AzerWeb HomeEnglish
ABCDEFGHIJKLMNOPQRSTUVWXYZAll

   
Ətraflı axtarış

 Report - The truth about AIDS. (AzRC)

 Report date: 27.11.2003

English version



The truth about AIDS. Pass it on..

AIDS haqqında həqiqət. BAŞQASINA ÖTÜR...

HİV-ə yoluxmuş və AİDS xəstəliyinə tutulmuş insanlar kateqoriyası vardır və bu kateqoriyadan olan insanların sayı günü gündən artmaqdadır. Hamı qohumlar, dostlar və tanışlar yoluxmaqdan qorxaraq onlardan üz çevirir. Cəmiyyət onları qəbul etmir, lakin HİV-ə yoluxmuş insanların bu cəmiyyətə, cəmiyyətin onları başa düşməsinə və onlara kömək etməsinə ehtiyacları vardır. İnsan sosial varlıq olduğundan tənha qala bilməz, köməksiz qala bilməz. İnsan öz diaqnozunu bildikdə, yəni ən təhlükəli, müalicəolunmaz infeksiya daşıyıcısı oludğunu bilidkdə, bəlkə də ömrünün sonuna az vaxt qaldığını da bildikdə ağır sınağa çəkilir. Və bu təkcə HİV-ə yoluxmuş insan üçün sınaq deyil. Bu hamı üçün sınaqdır. Hər adam buna tab gətirə bilmir. Bu bəlkə də AİDS xəstəliyi olan insan üçün sonuncu və ən çətin sınaqdır. Nədən ötrü? Heç kim bilmir. Bu bəlkə də onlar üçün yox, onlardan sonra gələnlər üçün sınaqdır, bizim ölümcül və ağır xəstə vəziyyətində olanları şəfqətlə sevə bilməyimizdən ötrü bir sınaqdır, onlara həyatlarının ən ağır dəqiqələrində necə köməklik edə biləcəyimizi bilmək üçün sınaqdır. Ölümcül xəstə olanlara kömək edə bilməyimiz üçün bir sınaqdır. Sağ qalmaq sınağıdır.

Hazırda bəşəriyyət üçün bütövlükdə ən ağır sınaqlardan biri AİDS-dir. HİV/AİDS pandemiyası əhalinin geniş kütlələrini əhatə etdiyindən ona qlobal miqyasda cavab verilməsi həyati əhəmiyyət kəsb edir.

Rəqəmlər də bunu göstərir. Bu onillikdə HİV/AİDS ötən 50 ildə baş vermiş bütün müharibə və fəlakətlərdə tələf olmuş insanlardan daha çox adamın həyatına son qoyacaq. AİDS epidemiyası başlayandan 25 milyon insan vəfat etmiş və 40 milyon insan hazırda HİV/AİDS xəstəliyi ilə yaşamaqdadır.

HİV/AİDS xəstəliyinin yayılmasının başlıca səbəbi xəstəliklə bağlı stiqmadır. Mədəni əngəlliklər və inanclar mövzu üzərinə qadağa qoymuşdur və HİV/AİDS-ə yoluxmuş insanlara qarşı çox vaxt diskriminasiya edilir. Bəzi insanlar hətta, özlərinin HİV-ə yoluxduqlarından xəbərdar olmaya bilərlər və virusa yoluxduqları ilə razılaşmaq və virus barədə danışmağı istəməyə bilərlər. Çox vaxt hökumətlər hətta HİV/AİDS-in mövcud olduğunu qəbul etmirlər.

2002-ci il may ayının 8-də Ümumdünya Qızıl Xaç və Qızıl Aypara Günündə "AİDS haqqında həqiqət. Başqasına ötür..." kampaniyasına başlanmışdır. Bu başlıca qlobal kampaniya HİV/AİDS ilə bağlı stiqmanı və diskriminasiyanı azaltmaq, HİV/AİDI barədə həqiqəti başqasına ötürmək, yoluxanlara və onların ailələrinə ləkə vurulması təhlükəsi barədə xəbərdar etmək məqsədi daşıyır.

Bu il 2003-cü il Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Günü "AİDS haqqında həqiqət. Başqasına ötür..." anti-stiqma kampaniyasının 2-ci fazasının başlanılması ilə qeyd olunur. Bu kampaniya 2002-ci ilin mayın 8-də başlanmışdır.

