilməsi;
- Hesabatın layihəsinin və yekun hesabatın ingilis və azərbaycan dillərində hazırlanması.

Layihənin mərhələləri:

- Təklif edilmiş metodologiyalar, cədvəl, ştat və büdcə daxil olmaqla layihə təklifi – 20 aprel 2011;
- Gənclər arasında HİV/AİDS və riskli davranışlarla bağlı məlumatlılıq və bilik səviyyəsini müəyyənləşdirmək məqsədilə KAP sorğusunun keçirilməsi – 1 iyul 2011;
- Sorğunun yekun hesabatının hazırlanması – 1 avqust 2011;
- Nəticələrin ictimaiyyətə təqdim edilməsi - müəyyən ediləcək tarix;

Layihələr 1 aprel – 20 aprel 2011-cu il tarixdən həftənin I-V günlərində (yalnız iş günləri) saat 10.00-dan 17.00-dək Gənclər və İdman Nazirliyində qəbul olunur. Layihələr Azərbaycan və ya ingilis dilində, çap variantında hazırlanmalı və möhürlü zərflərdə Nazirliyə təqdim edilməlidir. Ərizələrin qəbulu üçün son tarix: 20 aprel 2011-ci il saat 17.00

Ünvan: AZ 1072, Bakı şəhəri, Olimpiya küçəsi 4 (2-ci mərtəbə, 216-cı otaq) Tel: (012) 465-21-55. E-mail: gferid@mys.gov.az

ELAN

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi Qlobal Fondun “Əhalinin riskli qrupları və vətəndaş cəmiyyətinin iştirakı ilə milli imkanların genişləndirilməsi və profilaktika və müalicənin gücləndirilməsi vasitəsilə Azərbaycanda HİV/AİDS epidemiyasına qarşı cavab tədbirlərinin mükəmməlləşdirilməsi” layihəsi çərçivəsində müsabiqə elan edir.
Müsabiqənin məqsədi gənclər arasında HİV/AİDS və riskli davranışlarla bağlı məlumatlılıq və bilik səviyyəsini artırmaqdan ibarətdir.

Müsabiqədə kütləviliyi təmin etmək üçün layihələr aşağıdakı formatda ola bilər:

• Televerilişlər;
• Festivallar;
• Mədəni-kütləvi aksiyalar;
• Təşviqat kampaniyaları;
• Teatr tamaşaları;
• Digər.

Aşağıda qeyd olunan gənclər qruplarını əhatə edən layihələrə üstünlük veriləcəkdir.

1. Miqrantlar və məcburi köçkünlər;
2. Hərbi xidmətə çağırışyaşlı və hərbi xidmətdə olan gənclər;
3. AİDS-in geniş yayıldığı zonalarda yaşayan gənclər;
4. Tələbələr;
5. Gənc ailələr;
6. Küçə uşaqları və digər risk qruplarına aid olan gənclər.

Layihələri təqdim edən təşkilatlar aşağıdakı meyarlara cavab verməlidirlər:

• Gənclər qeyri-hökumət təşkilatı olmalıdır;
• Regionlarda gənclərlə iş sahəsində təcrübəyə malik olmalıdır;
• Sağlam həyat tərzinin təbliğində kifayət qədər təcrübəyə malik olmalıdır.

Layihələr 1 aprel 2011-cu il tarixdən həftənin I-V günlərində (yalnız iş günləri) saat 10:00-dan 17:00-dək Gənclər və İdman Nazirliyində qəbul olunur. Layihələr Azərbaycan və ya ingilis dilində, çap variantında hazırlanmalı və möhürlü zərflərdə Nazirliyə təqdim edilməlidir.

Layihələrin qəbulu üçün son tarix: 20 aprel 2011-ci il, saat 17:00

Müsabiqə ilə bağlı əlavə məlumat almaq üçün Gənclər və İdman Nazirliyinin Sağlam həyat tərzinin təbliği və sosial proqramlar sektoruna müraciət etmək olar.

Ünvan: AZ 1072, Bakı şəhəri, Olimpiya küçəsi 4 (2-ci mərtəbə, 216-cı otaq). Tel: (012) 465-21-55. E-mail: gferid@mys.gov.az



For Organizations
Login In:

Password:


Forget Password
New User



Mobil: (055) 669 68 89
WhatsApp: (055) 669 68 89
E-mail: farkhadov@gmail.com


EmploymentEmployment
Log In:

Password:


Forget Password
New User