HİV/AİDS ilə bağlı stiqma və diskriminasiyaya qarşı mübarizə mövzusunun davamı kimi markaların üzərində bir sıra şəkillər verilmişdir. Bu şəkillər HİV/ AİDS xəstəliyinin ötürülməsi barədə uydurmalara və düzgün olmayan təsəvvürlərə qarşı durur.

"AİDS-ə yoluxmuş adamın dostu olmaqla AİDS-ə yoluxmursunuz", "Əl görüşməklə AİDS-ə yoluxmursunuz" və "Bir kəslə danışmaqla AİDS-ə yoluxmursunuz" kimi yazıları markadakı şəkillərin üzərində görmək olar.

Yeni marka kampaniyasının başlanmasını qeyd etmək məqsədilə bütün Qızıl Xaç və Qızıl Aypara Milli Cəmiyyətləri rəsm əsərlərini nümayiş etdirmək və kompaniyaya diqqəti cəlb etmək məqsədilə tədbirlər hazırlayacaqlar.

Bu gunlərdə Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyası xəbərdarlıq etmişdir ki, 20 ildən artıq bir müddət ərzində yer üzündə milyonlarla insan HİV/AİDS-ə yoluxmuş və xəstəlikdən vəfat etmişdir. Bu zaman xəstəliklə yaşayan insanlara ləkə vurulması və diskriminasiya edilməsi davam etmişdir.

Beynəlxalq Federasiyanın Prezidenti, cənab Juan Manuel Suarez del Toro 8 May, Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Günündə çıxış edərək söyləmişdir: İtiriləsi vaxtımız yoxdur. Dünya HİV/AİDS-ə qarşı mübarizəni uduzur. Hər il daha çox adam xəstəlikdən vəfat edir və insanları öldürən HİV -in ətrafında gəzən stiqma və yanlış məlumatdır.

Suarez tel Toro buna əlavə edərək demişdir: "İnsanlar özlərini HİV-ə yoluxmaq təhlükəsinə məruz qoyurlar. Müalicə almaqdansa evlərini, işlərini və hətta ailələrini itirmək kimi sosial stiqmanın nəticələri ilə üzləşməməyə üstünlük verirlər. Afrikada HİV-ə yoluxmuş qadınlar uşaqlarını ana südü ilə əmizdirməkdə davam edirlər. Əgər belə etməsələr hamı işin nə yerdə olduğunu biləcək. Və bununla da körpələr təhlükəyə məruz qalırlar. Dünya xəstəliyi və xəstəliyin necə keçdiyini öyrənənə kimi 20 ildən artıq vaxt keçmişdir və buna görə də insan ləyaqətinin alçaldılmasına heç cürə haqq qazandırmaq olmaz".

"Yaşa və Yaşat!" - 2002-2003-cü il Beynəlxalq AİDS ilə mübarizə kampaniyasının mövzusudur. Kampaniya stiqma və diskriminasiyanın azaldılması, HİV/AİDS-in qarşısının səmərəli şəkildə alınması və qayğı göstərilməsi istiqamətində başlıca manelərin azaldılmasına diqqət verir.

Ümumdünya AİDS ilə mübarizə günü dekabrın 1-də bütün dünyada qeyd olunacaq. O, epidemiyaya qarşı mübarizədə edilmiş proqresi bayram edəcək və yerdə qalan probemləri insanların diqqətinə çatdıracaqdır.

Dekabrın 1-də nə baş verəcəkdir?

MTV və One World International Ümumdünya AİDS ilə mübarizə günündə ilk illik Sağ qal! adlı kampaniyanın mükafatının qalibini elan edəcəklər. Dünyanın hər yerindən olan gənclər özündə Sağ qal! mesajını daşıyan orijinal audio və video materiallarını buraxmaq və təqdim etməyə dəvət olunmuşdular. Sağ qal! adıl kampaniyası MTV, Family Health International, Kaiser Family Foundation, UNAIDS və Dünya Bankı arasında olan bir əməkdaşlıqdır.

"Bəzi adamlar hesab edir ki, ağcaqanadın sancmasından belə xəstəliyə yoluxa bilərlər və ya HİV/AİDS-ə yoluxmuş adamlarla bir ofisdə işlədikdə yoluxa bilərlər. Və xəstəliyə yoluxmaqdan xilas olmağın yeganə yolu HİV/AİDS xəstəliyinə yoluxmuş insanlardan uzaq qaçmaqdır. Hətta tibb işçiləri bu cür diskriminasiya edirlər" Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının Prezidenti cənab Suarez del Toro söyləmişdir.

Stiqma və düzgün məlumat verməməklə çaşdırmağın digər nümunələrinə dinə əsaslanan və digər məşhur təşkilatların tutduğu mövqe daxildir. Onlar HİV/AİDS kimi cinsi yolla keçən xəstəliklərin yayılmasını məhdudlaşdırmaqdan ötrü prezervativlərdən və sınaqdan keçmiş digər üsullardan istifadə edilməsinə tənə vurmaqla yanaşı yüksək risk qrupundan olan əhalini günahlandırır və onlara qarşı ayrı seçkilik edirlər.

"Biz artıq təhlükəsiz seks işlərini bilirik. İnsanlar hesab edir ki, iynə vuran narkomanlar arasında HİV-in yayılmasının qarşısını almaqdan ötrü Qızıl Xaç tərəfindən aparılan iynə mübadiləsi proqramları narkotikdən istifadə edilməsinə kömək edir. Səhvdir. Biz bilirik ki, bu yanaşma üsulu təkcə iynə vuran narkomanlar arasında HİV infeksiyasının azalmasına əhəmiyyətli dərəcədə kömək etmir, habelə narkotikə meyliliyi azaltmaq üçün yol açmış olur" narkomanlara kömək edən İtaliya Qızıl Xaç Cəmiyyətinin HİV/AİDS fondunun təsisatçısı və vərəm, malyariyaya qarşı mübarizə aparan Qlobal Fondun şura üzvü doktor Massimo Barra söyləmişdir.

Cenevrədə Qızıl Xaçın Gənclər şöbəsi Şərqi Avropanın 13 Milli Cəmiyyətlərinin gənclər üzrə nümayəndələrlə birgə qraffiti sənəti və tamaşalar vasitəsilə HİV/AİDS barədə əfsanələri dağıdan bir sıra işlər görəcəklər. Bu işlər stiqma və diskriminasiya öhdəsindən gəlmək üçün yollar axtarmaqda insanlara kömək etmiş olacaq.

Afrikanın Efiopiya, Keniya, Namibiya, Zambiya və Zimbabve Qızıl Xaç Cəmiyyətləri Beynəlxalq Federasiyadan olan texniki yardım ilə HİV/AİDS-ə yoluxmuş insanlar üçün müalicə proqramları işləyib hazırlamaq barədə razılığa gəlmişlər. Afrika Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri, Beynəlxalq Federasiyanın HİV/AİDS üzrə idarəetmə qrupu, donorlar və partnyor təşkilatlar Vindhuk şəhərində icmanın sosial səfərbərliyinə dair konfransda toplaşdıqları zamanı belə bir qərara gəlməsi bildirilmişlər.

"Olduqca çox adam ölür. HİV/AİDS epidemiyasının miqyası çox böyük olduğundan hökumətlərimizin kifayət qədər resursları yoxdur. İnsanları müalicə etdirən və daha çox insan həyatını xilas edən istənilən yeni oyunçunu alqışlayırıq" doktor Tito Façi, Zambiya Qızıl Xaçının Prezidenti söyləmişdir.

"İnsanlar Qızıl Xaçın vəziyyəti xilas etməyə kömək etməsinə bel bağlayırlar. Humanitar mandatımız kimi mandata malik olan və kömək edə biləcək digər təşkilatların sayı çox azdır. Biz cavab verməliyik" o öz sözünə əlavə etmişdir.

Artıq 4 ildir ki, Azərbaycan Qızıl Aypara Cəmiyyəti də 1 dekabr gününü qeyd edir. 2001-2002-ci ildə AİDS ilə mübarizə gününü Cəmiyyət könüllülərin yürüşü ilə qeyd etmişdir.

2003-cü ilin 1 dekabr tarixini Azərbaycan Qızıl Aypara Cəmiyyəti Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə birlikdə dekabr ayının 1-i, Dövlət Musiqili Komediya Teatrında təntənəli mərasimlə qeyd edəcəkdir. Cəmiyyətin çoxsaylı işçiləri, könüllüləri, Respublikanın tanınmış ulduzları AİDS-in əleyhinə və AİDS-ə yoluxmuş insanlara hörmətlə yanaşmaq naminə öz səslərini qaldıracaqlar.

HİV/AİDS icmaların hamısının əsəblərinə toxuna bilər. HİV/AİDS stiqması cəmiyyət daxilindəki ciddi tabularla bağlıdır. Çox zaman xəstəliyin uzun sürən xəstəlik, ölüm, seks və narkotikdən istifadə ilə möhkəm bağlılığı olur bunlar bizlərdən çoxumuzun açıq daqnışmağa çətinlik çəkdiyimiz mövzulardır. Bu qadağa məsələlərin müzakirə edilməsində ümumi diskomfortla yanaşı bir çox icmalar xəstəliyin özü barədə yüksək səviyyədə məlumatsızlıq, xəstəliyin özünü inkar etmək, xəstəlikdən qorxmaq və xəstəliyi yaxına buraxmamaqla üzləşirlər. Bu güclü kombinasiya HİV-ə yoluxmuş insanların qəbul olunmamasına və hətta onlara qarşı aqressiyaya da gətirib çıxara bilər. Nəticədə onların ailləri işdən çıxarılır, onlardan evdən çıxmaları xahiş olunur və onlardan üz çevirirlər. Onlar tibbi yardım alınmasında ayrı seskilik ilə üzləşə bilərlər. Lap axırda onlara hətta fiziki hücumlar da edilir.

Stiqma və diskriminasiya HİV ilə yaşayan insanları depressiyaya, özünə qiymət verməməyə və ümidsizliyə gətirib çıxara bilər.

HİV-ə neqativ münasibət göstərilməsi elə bir mühit yarada bilər ki, orada insanlar xəstəliyin özündən daha çox xəstəliklə bağlı stiqma və diskriminasiya edilməsindən qorxmuş olsunlar. Qorxu və diskriminasiya üstünlük təşkil etdikdə insanlar özəlirinin HİV-ə yoluxa bilməsi mümkünlüyünə məhəl qoymamaq yolunu seçə bilərlər hətta risk etdiklərini bilsələr belə. Və insanlar özələrini qorumaq üçün tədbirlər görməklə adlarının HİV ilə hallandırıla bilməsindən qorxaraq qorunmaq üçün tədbirlər göməmək qərarına gələ bilərlər. Bütün bunlar xəstəliyin daha asanlıqla yayıla biləcəyi mühitin yaranmasına kömək edir.

Bu ilin Ümumdünya AİDS ilə mübarizə kampaniyası həm ayrı-ayrı fərdləri, həm də təşkilatları özələrinin HİV/AİDS il yaşayanlara necə cavab vermələrini əks etdirməyə təşviq edir. Plakatlar və televiziya təsvirləri ilə bu kampaniya açıq aydın göstərir ki, HİV/AİDS-in ən ağrılı simptomları çox zaman başqalarının HİV/AİDS-ə reaksiya verməsidir. Kimsə öz icmasında özünü təhlükəsiz hiss etdikdə onlar çox güman ki, özlərinin HİV üzrə vəziyyətləri üçün cavabdehlik daşıyırlar. Bu səbəbdən bizlər üçün öz mövqeyimizi gözdən keçirməyimiz çox vacibdir. Özümüzdən soruşmaq gərəkdir: biz insanların özləri və başqaları üçün cavabdehlik götürə biləcəyi mühitin yaradılmasına kömək edirikmi? Yoxsa ki, bizim tutduğumuz mövqe insanları tədbir görməkdən çəkindirən rüsvayçılıq, qorxu və inkar etmə mühitinə kömək etmiş olur? Yalnız bütün yer üzündə stiqma və diskriminasiyaya müqavimət göstərməklə HİV/AİDS-ə qarşı mübarizəni udmaq olar.

Yaşa və yaşat! Yer üzündə qorxu, rüsvayçılıq, etinasızlıq göstərmə və ədalətsizliyə qarşı mübarizə aparmaqda bizə kömək edin!



For Organizations
Login In:

Password:


Forget Password
New User


FAQ                                       

Humanitar Fəaliyyət                       
Donorlar
Proqramların Təsviri
Projects
Fəaliyət Xəritələri
 

Görüşlərin Protokolları
Hesabatlar və Qiymətləndirmələr
Press relizlər
Hadisələr və Elanlar
İş yerləri
İş axtaranlar
Qanunvericilik

EmploymentEmployment
Log In:

Password:


Forget Password
New User

EmploymentEmployment
EmbassiesEmbassies
GalleryGallery
ForumForum
GuestbookGuestbook



Top on A-Z.az


About AzerWebAbout AzerbaijanContacts